Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Hesablama Palatası UNECdə aşkarladığı maliyyə pozuntularını niyə örtbasdır edir?

Hesablama Palatası UNECdə aşkarladığı maliyyə pozuntularını niyə örtbasdır edir?

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

 Azərbaycanda ali təhsil sistemində maliyyə şəffaflığının olmaması korrupsiya risklərini artırır. Hesablama Palatasının zamanla bu istiqamətdəki apardığı auditləri zamanı ortaya çıxan nöqsanlar da buna sübutdur.

Gununsesi.info-nun xəbərinə görə, Palatanın 2024-cü ildə apardığı yoxlamalarında da bir çox ali təhsil müəssisələrində nöqsanlar aşkarlayıb. Yoxlamalar əsasən, Bakı Dövlət Universiteti (BDU), Naxçıvan Dövlət Universiteti (NDU) və Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) əhatə edib. 

Hesablama Palatası BDU VƏ NDU nəticələrini saytında dərc etsə də, nədənsə UNEC-lə bağlı aparılan yoxlamaların nəticələrinin ictimaiyyətdən gizlənildiyi görünür.

Saytımızın araşdırmasına  görə, UNEC-də daha ciddi maliyyə pozuntuları aşkarlanıb.

Məlumata görə, audit Universitetin dövlət büdcəsindən, ödənişli təhsildən və digər mənbələrdən daxil olan vəsaitlərini, satınalmalarla bağlı prosedurları əhatə edib. Məlum olub ki, mükafatların məbləğinin, eləcə də istifadə edilməmiş məzuniyyət günlərinə görə artıq hesablanması hallarını baş verib, ödənişli təhsil xidmətinin göstərilməsinə dair bağlanmış müqavilələrin şərtlərinin tam yerinə yetirilməyib, debitor borclar yaranıb. Bundan əlavə ən ciddi nöqsanlar satınalmalar üzrə aşkarlanıb. 

Lakin Gununsesi.info-nun UNEC-in audit nəticələri barədə Hesablama Palatasına göndərdiyi sorğuya cavab verilməyib. 

Qeyd edək ki, UNEC 2017-ci ildən Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malikdir. Universitetinin nizamnamə fondu 49 milyon 521 min 759 manat təşkil edir. İqtisad Universitetinin Nizamnaməsinə əsasən, onun əmlakı nizamnamə fondundan, dövlət büdcəsindən ayrılan vəsaitdən, habelə ödənişli təhsildən əldə olunan vəsaitdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən digər daxilolmalardan, ianələrdən daxil olan vəsaitdən formalaşdırılır.

Ümumiyyətlə, dövlət büdcəsindən bu istiqamətdə ayrılan vəsaitlər universitetlərin aktivləri sırasında olsa da, bu sahə qeyri-şəffaflıq hökm sürür. Belə ki, hər il dövlət büdcəsindən ailə təhsil müəssisələrinə 300 milyon manat vəsait ayrılır. Bu vəsait əsasən 2 istiqamətə yönəlir: Birincisi, dövlət sifarişi ilə oxuyan tələbələrin maliyyələşdirilməsinə, ikincisi, tələbə təqaüdlərinin ödənilməsinə. Təəssüf ki, büdcə sənədində ali təhsil müəssisələrinə ayrılan vəsaitlərin bölgüsü təqdim edilmir. 

Beləliklə, ali təhsil müəssisələrinin maliyyələşməsində və gəlirlərin formalaşmasında hesabatlılığın olmaması korrupsiya risklərini artırır. 

Hesablama Palatasının Bakı Dövlət Universitetində apardığı yoxlamalardan məlum olur ki, BDU-nun illik gəliri 160 milyon manatdan çoxdur. Belə ki, auditdə  2022-2023-cü tədris ili ərzində dövlət sifarişi ilə təhsil haqqının, eləcə də təqaüdlərin ödənilməsi məqsədi daşımış 38,5 mln. manat qalıq məbləği, mədaxil olunmuş 163,2 milyon manat və məxaric olunmuş 173,5 milyon manat məbləğin əhatə etdiyi, dövrün sonunda 28,2 mln. manat qalıq məbləğinin formalaşdığı qeyd edilir. 

Universitetin xərclərinin, əsasən, sosial xarakterli olduğu göstərilir. Bu xərclərin ödənilməsi zamanı 13,3 min manatlıq yeyinti aşkar olunub. 

Universitetin hesablanmış gəlirlərinin icrasına təsir edən əsas amil təhsil haqqı, eləcə də kredit haqlarının tam reallaşdırılmaması olub. Bu istiqamətlərdə formalaşmış debitor borclar xarici tələbələrlə yanaşı yerli tələbələri, həmçinin doktorantları əhatə edib. Bakalavr səviyyəsində təhsil alanlar yerli və xarici tələbələrlə ödənişli təhsil xidmətinin göstərilməsinə dair bağlanmış müqavilələrin şərtlərinin tam yerinə yetirilməməsi səbəbindən ümumilikdə 2 milyon 522,8 min manat təhsil haqq üzrə debitor borc yaranıb. Bu məbləğ 2024-cü ilin əvvəlinə olan debitor borcun 23,2%-ni təşkil edib. 

Dövlət sifarişi əsasında maliyyələşdirilməsi müvəqqəti olaraq dayandırılan tələbələr üzrə təhsil xərcinə görə cəmi 27 halda 15,2 min manat, auditlə əhatə edilən dövrdə xaric olunmuş dövlət sifarişli tələbələrin yerinə ödənişli əsaslarla təhsilalan tələbələr yerləşdirilmədiyi halda 133 tələbə üzrə 188,8 min manat vəsait büdcəyə qaytarılmayıb. 

Bundan əlavə, müxtəlif səbəblərdən xaric edilən dövlət sifarişli tələbələrə görə azalmış təqaüd yerlərinin nəzərə alınmaması nəticəsində artıq müəyyən edilmiş təqaüd yerlərinə görə ümumilikdə 40 halda 9,5 min  manat vəsait artıq ödənilib.

Əməyin saathesabı ödənişi sistemi də düzgün təşkil edilməyib, prosesin bütün mərhələlərində nöqsanlara yol verilib. 

Universitetin nəzdində 5 yataqxana mövcud olsa da, onlardan yalnız biri 1 nömrəli yataqxana – “Tələbə evi” fəaliyyət göstərir. Digər yataqxana binaları uzun illərdir ki,  fəaliyyət göstərmir və qəzalı vəziyyətdədir. Yataqxanalar faktiki olaraq yataqxana fəaliyyəti göstərməsələr də, ali təhil müəssisəsinin yataqxanalarının idarəolunmasını həyata keçirən Tələbə şəhərciyinin (“Tələbə evi” istisna olmaqla) 14 əməkdaşı üzrə 2022-ci ildə 143 min 791 manat, 2023-cü ildə isə 135 min 487,5 manat əməkhaqqı hesablanıb. Yataqxanalarda yerləşdirilmə qaydaları əlçatan olmayıb, həmçinin tələbə yerləşdirilməsi üzrə mövcud potensialdan istifadə edilməyib. 

 “Tələbə evi” üzrə gəlirlər auditlə əhatə olunan dövrdə 203,8 min manat, onun saxlanması üçün çəkilən xərclər isə 664,3 min manat təşkil edib. Faktiki olaraq bu yataqxana üzrə xərclərin yalnız 30,7%-i həcmində gəlir əldə olunub, əldə edilən hər 1 manata qarşı 3,3 manat xərc çəkilib. 

Naxçıvan Dövlət Universitetində aparılan yoxlamalarda isə müəyyən edilib ki, ali təhsil müəssisəsində müasir  idarəetmə prinsipləri tətbiq olunmayıb. Ümumilikdə təhsilin müxtəlif pillələrində ödənişli təhsil üzrə haqların uçota alınması, hesabatlılığın təmin edilməsi və bu haqların yığılması ilə bağlı əhəmiyyətli maliyyə pozuntularına səbəb olan nöqsanlara yol verilib,  təhsil haqları üzrə borcların uçotunda ciddi təhriflər müəyyən olunub.

01 yanvar 2023-cü il tarixinədək Universitetdə təhsilini başa vurmuş və ya müxtəlif səbəblərdən təhsilini dayandırmış tələbələrlə bağlanmış müqavilələrin tələblərinə əməl edilməyərək təhsil aldığı müddətdə təhsil haqqı borcu alınmayıb. Nəticədə təhsil haqqı üzrə gəlirlər 11 milyon 241,8 min manat, o cümlədən əcnəbi tələbələr üzrə 6 milyon 985,1 min manat az icra edilib. 1159 nəfər əcnəbi tələbə üzrə 6 milyon 69,1 min manat təhsil haqqı borcu yaranıb. Onlar bir neçə tədris ili universitetlə əlaqə saxlamadığı və qeydiyyatdan keçmədiyi, həmçinin fərdi tədris planını imza etmədiyi halda xaric edilməyərək tələbə kontingentində saxlanılıb.

Bundan əlavə, dövlət sifarişi əsasında kadr hazırlığına ayrılmış 297,2 min manat məbləğində təhsil haqqı və təqaüd xərclərinin dövlət büdcəsinə qaytarılmayıb. Həmçinin təqaüd yerlərinin düzgün müəyyənləşdirilməməsi 94 min manat artıq maliyyələşmə məbləğinin formalaşmasına səbəb olub.

Aktivlərin uçotu və hesabatlılığı ilə bağlı fəaliyyətin düzgün və tam təşkil edilməməsi dövlət əmlakının istifadəsinin düzgünlüyünün ədalətli qiymətləndirilməsi imkanlarını məhdudlaşdırıb, 316,4 min manat dəyərində əskikgəlmə aşkar edilib. Bəzi hallarda aktivlərinin uçota alınmaması və dəyərinin düzgün müəyyənləşdirilməməsi isə maliyyə hesabatlarında 2 milyon 194,3 min manatlıq zərər müəyyənləşdirib.

Auditlə əhatə edilən dövrdə Universitetdə mal iş və xidmətlərin alışı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilmədən, başqa sözlə, satınalma prosedurları tətbiq olunmadan həyata keçirilib.

Satılalmalar, təmir-tikinti işləri, eləcə də əcnəbi tələbələr və ikinci təhsil üzrə təhsil haqqının alınması sahəsində yol verilmiş nöqsanlarla bağlı müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Vüsalə Rüstəmova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Yanvar 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see447

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see410

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see292

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see289

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see283

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see257

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see254

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see240

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see232

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see224

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see220

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see219

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see207

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see205

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see204

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see200

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see199

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see196

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri