Hesablama Palatasının fəaliyyətinin həmkar qiymətləndirməsinin hesabatı təqdim edilib
Icma.az, Newscenter.az saytına istinadən bildirir.
Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilən Ali Audit Orqanlarının Ərəb Təşkilatının (ARABOSAI) 15-ci Baş Assambleyası çərçivəsində nümayəndə heyəti Səudiyyə Ərəbistanı Baş Audit Məhkəməsinin Prezidenti Dr. Hussam Alanqarinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Newscenter.az xəbər verir ki, görüşdə Vüqar Gülməmmədov səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirib və qurumlar arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. O, iki qurum arasında həm ikitərəfli əsasda, həm də beynəlxalq platformalar çərçivəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib.
Sədr Səudiyyə Ərəbistanı Baş Audit Məhkəməsi tərəfindən Hesablama Palatasının fəaliyyətinin həmkar qiymətləndirməsini bu əməkdaşlığın mühüm mərhələsi kimi dəyərləndirib. O, qiymətləndirilmənin nəticələrinin Hesablama Palatasının fəaliyyətinin daha da təkmilləşdirilməsinə töhfə verəcəyinə inamını ifadə edib və bu məsələnin 2026-2030-cu illər üzrə yeni Strateji Planda nəzərə alındığını qeyd edib.
Dr. Hussam Alanqari Azərbaycan nümayəndə heyətini salamlayaraq Assambleyada iştirak etdiklərinə görə təşəkkür edib. O, Hesablama Palatasının fəaliyyətində əldə olunan nailiyyətləri yüksək dəyərləndirib və aparılmış həmkar qiymətləndirmənin nəticəsinin bunu bir daha təsdiqlədiyini vurğulayıb.
Görüşün sonunda Səudiyyə Ərəbistanı Baş Audit Məhkəməsinin Prezidenti Hesablama Palatasının sədrinə həmkar qiymətləndirməsinin yekun hesabatını təqdim edib.
Süleyman
Bu mövzuda digər xəbərlər:Hesablama Palatasının fəaliyyətinin həmkar qiymətləndirilməsi aparılır FOTOLAR
07 İyul 2025 15:28
Hesablama Palatasının hesabatı Milli Məclisə təqdim edildi
02 Aprel 2025 14:55
Hesablama Palatasının hesabatı Milli Məclisə ÇIXARILACAQ
20 Mart 2025 17:21
Milli Məclisin iclası başladı: Hesablama Palatasının hesabatı dinləniləcək
22 Aprel 2025 11:03
Hesablama Palatasının sədri təkliflər verdi
21 Noyabr 2024 12:35
Baxış sayı:24
Bu xəbər 03 Dekabr 2025 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















