Icma.az
close
up
RU
Həyat sığortası: özəl yığımlara doğru

Həyat sığortası: özəl yığımlara doğru

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Qeyri-dövlət sektorunda əmək münasibətlərinin rəsmiləşdirilməsi sayəsində həyat sığortası bazarı üçün potensial müştəri yaranacaq

2025-ci ildən etibarən Azərbaycanda dövlət sektorunda çalışan şəxslərin həyatın yaşam sığortası dayandırılacaq. Gələn ildən həyat sığortası üzrə bazarda əsas yığım kateqoriyası özəl sektorun təmsilçilərinin üzərinə düşəcək. Xatırladaq ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 17 sığorta şirkətinin xətti ilə 1 milyard 112 milyon manat sığorta haqqı toplanılıb, onun təxminən 55 faizi həyat sığortası yığımlarıdır. Həyat sığortası növləri üzrə 610 milyon manat sığorta haqqı toplanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,1 faiz çoxdur.

Həyatın yaşam sığortası müvafiq lisenziyaya malik sığorta şirkəti ilə işəgötürən arasında imzalanmış müqaviləyə əsasən nizamlanır. İstənilən müəssisə, təşkilat və idarədə çalışan şəxs bu sığorta məhsuluna qoşula bilər. Sığorta müqaviləsini bağlayan şəxs hər ay müəyyən edilmiş məbləği sığorta şirkətinin hesabına ödəyir və bununla da sabit aylıq ödənişlərə əsasən, həyatın sığortası portfeli formalaşır. Eləcə də işəgötürən təşkilat öz gəlirlərinin bir hissəsini bu sığorta fonduna yönəldir. Bu sığorta növü bir növ yığım fondu məzmunu daşıyır. Sığorta müqaviləsinə əsasən, sığorta olunan şəxsin sığorta müqaviləsində müəyyən edilmiş dövr ərzində ödədiyi sığorta məbləği tam şəkildə ona qaytarılır.

Varisə ötürülən sığorta kapitalı

Belə bir təsəvvür yarana bilər ki, həyat sığortası vətəndaşın ölümündən sonra onun sığortası üçün nəzərdə tutulmuş kapitaldır. Bu, qətiyyən belə deyil, çünki  bu kapital insanlar dünyasını dəyişdikdə yox, daha çox yaşadığı dövrdə ala bildiyi sığorta ödənişidir. Sığorta olunan şəxs çalışdığı müddətdə həyat sığortası üzrə sığorta təminatı (ödənişi) ala bilmirsə, onun sığorta kapitalı vəfat etdikdən sonra varisinə ödənilir. Bu sığorta növünün əsas xüsusiyyətlərindən biri işçinin çalışdığı sahədə peşə fəaliyyəti ilə bağlı sağlamlığını itirməsi, yaxud əmək xəsarəti almasına görə, sığorta ödənişinin verilməsindən ibarətdir. Buna görə də, sığorta anlayışında həyatın yaşam sığortası investisiya aləti hesab edilir. Müxtəlif ölkələrdə bu məhsullar müxtəlif cür modifikasiya edilir, insanlar müxtəlif bədən üzvlərini sığorta etdirərək sağlığında hansısa problemlər yarandıqda, məhz bu sığorta aləti ilə təminat alırlar.

Hazırda bu sığorta yığımları daha çox dövlət sektoruna aid müəssisə və təşkilatlarda nəzərə çarpır. Ona görə də, müasir çağırışlar sığorta siyasətində yeni trendlərinin tətbiqini zəruri edir və dünya təcrübəsində olduğu kimi həyatın klassik sığortasının ölkəmizdə də yayılması labüddür. Yeni sığorta yanaşmasına əsasən, qeyri-dövlət sektorunda çalışanların rəsmi əmək bazarına cəlb edilməsinin stimullaşdırması nəzərdə tutulur. Məlumdur ki, həyat sığortasıı müqaviləsinin bağlanması üçün ilk növbədə, əmək münasibətlərinin rəsmiləşdirilməsi, yəni əmək müqaviləsinin olması şərtdir. Əmək müqaviləsinin imzalanmadığı sahələrdə, hətta mülki müqavilələrlə tənzimlənən əmək bazarı iştirakçılarının geniş yer aldığı müxtəlif sektorlarda bu sığorta çeşidinə qoşulmaq mümkün deyil.

Həyat sığortasında vergi və sosial güzəştlər

Hazırda özəl sektorda yüz minlərlə şəxs bu sığortadan faydala bilir, çünki onların rəsmi əmək müqavilələri var. Ölkə üzrə muzdla çalışan işçilərin sayı 1,7 milyon nəfərdən çoxdur, onların 900 min nəfəri qeyri-dövlət sektorunu təmsil edir. Yəni rəsmi əmək münasibətləri ilə əhatə edilmiş işçilərin sayı özəl sektorda daha çoxdur. Bu amil də həyat sığortası portfelində özəl sektorun təmsilçilərinin payının az olmadığına işarə edir. Bunun da səbəbi həyat sığortasında özəl sektorun üzvləri üçün daha cəlbedici imkanların mövcudluğudur. Belə ki, özəl sektorda həyat sığortası ödənişlərində xüsusi vergi güzəştləri mövcuddur. Həyatın yığım sığortası müqaviləsi bağlayan işçilərdən gəlir vergisi və məcburi sosial sığorta üzrə ayırmaları tutulmur və həmin vergilərin yığımının xalis məbləği müştərinin həyat sığortası kapitalına toplanır. Bundan əlavə, işəgötürən şirkət həmin kapital hesabına əmək haqqı fondunun 15 faizi məbləğində məcburi sosial sığorta üzrə yığımları köçürür.

Qeyri-leqal məşğulluğa qarşı mübarizə sığorta bazarını da canlandıracaq

Ancaq bütün bunlara baxmayaraq, qeyri-dövlət sektorunda yüz minlərlə insan qeyri-leqal əmək bazarının iştirakçısı kimi qalmaqdadır. Nəzərə alsaq ki, ölkədə 5 milyon nəfərə yaxın iqtisadi fəal əhali var və onların böyük bir hissəsi əmək münasibətlərindən kənardadır. Yəni qeyri-leqal əmək bazarının iştirakçılarıdır, həmin şəxslərin mütləq əksəriyyəti isə özəl sektorun təmsilçiləridir. Ona görə də, həmin şəxslərin həyat sığortasına cəlb edilməsi də mümkün deyil. Hazırda qeyri-leqal məşğulluğa qarşı mübarizənin gücləndirildiyi və elektron əmək müqavilələrinin sayının artımının əldə edildiyi dövrdə yüz minlərlə işçinin vergi və icbari sosial sığorta bazarına cəlb edilmıəsi faktiki olaraq onların həm də həyat sığortası almaq statusunu da təmin etmiş ola bilər. Yürüdülən bu siyasət qeyd etdiyimiz özəl sektordakı şəxslərin rəsmi əmək bazarına cəlb edilməsi yolu ilə həyat sığortası təminatları almasına da nail olmaq məqsədi daşıyır.

Dövlət sektorunun həyat sığortası bazarından çıxışı ilkin mərhələdə çətinliklər yaratsa da, özəl sektorun aktiv fəaliyyəti və yenilikçi məhsulların tətbiqi ilə bu problemlər aradan qalxacaq. Qarşıdakı mərhələdə özəl sektordakı qeyri-əmək bazarının üzvlərinin əmək münasibətlərinin rəsmiləşdirilməsi sayəsində sığorta bazarına da kifayət qədər potensial müştəri cəlb olunacaq.

E.CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Dekabr 2024 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri