Icma.az
close
up
RU
Hesablama Palatası UNECdə keçirilən auditin nəticələrini açıqlayıb

Hesablama Palatası UNECdə keçirilən auditin nəticələrini açıqlayıb

Icma.az bildirir, Sia Az portalına istinadən.

Azərbaycan Respublikasının Hesablama Palatasının 2024-cü il üçün iş planına əsasən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən kənar dövlət maliyyə nəzarəti tədbiri 2022-2023-cü illərdə, eləcə də 2024-cü ilin birinci rübündə UNEC tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədini daşıyıb. SİA xəbər verir ki, bu barədə məlumat yayıb.

Auditin əhatə etdiyi dövrün əvvəlinə əsasən təhsil və büdcə illərinin üst-üstə düşməməsi səbəbindən UNEC-in 13,263 min manat qalıq vəsaiti mövcud olub. 2022-2023-cü illərdə və 2024-cü ilin birinci rübündə müxtəlif mənbələrdən ümumilikdə 119,221.2 min manat vəsait daxil olmuş və 125,086,4 min manat məxaric edilmişdir. UNEC-in 2023-cü ildə 2022-ci illə müqayisədə gəlirlərində müşahidə edilən 7.8%-lik artım dövlət sifarişi üzrə təhsilin maliyyələşməsinə ayrılan vəsaitin 10.2 % və digər gəlirlərin 2,3 dəfə artımı hesabına formalaşıb. Eyni zamanda, UNEC-in gəlirlərindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin müvafiq əmrləri ilə 2022-ci ildə 1,653 min manat və 2023-cü ildə 1,100 min manat vəsait təhsil işçilərinin və Nazirlik əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə Təhsilin İnkişafı Fonduna ayrılıb. 2024-cü ildə isə yalnız Nazirlik işçilərinin sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə 991 min manat vəsait həmin fonda köçürülüb.

Auditin əhatə etdiyi dövrün sonunda UNEC-də 1,646 nəfər əməkdaş çalışıb ki, onların 792 nəfərini inzibati heyət, 854 nəfərini isə professor-müəllim heyəti təşkil edib. Professor-müəllim heyətinin tərkibində əvəzçilərin sayı 185 nəfər olub. Mövcud dərs yükünün təmin edilməsi məqsədilə UNEC-də çalışan 109 əməkdaşla yanaşı kənardan 380 nəfər saathesabı əsaslarla cəlb edilib. 2023-cü ilin sonuna bakalavr, magistr, doktorant və dissertantların sayı müvafiq olaraq 15,060 nəfər, 4,863 nəfər, 191 nəfər və 7 nəfər təşkil edib.

Audit zamanı müəyyən edilib ki, UNEC-in Nizamnaməsində nəzərdə tutulmasına baxmayaraq, Elm və Təhsil Nazirliyi tərəfindən Himayəçilər Şurası yaradılmayıb. Bu səbəbdən, Nizamnamə ilə Himayəçilər Şurasına aid edilən vəzifələr UNEC-in müxtəlif rəhbər və məsul əməkdaşları tərəfindən icra edilib. Həmçinin Nizamnamənin tələbinə əsasən UNEC-in strukturu təsisçi tərəfindən təsdiq edilməli olsa da, bu fəaliyyət auditlə əhatə olunan illərdə həyata keçirilməyib. UNEC-in ştat cədvəlləri rektor tərəfindən təsdiq olunub. Himayəçilər Şurasının yaradılmaması "Elmi-Metodiki Şuranın Əsasnaməsi"nin də UNEC-in Elmi Şurası tərəfindən təsdiqlənməsi ilə nəticələnib, audit dövründə kənar auditor təyin edilməyib və daxili auditin fəaliyyətinə UNEC rəhbərliyi nəzarət edib.

Audit zamanı müəyyən edilib ki, UNEC-in sosial xərcləri böyük həcmdə olub və bu vəsaitlər hüquqi aktlara uyğun şəkildə istifadə edilsə də, icra prosesində bəzi nöqsanlara yol verilib. Bu nöqsanlar ümumi maliyyə fəaliyyətinə ciddi təsir göstərməyib. Lakin ödənişli təhsil üzrə bağlanmış müqavilələrlə müəyyən edilmiş öhdəliklərə tam nəzarət olunmaması və kredit haqlarının tam yığılmaması təhsil haqqı üzrə debitor borcların artımına səbəb olub. Dövlət sifarişi əsasında maliyyələşmə müvəqqəti dayandırılmalı olduğu halda akademik məzuniyyətdə olan tələbələrin təhsil xərcinə görə UNEC-in hesabında 52 halda cəmi 32.3 min manat vəsait qalıb. Auditlə müəyyən edilib ki, UNEC-dən xaric edilmiş dövlət sifarişli tələbələrin yerinə ödənişli əsaslarla tələbələr yerləşdirilməyib və nəticədə 2022-ci ildə 71 halda 49,9 min manat, 2023-cü ildə isə 75 halda 57,6 min manat, ümumilikdə 146 halda 107,5 min manat dövlət vəsaiti büdcəyə qaytarılmayıb.

Təqaüdlərin maliyyələşdirilməsi məqsədilə ümumilikdə 27,540.9 min manat vəsait icra edilib. Təqaüdlərin bəzi hallarda düzgün hesablanmaması və kiçik məbləğlərdə səhvlər edilməsinə baxmayaraq, bu hallar vəsaitlərin icrasına ciddi təsir göstərməyib. Audit zamanı həmçinin müəyyən edilib ki, UNEC-in voleybol komandasının oyunçuları və fizioterapevti ilə bağlanmış xidmət müqavilələri əsasında onlara aylıq haqq ödənilib, həmçinin idmançılara məşqlər və oyunlarda iştirak üçün bütün xərclərin qarşılandığı məlum olub. UNEC-in ərazisində fəaliyyət göstərən 3 nömrəli Tələbə Poliklinikasına UNEC-in strukturuna daxil olmadığı halda vəsait ayrıldığı da aşkarlanıb.

Təmir işlərinin icrası zamanı təşkil olunan nəzarətin qənaətbəxş olmaması nəticəsində yerinə yetirilməyən işlərə görə əlavə ödənişlər edilib. Quba tədris mərkəzinin əsaslı təmiri üzrə müqavilə məbləğinin 2.6 %-i, tədris binalarının əsaslı təmiri üzrə 1.6 %-i və cari təmir üzrə 8.8 %-i həcmində artıq vəsait icra edilib. Satınalmalar zamanı bir mənbədən alınan xidmətlərin ümumi həcmi 2022-ci ildə 8.6%, 2023-cü ildə isə 18,7 % təşkil edib ki, bu da beynəlxalq təcrübələrlə müqayisədə məqbul sayılmayan yüksək göstəricidir. Satınalmaların müsabiqəsiz aparılması və bəzi hallarda müqavilə şərtlərinin hüquqi tələblərə uyğun şəkildə dəyişdirilməsi də audit zamanı aşkarlanan nöqsanlardan olub.

Hesablama Palatasının Kollegiyası UNEC-ə aşkarlanan nöqsanların aradan qaldırılması məqsədilə dövlət büdcəsindən artıq ödənilmiş vəsaitlərin geri qaytarılması, təmir işlərində artıq icra edilmiş məbləğlərin bərpası və daxili nəzarətin gücləndirilməsi ilə bağlı tövsiyələr verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:249
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Yanvar 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri