Həyat xəritəsi, yoxsa evlilik xəritəsi?..
Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bir xəritə təsəvvür edin ki, o xəritə nəinki sizin xarakterinizi və təbiətinizi, hətta sizin arzularınızı və xəyallarınızı ifadə etsin. Əlbəttə ki, bu xəritəyə baxanda bəzən kədərlənəcək, bəzən də sevinəcəksiniz. Sizi kədərləndirən cəhətləri düzəltdikcə sizi sevindirən cəhətlərinizə yaxınlaşacaqsınız. Beləliklə, bəlkə fərqinə də varmadan, bir çox problemlərinizi həll edəcək, üstəlik, özünüzü daha çox tanımağa və özünüzə daha çox inanmağa başlayacaqsınız.
Yəqin soruşacaqsınız ki, bunun evliliklə nə əlaqəsi var? Əlbəttə ki, əlaqəsi var. Çünki ancaq özünü tanıya bilən və ancaq özünə inana bilən insanlar başqaları ilə xoşbəxt ola bilərlər. Elə evlilikdə baş verən bir çox problemlərin kökündə də tərəflərin özlərini tam mənası ilə tanımamaları və ya özlərinə tam mənası ilə inanmamaları dayanır. Yalnız özlərini tanıyanlar və özlərinə inananlar problemlərə (ümumi mənada isə evliliyə) obyektiv baxa bilərlər.
Elə isə bəs xəritəmizi necə tərtib edək? Əvvəlcə bir kağız-qələm götürün. Sonra xəritənizi hansı formada (sxem, cədvəl, maddələr və s.) tərtib edəcəyinizi müəyyən edin. Daha sonra da xəritənizdə
- Xarakterinizi,
- Təbiətinizi,
- Arzularınızı,
- Xəyallarınızı,
- Hədəflərinizi,
- Məqsədlərinizi,
- Həyat tərzinizi və s... ifadə edəcəyinizi unutmayın.
Bir sözlə, keçmişdən bu günə qədər bu xəritədə siz olmalısınız. Yuxarıdakı maddələri kağıza yazdıqdan sonra sizi qane edən maddələri rəngli bir qələmlə dairəyə alın. Eyni şəkildə, sizi qane etməyən maddələri də (başqa bir rəngli qələmlə) dairəyə almağı unutmayın. Və artıq xəritəniz hazırdır. İndi isə sizə təkcə o xəritəni həyata keçirmək qalır.
Aygün Vəliyeva
Baxış sayı:121
Bu xəbər 03 Oktyabr 2026 22:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















