Icma.az
close
up
RU
Həşərat öldürücü dərmanlar diqqət pozğunluğu və hiperaktivliyə yol açır

Həşərat öldürücü dərmanlar diqqət pozğunluğu və hiperaktivliyə yol açır

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Evdə geniş halda istifadə olunan həşərat öldürücü dərmanlar oğlan uşaqlarında diqqət pozğunluğu və hiperaktivlik riskini 3 dəfə artıra bilər.

ABŞ-da uşaq xəstəxanasında çalışan bir qrup elm adamı tərkibində piretroid birləşməsi olan həşərat öldürücülərindən istifadə ilə bu xəstəliklər arasında bağlılıq olduğu qənaətinə gəlib.

Elm adamları 8-15 yaşındakı 687 uşağın sağlamlıq məlumatlarını araşdırıb. Təsadüfi seçilən iştirakçılardan sidik analizləri götürən alimlər sidiyində piretroidə rast gəlinən oğlan uşaqlarında diqqət pozğunluğu və hiperaktivliyin 3 dəfə artıq olduğunu qeyd edib. Qız uşaqlarının isə bu birləşmədən oğlanlar qədər təsirlənmədiyi məlum olub.

Araşdırmanın nəticələri "Environmental Health" jurnalında dərc olunub.

ABŞ-da fosfor turşusu törəməsi tərkibinə malik 2 həşərat öldürücünün evdə istifadəsinin sağlamlığa mənfi təsirlərinin ortaya çıxmasından sonra 2000-ci ildə qadağan edilmişdi. Piretroid tərkibli həşərat öldürücülərinin orqanofosfatlara nisbətən daha etibarlı olduğu düşüncəsi ilə bu dərmanlardan istifadəyə davam edilir.

Diqqət pozğunluğu və hiperaktivlik xəstəliyi ümumi əhalinin 2 faizində, uşaqların isə 3-5 faizində rast gəlinən neyrobioloji vəziyyətdir. Bu xəstəlik yerində dayana bilməmək, diqqətini cəmləyə bilməmək, diqqətin  davam etdirilməsində çətinlik çəkmə, özünü idarəetmədə bacarıqsızlıq, ətraf mühitə qarşı laqeydlik və maraqsızlıq, enerjili quruluşa sahib olma, öz istəklərinə uyğun davranma, çox danışma və səbirsizlik kimi xüsusiyyətlərlə özünü büruzə verir.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see250

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see239

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see201

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see201

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see196

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see188

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see178

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see171

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see163

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see162

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see151

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see142

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see138

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see135

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see135

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see134

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see131

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see131

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see126

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri