Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Həyat imtahandır və ya nə yaxşı ki, yaxşılar var

Həyat imtahandır və ya nə yaxşı ki, yaxşılar var

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Həyat həqiqətən də imtahan, dünya qonaq evidir. İnsanlar bunu dərk edərək yaşamağı bacarırsa, sanıram, minnətdarlıq hissini əsla itirməz, hətta onu itirməkdən qorxarlar. Çörəyi öpüb yerdən qaldıraraq ucaya  qoyuruq, çünki çörək tutar insanı, onu yerə atanı, onu itirəni və ya yerdə görüb yanından ötüb keçəni. Bizlərin dar günlərimizdə, acı anlarımızda, yanımızda olub təsəlli verəni, küsdüyümüz dünyanın üzünə baxmağa yönəldəni, əlimizdən tutub, əlimizə çörək verənləri unutsaq, gözlərimizə qan damar. Elə  anlar, elə aylar, illər olur ki, insan əllərini həyatdan ümidsiz halda üzərək bu əzəli var, sonu yox dünyadan bezir. Elə anlarda ürəklərimiz sapdan asılı qalar kimi çırpınır. Ölümün uzaqda olmadığını dərk edirik, dünyanın əbədi olmadığını duyaraq yaşasaq da, yenə bəziləri bu dünyanı  əbədi bilir, dəyər verməyi bacarmır, dəyər verməkdən ehtiyat edir. Uca Yaradan o zaman adamın qarşısına elə böyük insanı çıxardır ki, elə bir insanla  üz-üzə gətirir ki, yenidən dünyayla barışıb üz-üzə dayanırsan.

Bu ilin noyabr ayının son günlərində mən də o anları əvvəllər çox yaşasam da, bir daha yaşadım. Bir daha düşündüklərimin və Allahımızın qarşımıza həqiqətən 5-3 pis əvəzinə çıxardığı  minlərlə , sözün böyük mənasında, yaxşıların yaxşısı, xeyrxahların xeyrxahı, dünyanın özündən böyük sevgiyə layiq olanı və mələk kimi çiyinlərimizə qonaraq bizə əl uzadanı, dəfələrlə ömrümüzdə mühim, umudulmaz yeri olanı yetirir ki, yuxarıda dediklərimə, dəyişməyən düşüncəmə, fikirlərimə bir daha sadiq qalaraq sakit olur, əsəblərimi cilovlayıram. Kaş həyatda pislər, ağıldan kəmlər, içi zığlılar, (anamın sözüdür) olmayaydılar. Amma nə etmək olar ki, ən gözəl çəməndə də çiçəklər arasında qanqal bitir.

Xəstəxana divarları arasında başladığım bu kiçik yazımı, təşəkkür məktubumu və ya minnətdarlıq adlı məqaləmi indi evdə davam etdirirəm... Nə vaxt bu dünyada əllərimi qoynuma qoyub, acizlik  hiss etsəm, mütləq bir neçə  qeyri-adi, gözəl, dəyərli insan ağlıma gələr və ya qarşıma çıxar. Onu tanıyanlar, səmimiliyinə vurulanlar, insanpərvərliyinə məftun olanlar minlərlədir desəm daha doğru olar. Bu, mələk üzlü, geniş qəlbli, həkim, dost, ana, ailə xanımı, qohum və qeyri adi insan - əzizim Yazgül xanım Abdiyevadır. Məlahətli səsi, sonsuz etibarı, cəfakeşliyi, ləyaqəti  və bütün bir aləmə güvən verə biləcək qədər mərhəmətliliyini qələmə almaq, əslində, az-çox söz adamı olsam da, mənə asan gəlmir. Onu  tanıyıb görəndən bəri anladım ki, sadəlik, əlçatanlıq, mərhəmət, ətrafa qarşı sonsuz sevgi bəsləmək qabiliyyəti hər kəsə verilməzmiş. Bu da onu tanıyanlara Allahın gözəl bir töhvəsidir və belə insanlara "Əsl Allah adamıdır!"- demək gərəkdir. İkinci dəfədir ağır anımda mənə əl uzadır Yazgül xanım ülvi münasibəti, qayğısı ilə.

İnanın ki, sözlərə sığışdırmaqda çətinlik çəkirəm onun mənə etibarlı davranışlarını. Düşünürəm ki, görəsən bu səmimi həkimin, , qız övladımın yoxluğunu mənə unutduran Yazgül xanımın mənə olan diqqətini qələmə alıb, yerinə yetirə biləcəyəmmi, ürəyimdəkilərin hamısını ifadə edə biləcəyəmmi? Yaxşı sözü bəzən yetərli olmur insanların xarakterini və bütövlüyünü tam şəkildə çatdırmağa...

Yaxşıların yaxşısı, tibb elmləri doktoru Yazgül xanım Abdiyeva, olduqca vətənpərvər, peşəsinə vurğun, ətrafındakılara daima xoş əhval-ruhiyə bəxş edərək qayğıkeşliyin zirvəsini fəth etmiş,  insanlığın aliliyini öz sahəsində yüksəklərə qaldıran çox vəfalı, az-az görünən insanlardandır. Nə xoş ki, mənim bu xəstəxanaya məsləhət bildiyi, yönəltdiyi andan elə Yazgül xanımın özü haqqında dediklərimi tam şəkildə ünvanlaya biləcəyim həkimlərlə də doğmalaşdım. Bu həkimlərdən Ürəyin İşemik Xəstəlikləri şöbəsinin rəhbəri xanımlar xanımı Mədinə xanım Əzimova, Sona xanım, illərdir tanıdığım Nailə xanım, Təranə xanım  hər zaman ağlımda, düşüncələrimdə və fikrimdədirlər. Burada, bu kollektivdə o qədər sadəlik, etibar   (xüsusən də özüm yatdığım şöbədə - S.Ç.) gördüm ki, düşündüm ki, pisləri, namərdləri, dönükləri unudub  yaşamağa dəyər hələ.

Həyatımın təlatümləri məni imtahan etdikcə, yaxşıların münasibəti məni ayaqda durmama səbəb olub hər zaman. Odur ki, bu günlər bir daha yaşadım və anladım ki, mən bu həqiqəti öz həyatımda gördüm, təsdiq etdim və bu mənim həyat kredoma çevrildi. Bu yaşda bu qədər alicənab insanlar yenə qolumdan tutdular. Yenə yıxılmama imkan vermədilər. Bu xəstəxanada ikinci dəfədir ki, müayinə və müalicə oluram. Yayda və bugünlərdə mənim burada müayinə və müalicə olunmamı  o vaxt da əzizim Yazgül xanım tövsiyə etmişdi və yönəltmişdi məni bura. Elə bu dəfə də onun məsləhətini dinləyərək üz tutdum yenə Kardiologiya İnstitutuna və nə yaxşı ki, bu qeyri-adi, dəyərli xanımı, həkimi dinləyib, bu qeyri-adi insanların hamısını sevdim. Burada da bu insanların gülərizlülüyü və mehribanlığı məni həqiqətən sözün tam mənasında valeh etdi. Düşündüm ki, nə qədər sevgi dolu, əmək sevən, gülərüz insanlar var bu həyatda, ilahi. Salamı da təbəssüm dolu məhəbbətlə verirlər bir-birilərinə. Xəstələrə  öz əzizləri kimi isti və doğma yanaşaraq xidmət edirlər.

Şöbə müdiri əzizim Mədinə xanımın mədəniyyəti, həlim, güləriz, mehriban rəftarı sanki o insanların hamısının qəlbinə köçərək üzlərində, gözlərində bərqərar olub. Məncə elə bu münasibətlər özü bir məktəbdir ki, bu şöbədə artıq var. Burada çalışanların üzündəki təbəssüm  səmimiyyət dolu idi, onları heç kim məcbur etmirdi ki, belə davranın, onlar gördüklərini götürənlər idilər.

Həkimim ( Sirdaşım, adaşım deyərək ilk gündən ona belə müraciət etdim - S. Ç.)  Sona xanım haqqında da bir neçə cümlə demək fikrindəyəm. Gülər üzlü, səmimi, bir gündə dəfələrlə mənim palatama gələrək verdiyi məsləhətləri, min doğmadan doğma olan münasibəti, dərindən anlattığı, izah etdiyi, dərmanların qəbulu, səhhətim haqqında məlumatlar həqiqətən məni məndən almışdır. Bunlar o qədər geniş mövzudur ki, bir məqaləyə, bir təşəkkür məktubuna sığışdırmaq mümkün deyil.

Bu şöbədə çalışanların münasibətindən demək olar ki, dirçəldim, sevdim və əsla unutmayacağıma özüm-özümdə əminlik hiss etdim. Burada təmizlik, tibb bacılarının hər bir xəstə ilə hörmətlə davranmaqları, onları dindirmək bacarığı tək bir cümlə ilə deyə bilərəm ki, tamamilə heç yerdə görmədiyim mənzərə idi. Ayrı-ayrılıqda bu mükəmməl və ehtirama layiq insanların hamısına deyirəm ki, var olun, yaxşı ki sizləri tanıdım. Bunun üçün bir daha əzizim Yazgül xanıma sonsuz və əbədi minnətdarlığımı bildirmək istəyirəm ki, mən Mədinə xanımı, Sona xanımı, Samirə xanımı,  Fatma həkimi yaxından tanıdım.

Hər gün bir otağa şöbə müdiri və həkimlər neçə dəfə gələ bilər, neçə dəfə xəstəni ayrı-ayrılıqda ziyarət edər, hər xəstənin hal-əhvalını bilər, bilmirəm, gördüklərim önündə söz bəzən aciz qalır, inanın. Minnətdaram əzizlərim, Allah sizi var eləsin.

Bu böyük tibb mərkəzinin direktoru dəyərli baş həkim Gülnaz xanıma, BDU-dan tanıdığım həmkarım Əlövsət doktora və ümumiyyətlə, burada çalışan, bir dəfə gördüyüm, beş dəfə gördüyüm kimi qəbul etdiyim insanların hər birinə təşəkkür edirəm, minnətdarlığımı bildirirəm və bir daha əminəm ki, yolum bura düşərsə, doğma ata evinə gəldiyim kimi gələcəyəm...

Təşəkkür edirəm hər birinizə, əzizlərim. Var olun, insanların keşiyində sizin kimilər durduqca bizlər yıxılmarıq!

Sona Çərkəz

Yazıçı- publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://adalet.az
archiveBu xəbər 04 Dekabr 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see339

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see260

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see253

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see251

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see246

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see230

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see226

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see211

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see202

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see199

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see197

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see197

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see188

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see186

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see184

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see171

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see169

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see169

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri