Icma.az
close
up
RU
Həyat yoldaşına görə yataq səhnəsini dəyişdirən Xalq artisti kimdir?

Həyat yoldaşına görə yataq səhnəsini dəyişdirən Xalq artisti kimdir?

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Bu gün Xalq artisti Süleyman Ələsgərovun doğum günüdür.

Kulis.az onun həyat və yaradıcılığı haqqında materialı təqdim edir.

Süleyman Ağababa oğlu Ələsgərov 20 iyun 1915-ci ildə Bakıda doğulub. Yeddiillik təhsilini başa vuraraq Maliyyə Texnikumuna daxil olub. Orada üç il oxuyub və iqtisadçı diplomu alandan sonra Azərbaycan Dövlət Tibb İnstitutuna imtahan verib qəbul olunub və üç il də orada oxuyub.

Günlərin birində gələcəyin Xalq artisti Əliağa Ağayevlə rastlaşması onu həkimlik sənətindən həmişəlik uzaqlaşdırıb, aktyorluq sənətinə gətirir. Süleyman Ələsgərov xatirələrində bu haqda deyir: “Bəlkə də səbəbkar rəhmətlik Əliağadır. 1928-ci iliydi. Dağıstanda pioner düşərgəsindəydik. Bizi cərgəyə düzmüşdülər, mən onuncuydum. Qayda beləydi: hər kəs sırada neçənci olduğunu yüksəkdən deməliydi. Növbə mənə çatanda “desyat” dedim. Məndən sonra dayanan oğlansa “odinnadsat” əvəzinə “desyat odin” dedi. Hamı gülüşdü. Nəzarətçi ona neçə dəfə “odinadsat” sözünü təkrar elətdirsə də, oğlan tutduğundan əl çəkmədi. Onun qəribəliyi ürəyimə yatdı. Həmin gündən dostlaşdım onunla. O oğlan Əliağa Ağayeviydi. Sonra uzun müddət görüşə bilmədik. Tibb Universitetində oxuyurdum. Bir gün təsadüfən rastlaşdıq, hal-əhval tutduq. Dedi, nə əcəb həkim olmaq sevdasına düşmüsən, sən ki kinoyla, teatrla maraqlanan adamıydın? Dedim, nə bilim, qismətdi də... Özü də çilingər işləyirmiş. Birdən qayıtdı ki, bəlkə, gündüzlər oxuyub, gecələr dərnəyə gələsən? Dənizçilərin klubundakı dərnəyi deyirdi. Söz verdim ki, gələcəm. Elə o vaxtdan başladım dərnəyə gedib-gəlməyə. Əliağa özü də gedirdi. Bizimlə rejissor İbrahim Rəhimli məşğul olurdu. Bir müddət sonra bizə rollar verdi. Düz üç il təbliğat- təşviqat briqadasında işlədik, dənizçilərin qarşısında çıxış elədik. Belə-belə dərsdən soyudum, həkim olmaq fikrini birdəfəlik başımdan atdım. Briqadada işləmək mənə əl verirdi. Fərli-başlı pul almasam da, yeyib-içməyim oranın hesabınaydı. Yetim oğlandım, mənə bu da bəsiydi. Sonra bu sənətin aşiqi oldum”.

1936-cı ilin martın 9-u Süleyman Ələsgərov müsabiqə yolu ilə Gənc Tamaşaçılar Teatrına gedir. Bu teatrın səhnəsində fasiləsiz olaraq 63 il səhnəyə çıxır.

***

Aktyor iki dəfə ailə qurub. İlk dəfə tanış olub evləndiyi qadından bir qızı olub. Lakin, qısa müddət keçəndən sonra onlar ayrılıblar. Ayrıldığı xanım isə gənc yaşlarında dünyasını dəyişib. Aktyorun qızını anası saxlayıb. Növbəti evliliyi isə bacısının rəfiqəsi ilə olub. Hər gün bacısı ilə tamaşalara gəlib baxan Leyla adlı qız aktyorun könlünə yatır. Ancaq qızın atası “mən qızımı aktyora vermərəm” deyib, elçilərə əliboş qaytarır. Qızının “həri”sini isə növbəti elçilərə verir. Leyla xanım anasının köməyi ilə Süleymana qoşulub qaçır. Bir müddət sonra Leylanın atası onların evlənməsinə razı olur. Süleyman Ələsgərov ömrünün sonuna kimi qaynatasının ən sevimli adamına çevrilir, ona oğulluq edir.

Süleyman Ələsgərov "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan bir neçə filmlərdə çox kiçik epizodlara çəkilib. Onun ən populyar və iri həcmli ekran obrazı "Bizim Cəbiş müəllim" filmində əsas qəhrəman olan Cəbiş müəllimdir. Aktyor bu rolda özünü ifa edir. Belə ki, o, həyatda da Cəbiş müəllim kimi sakit, sadə insan olub. Bu obraz Süleyman Ələsgərova çox böyük məşhurluq gətirir. Adamlar onu küçədə görəndə “Cəbiş müəllim” deyib qışqırırlar. Aktyor isə bundan əsəbiləşib deyirmiş ki, axı mən öz adım var. Öz adımla çağırın.

***

Aktyorun sözlərinə görə, filmin rejissoru Həsən Seyidbəyli film tam hazır olana qədər onun ifasında razı deyilmiş. Süleyman Ələsgərov müsahibələrinin birində bu haqda deyir: “Bir dəfə də olsun, demirdi ki, xoşum gələn oynayırsan. Film hazır olandan sonra sakitcə oturub baxdı, sonra dedi, əhsən, qiyamətsən! Bu sözdən sonra mənim canım da rahatlandı. Sonra camaat da tərifləməyə başladı. 1970-ci ildəsə bu obrazım Minskdə keçirilən festivalın qalibi oldu”.

Aktyorun qızı Sevil Əhədovanın sözlərinə görə, anası olduqca qısqanc və hökmlü qadın olub. “Bizim Cəbiş müəllim” filmində Süleyman Ələsgərovla Şəfiqə Məmmədova yataq səhnəsinə çəkilməli idilər. Aktyorun xanımı bunu biləndə bərk əsəbiləşir. Ya həmin səhnənin dəyişdirilməsini, ya da həmin səhnəyə çəkilməməsini tələb edir. Aktyor filmin rejissoruna bunu deyə bilmir, ancaq izah edir ki, bir müəllimin yataq səhnəsində görünməsi filmin ötürəcəyi mesaja xələl gətirə bilər. O, istədiyinə nail olur. Həmin səhnə çəkilmir.

***

Filmdə Süleyman Ələsgərov üzünü qırxan zaman arxadan Şəfiqə Məmmədovanın onu qucaqlaması da aktyorun xanımının xoşuna gəlməyib. O, buna etiraz edərək deyib: “Bu səhnəni başqası ilə əvəz etmək olmazdı?”

***

1985-ci ildə aktyorun çox sevdiyi xanımı infarkt keçirir. Aktyor beş il həyat yoldaşını xəstəxanalarda gəzdirir. Günlərin birində onlar ailəvi bir toy məclisinə gedirlər. Onlar toyda rəqs etdikləri yerdə Süleyman Ələsgərovun xanımının qəfildən vəziyyəti pisləşir və aktyorun qolları üzərində dünyasını dəyişir. Bu gözlənilməz hadisə aktyora böyük zərbə olur. Onu saatlarla sevdiyi qadının cansız bədənindən ayıra bilmirlər.

Həmin hadisədən sonra aktyor böyük depressiya yaşayır, özünə qapanır, heç kimlə kəlmə kəsmir. Xanımının şəklini böyüdüb evin divarından asır. Bəzən saatlarla şəkillə üz-üzə oturub söhbət edir. Şəklə baxaraq pianinoda xanımının sevdiyi mahnıları ifa edir. Sonralar aktyora yaşda ondan xeyli balaca olan xanımlar yaxınlaşır, onunla münasibət qurmaq istəyirlər. Lakin bu təkliflərin hamısını rədd edir. Onu yenidən həyata qaytaran yeni doğulan qız nəvəsi olur. Aktyor nəvəsinə Leyla adını verir. Yaxınlarına deyir ki, mənə elə gəlir, Leyla geri qayıtdı.

***

1998-ci ilin dekabr ayında o, xəstələnib yatağa düşür. Ölümünə bir gün qalmış dekabrın 9-u saat 9-un yarısında qızını yanına çağırıb deyir. Ananı niyə qapıda saxlamısan, burax, gəlsin içəri. Mənim vaxtıma hələ var. Saat 6-ya 20 dəqiqə işləmiş gedəcəm. Gecəni narahat yatan Süleyman Ələsgərov dekabrın 10-da səhər saat 6-ya 20 dəqiqə işləmiş dünyasını dəyişir.

Samsung WindFree™ Black evinizin havasını dəyişir “Arqon” mono-tamaşasının premyerası keçirildi Məşhur Keniya yazıçısı vəfat edib
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://kulis.az
archiveBu xəbər 20 İyun 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see226

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see218

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see173

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see146

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see134

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see133

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see126

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see125

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see125

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see124

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see123

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see123

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see122

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri