Icma.az
close
up
RU
Həyat bəxş edənlər

Həyat bəxş edənlər

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

14 iyun Ümumdünya Qan Donoru Günüdür

2005-ci ilin mayında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Assambleyasında qəbul edilmiş könüllü qan donorluğunu dəstəkləyən bəyanatda hər il 14 iyun tarixinin Ümumdünya Qan Donoru Günü kimi keçirilməsi qərara alınıb. Ümumdünya Qan Donoru Günü bütün dünyada qeyd olunaraq, ÜST, Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyəti, bir sıra digər təşkilat və qurumlar tərəfindən dəstəklənir.14 iyunun Ümumdünya Qan Donoru Günü kimi qeyd edilməsinin məqsədi bir daha könüllü qan donorlarına hörmət və ehtiramı nümayiş etdirmək, cəmiyyətdə donor qanına olan ehtiyac və zəruriyyəti vurğulamaq, həyatı xilas etmək, sağlamlığın səviyyəsini artırmaq üçün qan donorluğuna yeni insanları cəlb etməkdir.

Təhlükəsiz donor qanına ehtiyac günbəgün artır. Təcrübə göstərir ki, ən təhlükəsiz olan məhz könüllü, təmənnasız donorların qanıdır. Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il minlərlə hamiləlik və doğuş zamanı ağırlaşması olan anaları, körpələri, xəsarət alanları və digərlərini ölümdən xilas etməyə kömək edir. Qan donorluğu pulsuz və könüllüdür.

Kimlər qan donoru ola bilər? Mütəəssislərin fikrinə qan vermək üçün yaşı 18-dən yuxarı sağlam insan uyğundur. Qan verən insanın çəkisi 50-52 kq-dan aşağı, eləcədə qan verən gün insanın bədən hərarəti 37 dərəcədən yuxarı, 35 dərəcədən aşağı olmamalıdır.

Azərbaycanda hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması olduqca vacibdir və donor qanına tələbatı artırır. 

Ölkəmizdə ən çox I+ (O+) və II+ (A+) qan qruplarına ehtiyac olur. Bunu  jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev deyib.

“Ən az rast gəlinən qan qrupları III- ( B-) və IV- (AB-) qan qruplarıdır. Belə ki, ölkəmizdə III-1,1, IV- 0,9 faiz hallarda qeydə alınır”, - deyə E.Nağıyev bildirib. İcraçı direktorun sözlərinə görə, ölkəmizdə donorların 14 faizi təkrar donorlardır.

Ümumdünya Qan Donoru Gününün qeyd olunması ictimaiyyətin diqqətini insanlığın təhlükəsiz qan və qan komponentlərinə olan tələbatına cəlb etmək, bu sahədə əhalini məlumatlandırmaq və başqalarının həyatını xilas etmək naminə təmənnasız olaraq öz qanını verən xeyirxah və mərhəmətli qan donorlarına hörmət və ehtiram göstərmək məqsədi daşıyır. Şəfqət, mərhəmət, humanizm kimi xeyirxah hissləri özündə birləşdirən həmin günün təsisi edilməsinin təşəbbüskarı Dünya Səhiyyə Təşkilatı, Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri və Beynəlxalq Donor Qanı Təşkilatı və Beynəlxalq Qanköçürmə Cəmiyyətidir. İnsan orqanizmində qanın müəyyən kritik həddi mövcuddur və bu həddi aşdıqda qan ehtiyatını artırmaq lazımdır (zədələnmə, xəstəlik hallarında). Əgər bu ehtiyat olmazsa, o zaman insan həyatını itirər. Bu baxımdan, donorun özünün 400 milliqram qanı ilə tam bir həyat xilas etməsi barədə deyim tamamilə doğrudur. Hər kəs həyatı boyunca qan köçürülməsinin zəruri olduğu hallar ilə üzləşə bilər. Qan insan orqanizmi üçün həyati əhəmiyyət kəsb edir, o, trofik funksiya daşıyır, toxuma və orqanların qaz mübadiləsini təmin edir.Ciddi xəsarət, əməliyyat, kəskin qanaxma, hemotoloji və onkoloji xəstəliklər, ağır doğuşlar, mürəkkəb əməliyyatların icrası zamanı qan və onun komponentləri insan həyatını xilas edir. Qanı heç bir başqa preparat ilə əvəz etmək mümkün deyil, onu yalnız sağlam donordan əldə etmək olar.

Kifayət qədər təhlükəsiz qan ehtiyatlarının təmin edilməsinin əsas yolu könüllü, təmənna güdməyən donorlardan qanın götürülməsidir. Müntəzəm könüllü donor aksiyaları qanın ən təhlükəsizik mənbəyidir. Belə ki, pul müqabilində qan verən şəxslər ilə müqayisədə bu cür donorlar arasında qan vasitəsilə keçən xəstəliklərin və infeksiyaların qeydə alınması halları daha aşağıdır.

Hazırda, tibbin elə bir sahəsini tapmaq çətindir ki, orada insan sağlamlığının və həyatının xilas olunması üçün qan komponentlərinin köçürülməsindən istifadə edilməsin.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən 2005-ci ildə Azərbaycanda “Talassemiyasız həyat naminə” layihəsinin icrasına başlanılması ilə ölkədə səhiyyənin bu vacib sahəsində əhəmiyyətli müsbət dəyişikliklər müşahidə edilmişdir. Sözügedən proqram Azərbaycanda qeyd edilən xəstəliyə qarşı mübarizə sahəsində donuş nöqtəsi oldu. “Talassemiyasız həyat naminə” proqramının həyata keçirilməsi çərçivəsində 2009-cu ildə Bakı şəhərində Talassemiya Mərkəzi istifadəyə verilib. Bu Mərkəzdə talassemiyadan əziyyət çəkən xəstələr pulsuz zəruri dərman preparatları və ixtısaslı tibbi xidmətlər əldə edir. Ölkə ictimaiyyəti isə çox mühüm bir məsələnin – qan donorluğu probleminin həllinə fəal şəkildə qoşulmuşdur. Belə ki, Milli Məclis tərəfindən qəbul olunmuş “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu 2005-ci ilin may ayında Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmişdir. 2006-cı ildə Nazirlər Kabineti tərəfindən “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı” (2006-2010 və 2011-2015) təsdiq edilmişdir. Qeyd edilən dövlət proqramları çərçivəsində qan xidməti göstərən müəssisələrin dövlət tərəfindən zəruri avadanlıqlar, qanın saxlanılması üçün konteynerlər və qanın testi üçün reaktivlər ilə təchizatı məsələləri həll edilmişdir. Donorlar ilə bütün ölkə fəxr edir. Onlar digər insanlara ən dəyərli, heç bir texnologiya ilə əldə edilməyən, satın alına və əvəz oluna bilməyən nemət - öz qanını verirlər. Təsadüfü deyildir ki, onların adları olan donor sözü qədim latın dilindən tərcümədə “donore” yəni, “bəxş etmək” deməkdir. Çox zaman onların hədiyyəsi digər insanın həyatını xilas edir.

M.MİRZƏ

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 İyun 2026 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see601

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see291

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see238

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see215

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see208

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see207

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri