Icma.az
close
up
RU
Həyat yoldaşını, işini Doğum xəritəsi ndən seçənlər... Həqiqətən, yol göstərirmi?

Həyat yoldaşını, işini Doğum xəritəsi ndən seçənlər... Həqiqətən, yol göstərirmi?

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

Son zamanlar bir çox insanların astroloji məlumatlara marağı artıb.  Bu konteksdə, doğum xəritələri ilə bağlı bilgiləri əldə edənlər, buna kifayət qədər maddi vəsait xərcləyənlər var. Məsələn, bəziləri astroloqlar vasitəsilə, doğum xəritələrini çıxartdırır,  iş, sevgi, ailə qurmaq barədə tövsiyə alırlar.

Doğum xəritəsi, həqiqətən, yol göstərirmi? 

Sfera.az bildirir ki, ümumiyyətlə, doğum xəritəsi insanların doğulduqları zaman göy cisimlərinin mövqelərini təyin edən astroloji bir alətdir. İnanılır ki, bu vasitə şəxsiyyət, həyat yolu və digər müxtəlif sahələrə təsir göstərir. Bu xəritə əsasən 12 bürc, planetlərin yerləşməsi və evlərdən ibarətdir. Doğum xəritəsinin nə qədər real olduğu mövzusunda isə müxtəlif fikirlər mövcuddur. Elmi dünyada astrologiyanın ümumiyyətlə qəbul edilmədiyi və doğum xəritəsinin bir növ təsdiq edilməmiş inanclara əsaslandığı bildirilir. Bir çox elm adamları doğum xəritəsi və astroloji proqnozların təsadüfi olduğunu, bununla bağlı hər hansı konkret elmi dəlilin olmadığını iddia edirlər. Buna baxmayaraq, astroloji məsləhət alan və doğum xəritəsinə əsaslanan məlumatlara önəm verən insanlar da var.

Bununla bağlı məşhur astroloqlar nə deyir?

Onların doğum xəritəsinə dair fərqli yanaşmaları mövcuddur. Məsələn, Linda Qudmen astrologiya dünyasında tanınmış bir simadır və ən çox satılan “Sun Signs” (Günəş Bürcləri) və “Love Signs” (Sevgi Bürcləri) kitabları ilə məşhurdur. O, astroloji xəritənin insanın şəxsiyyətini anlamaq və həyat yolunu müəyyənləşdirmək üçün güclü bir vasitə olduğuna inanırdı.

Qudmenə görə, doğum xəritəsi yalnız insanın fərdi xüsusiyyətlərini deyil, həm də onun həyatdakı məqsədini, potensialını və ruhani inkişafını göstərir. “Astroloji xəritə kainatın bir növ şifrəli dilidir. Düzgün təhlil edildikdə, insanların daxili istəkləri və çağırışlarını anlamasına kömək edə bilər”, astroloq deyirdi. Qudmen doğum xəritəsinin insanın doğulduğu andakı enerjinin bir izahı olduğunu və bu enerjinin insanın həyatına müxtəlif sahələrdə təsir etdiyini irəli sürürdü. O, bürclərin, planetlərin və evlərin harmonik təsirinin insanın taleyində mühüm rol oynadığını hesab edirdi.

Digər məşhur astoloqlardan biri Susan Millerdir. Onun “Astrology Zone” adlı veb saytı milyonlarla oxucusu olan astroloji məsləhət mərkəzidir. Miller astroloji doğum xəritəsinin insanların həyatını daha dərindən anlamaq üçün çox önəmli olduğuna inanır. Onun fikrincə, doğum xəritəsi, şəxsin həyatında yaşaya biləcəyi əsas dövrləri və hadisələri əvvəlcədən xəbər verə bilər. Miller doğum xəritəsini həyatın “yol xəritəsi” kimi görür. Onun fikrincə, doğum anındakı planetlərin yerləşməsi insanın həyatı boyunca müxtəlif aspektlərdəki təsirləri müəyyənləşdirir. Bu təsirlər insanın karyera seçimi, münasibətlərdə yaşanan çətinliklər və şəxsiyyət inkişafı kimi sahələrdə özünü göstərir. “Doğum xəritəsi yalnız şəxsi proqnoz vasitəsi kimi deyil, həm də insanın həyatında meydana gələcək çətin dövrlərə hazırlıq üçün bir vasitədir”, - Miller qeyd edir.

Liz Qrin də psixoloji astrologiya sahəsində tanınmış bir astroloq və yazıçıdır. O, astrologiyanı psixoloji bir vasitə kimi görür. Doğum xəritəsinin insanların daxili dünyasını anlamağa və şəxsi inkişaflarını dəstəkləməyə kömək edəcəyinə inanır. “Doğum xəritəsi yalnız xarici hadisələri proqnozlaşdırmır, həm də insanın psixoloji və emosional vəziyyətini izah edir. İnsanın şəxsi çətinlikləri, daxili gərginlikləri və inkişaf potensialını anlamaq üçün istifadə edilir”, - Qrin qeyd edir. Onun fikrincə, hər bir planetin və bürcün simvolik mənası insanın daxili aləmini təmsil edir və xəritə bu gizli potensialları üzə çıxarmaq üçün bir vasitədir. Planetlərin müxtəlif evlərdəki mövqeləri, insanın emosional reallıqlarını və həyata münasibətini göstərir.

Stefen Arroy da psixoloji və ruhani astrologiya sahəsində tanınan bir yazıçıdır. O, doğum xəritəsinin insan həyatının müxtəlif dövrlərində özünü göstərən enerjiləri anlamaqda əhəmiyyətli rol oynadığına inanır. Onun astrologiya ilə bağlı əsərlərində insanın psixoloji inkişafı və planetlərin enerjiləri arasında əlaqə vurğulanır. “Doğum xəritəsini insanın emosional, zehni və ruhani vəziyyətlərini anlamaqda əsas vasitə kimi görürəm”, - yazıçı bildirir.  O, planetlərin mövqelərinin insan həyatındakı enerjiləri, bu enerjilərin insanın şəxsiyyətinə və hadisələrə təsirini anlamaq üçün istifadə edildiyini düşünür. Astroloqun fikrincə, doğum xəritəsi, insanın şəxsiyyətinin dərin qatlarını açmağa və həyatdakı potensiallarını başa düşməyə kömək edir.

Bəs insanların doğum xəritəsi ilə bağlı məlumatlara inancının arxasında hansı psixoloji səbəblər dayanır?

Psixoloqlar bu cür inancların insanların həyatlarını anlamalarını, idarə etmələrini və qeyri-müəyyənliklərlə mübarizə aparmalarını asanlaşdırdığını bildirirlər. Mütəxəssislərin fikrincə, insanlar həyatdakı qeyri-müəyyənliklər və nəzarət hissinin azlığı ilə üzləşəndə, təhlükəsizlik və idarəetmə ehtiyacı hiss edirlər. Astrologiya və doğum xəritəsi isə insanlarda həyatın daha proqnozlaşdırıla bilən və idarəolunan olduğu hissini yaradır.

Məsələn, amerikalı psixoloq Culian Rotter qeyd edir ki, astrologiya kimi inanclar xarici nəzarət mərkəzində olan insanların daha çox müraciət etdiyi vasitələrdən biridir: “Çünki bu insanlar həyatlarını idarə etməyi asanlaşdıran xarici güclərə inanmağa meyilli olurlar”. Onun fikrincə, bəzi insanlar özlərini daha yaxşı anlamaq və kimliklərini müəyyənləşdirmək üçün astrologiyaya müraciət edə bilərlər.

Tanınmış psixoloq Karl Canq da astrologiya ilə maraqlanır və onun simvolizm üzərində qurulmuş olduğunu düşünürdü. Onun fikrincə, astroloji simvollar və doğum xəritələri insanın “kollektiv şüuraltı” anlayışını işıqlandıran arxetiplərlə əlaqədar ola bilər. O, insanların bu simvollar vasitəsilə öz daxili dünyalarını daha yaxşı anlaya bildiklərini düşünürdü.

Bu məsələ ilə bağlı mütəxəssislər, psixologiyada “Barnum effekti” adlanan bir fenomenə də toxunurlar. Belə ki, bu effektdə insanlar ümumi və qeyri-müəyyən ifadələrin özlərinə aid olduğunu düşünən zaman daha çox rahatlıq tapırlar. Astrologiya və doğum xəritələri tez-tez belə ümumi ifadələrə əsaslanır və insanlar bu açıqlamaların dəqiq şəkildə onları təsvir etdiyinə inanırlar. 1950-ci illərdə Bertram Forer bu effektin əsasını qoyan bir təcrübə apardı. O, tələbələrinə şəxsiyyət testi verdikdən sonra onlara eyni ümumi şəxsiyyət təsvirini təqdim etdi. Nəticədə tələbələr bu təsviri çox dəqiq hesab etdilər, çünki insanlar ümumi xarakteristikaların özlərinə aid olduğuna inanmağa meyillidirlər. Bu fenomen astrologiyanın nə üçün bu qədər məşhur olduğunu qismən izah edir. Çünki doğum xəritələrində verilən məlumatlar geniş və hər kəsə uyğun ola bilər. 

Psixoloqlar həmçinin bildirir ki, insanlar tez-tez doğum xəritələri və astroloji proqnozlara pozitiv ümidlərlə baxırlar. Bu inanclar, gələcəkdə baş verəcək gözəl şeylərə inanmalarına və arzularının reallaşacağına dair ümid yaratmağa kömək edir. Bu mövzuda Ziqmund Freyd tərəfindən irəli sürülmüş “arzu yerinə yetirmə” (wish fulfillment) nəzəriyyəsi, insanların bəzən real vəziyyəti qəbul etməkdə çətinlik çəkdikləri üçün arzularını və istəklərini proqnozlarla əlaqələndirdiklərini göstərir. Astrologiya isə insanlar üçün xoş gələcək proqnozlarını təqdim edir və onları həqiqət kimi qəbul etməyə sövq edir.

Bu məsələ avstriyalı psixiatr, psixoloq və nevroloq Viktor Franklın “məna axtarışı” (search for meaning) nəzəriyyəsi ilə də əlaqələndirilə bilər. Frankl insanların həyatda bir məqsəd və məna axtarışı ilə yaşadığını, mənalı bir çərçivə tapmaqla həyatın çətinliklərini daha yaxşı qəbul edə bildiklərini irəli sürmüşdü. Astrologiya və doğum xəritələri də həyat hadisələrini bu çərçivəyə oturtmaq üçün bir yol təqdim edir. Ümumiyyətlə, psixoloqlar bu inancların elmi cəhətdən sübut olunmasa da, insanların duyğusal və psixoloji ehtiyaclarını qarşıladığını qəbul edirlər.

Günay 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://sfera.az
archiveBu xəbər 24 Yanvar 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see121

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see120

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see117

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see116

Böyük Britaniyada Qanqster nənə həbs edildi: 100 milyon dollar, bir tondan artıq narkotik İTTİHAMI

20 İyul 2025 01:49see116

20 il komada qalan şahzadə öldü FOTOLAR

20 İyul 2025 09:29see115

ABŞ konqresmeni ofisində infarktdan öldü

19 İyul 2025 23:54see113

Rusiyanın strateji səhvi: Bakı da uzaqlaşır Vaşinqton Post

20 İyul 2025 08:02see113

Gürcüstanda üç Türkiyə vətəndaşı saxlanılıb Qırmızı bülletenlə axtarışda olublar

19 İyul 2025 16:28see113

İctimai siyasi fikir və dövlətçilik tariximizdə “Açıq söz” qəzeti

19 İyul 2025 15:43see113

“Ölkəmizdə risklərin daxili mənbələri yoxdur”

19 İyul 2025 23:24see113

Reytinq turnirində daha 2 medal

20 İyul 2025 00:18see112

Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21 İyul 2025 02:29see112

Prezident: Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir

19 İyul 2025 17:40see112

Bakıda möcüzəli göl insanlar axın edir VİDEO

20 İyul 2025 21:54see111

Atletiko nun qapıçısı növbəti mövsümə bu klubda başlayacaq RƏSMİ

20 İyul 2025 17:02see111

32 kilometrdə toqquşan MARAQLAR

20 İyul 2025 15:01see111

Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir

20 İyul 2025 14:05see111

Əli Laricani Kremldə: Putinlə söhbətin mövzusu nə olub?

20 İyul 2025 17:47see109

800 illik əfsanəni bir sözün düzəldilməsi tamamilə dəyişdi

20 İyul 2025 21:48see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri