Icma.az
close
up
RU
“Həyat yoldaşım aktyor olmalı idi ki, məni anlasın, bir baxışdan başa düşür ki...” FOTO+ÖZƏL

“Həyat yoldaşım aktyor olmalı idi ki, məni anlasın, bir baxışdan başa düşür ki...” FOTO+ÖZƏL

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Mən 2007-ci ildən Bakı Uşaq və Gənclər teatrında dram artisti vəzifəsində çalışıram. Əvvəlcə onu deyim ki, Mədəniyyət və İncəsənət Universitetinin “dram rejissoru” fakultəsin bitirmişəm. Elə teatra gələndə də niyyətim rejissor kimi işləmək olub, amma şərait elə gətirib ki, məni aktrisa kimi işə götürüblər. O vaxtı İntiqam müəllim dedi ki, “rejissor və aktyor sənəti nə qədər fərqli olsa da, bir o qədər yaxın sənətdir, gəl əvvəla görək səhnədə necəsən, sonra sənə tamaşa həvalə edək”. Və o gündən bu günə qədər mən aktrisa və rejissor kimi fəaliyyət göstərirəm”

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Könül Şahbazova deyib. O daha sonra əlavə edib:

“Teatr bu dünyanın içində-başqa bir dünyadır, öz qanunları, ənənələri var. Teatırı sevməsən bu sənətdə qala bilməzsən, çünki kənardan nə qədər rahat görsənsə də- daxildən  çox qəddar sənətdir. Mən özümü dərk edəndən demişəm ki, incəsənət sahəsində işləyəcəm. Teatr həmişə məni cəlb edib. Tamaşalara baxanda, tamaşadan çox onun ərsəyə gəlməsi mənə maraqlı idi. Teatr həmişə mənim üçün sehirli qutu olub. Bəzən deyirlər ki, öz həyatınızdan çox obrazların həyatını yaşayırsınız. Bir həyatda min həyat yaşamağın nəyi pisdi?! Mənim çox mükəmməl vəzifəm var, sözün əsl mənasında yaxşı aktrisa olmaq da hamıda alınmır. İnanın səmimiyətimə, mən heç vaxt bu sənəti seçdiyimə görə peşman olmamışam, ən çətin anımda belə, “artıq gedirəm bəsdir” deyəndə nəsə baş verib və mən yenidən işimdən yapışmışam. Hər yeni tamaşa, obrazdan-obraza girmək, fərqli olmaq, özündə fərqli cəhətlər kəşf etmək nə qədər zövqvericidi bircə bilsəz” deyə aktrisa bildirib.

Aktrisa rejissor fəaliyyətindən də danışıb:

“Tamaşalara quruluş vermək tam başqa mövzudur. Biri var oynadığın obrazın məsuliyyəti, biri də var quruluş verəndə bütün obrazların həqiqətlərini araşdırıb tapmaq. Rejissoru olduğum bütün tamaşalara eyni enerji, səbr və sevgi bəsləyirəm. Çox həssas ya da nəsə alınmayanda çox aqresiv oluram o vaxtlar. Amma sonda ortaya yaxşı iş çıxanda özüm-özümə deyirəm, “afərin bizə, biz bunu bacardıq”. Alınmayanda isə deyirəm ki, “bu da bir təcrübədir”. Bizim teatrın kollektivi elə də böyük deyil, ona görə də demək olar ki, bütün tamaşalarda məşğulam. Hal-hazırda Aygün Həsənoğlunun “Zaman maşını” tamaşası qurulur və orada ana obrazındayam. Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” tamaşasında isə Röya rolunu oynayacam” deyə aktrisa bildirib.

Könül Şahbazova həyat yoldaşı, tanınmış aktyor Niyaz İlyasoğlu ilə tanışlığından da danışıb:

“Niyaz bəylə biz teatırda tanış olmuşuq. Hər ikimizin həyatında teatrın böyük rolu var. Məncə mənim həyat yoldaşım məhz teatr adamı olmalı idi ki, məni anlasın. Biz bir-birimizi çox gözəl başa düşürük. Niyaz seriallarda yaratdığı obrazla ola bilsin ki, mənfi rəylər qazanır, amma o yaxşı aktyordur ki, rolunun öhdəsindən lazımınca gəlir, verilən tapşırığı layiqincə yerinə yetirir. Seriallardakı rollarından fərqli olaraq həyatda  gözəl ürəyə malik, qayğıkeş, dürüst insandır. Niyazla biz demək olar ki, bütün tamaşalarda tərəfmüqabili oluruq. Bir-birimizi bir baxışdan anlayırıq. Hansısa qeyri-adi hiss yoxdur, artıq adiləşib. Bu bizim işimizdir. Teatırda biz sadəcə iş yoldaşıyıq. Nə mən, nə də Niyaz övladlarımızı sənət seçimində nəyəsə məcbur edən deyilik. Hətta bizim yolumuzu davam etmək istəsələr və bu onlarda alınsa, dəstək olmaq borcumuzdur” deyə aktrisa bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Oktyabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri