Həvəskar futbolçu kral oldu Bu ölkədə FOTOLAR
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
İngiltərədə həvəskar futbol liqasında qapıçı kimi çıxış edən Corc Desmond Kamurasi əmisi oğlu Kral Oyonun vəfatından sonra Uqandanın Tooro Krallığının yeni hökmdarı seçilib.
"Cebheinfo.az" xəbər verir ki, Şərqi Afrikada yerləşən Uqandanın Tooro Krallığında 1995-ci ildə cəmi 3 yaşında taxta çıxan Kral Oyo Nyimba Kabamba İquru Rukidi IV 27 avqustda ABŞ-də xərçəng müalicəsi aldığı xəstəxanada vəfat edib.
Övladı olmadığı üçün krallıqda yeni hökmdarın seçilməsi prosesi başlanıb.21 nəfərlik Kral Soy Şurası keçmiş Tooro kralı Rukidi III-ün nəvəsi, eyni zamanda Kral Oyonun əmisi oğlu olan 36 yaşlı Corc Desmond Kamurasini yeni kral elan edib.
O, İngiltərənin həvəskar futbol klublarından SE Dons komandasının kapitanı və qapıçısıdır.İddia olinur ki, Kamurasi hələlik taxt-tacı rəsmən qəbul etməyib. Bildirilir ki, o, özünü kral olmağa tam hazır hesab etmir.
Buna baxmayaraq, Kamurasinin 12 sentyabrda keçiriləcək Kral Oyonun dəfn mərasimindən sonra rəsmi olaraq taxta çıxacağı gözlənilir.
Əfsanə
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 09 Sentyabr 2026 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















