Icma.az
close
up
RU
Həyatda çox sakit və təmkinli idi, meydanda da emosiyalarını az büruzə verirdi Qurban Qurbanov barədə

Həyatda çox sakit və təmkinli idi, meydanda da emosiyalarını az büruzə verirdi Qurban Qurbanov barədə

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

O, şübhəsiz ki, 90-cı illərin postsovet futbolunun ən yaxşı müdafiəçilərindən biri idi - Rusiya çempionatının beşqat qalibi, həmçinin Ukrayna və Avstriya çempionu. Üstəlik, Çempionlar Liqasının qrup mərhələsində üç fərqli klubun heyətində çıxış edən yeganə rusiyalı futbolçu olub.

Sportal.az xəbər verir ki, bütün bu uğurlar Ramiz Məmmədovun karyerasının parlaq səhifələrində yer alır.

- Ramiz Məmmədov bu gün nə işlə məşğuldur?

- Veteranların oyunlarında iştirak edirəm və fiziki formamı qoruyuram.

- Hələ də futbol oynamaqdan doymamısız? Axı artıq 53 yaşınız var...

- Siz hələ bizim digər uşaqları görməmisiniz (gülür). Xlyestov oynayır, halbuki o məndən bir yaş böyükdür. Nə Xlyestov, Şavlo ilə Dasayev hələ də oynayırlar, onların isə yaşı 70-ə yaxındır. Onların yanında mən hələ gümraham.

- Bəs niyə böyük futboldan bu qədər tez ayrıldınız? Axı 31 yaş, xüsusən müdafiəçi üçün çox tezdir...

- Çempionlar Liqasından və yüksək liqalardan sonra birinci liqada oynaya bilmədim, başa düşdüm ki, bu, mənlik deyildi.

- Doğrudan da, siz hələ də üç fərqli ölkənin üç klubunda Çempionlar Liqasının qrup mərhələsində oynamış yeganə rusiyalı futbolçusunuz – Rusiya “Spartak”ı, Ukrayna “Dinamo”su və Avstriyanın “Şturm”u. Necə oldu ki, “Şturm”dan sonra Rusiyanın birinci, hətta ikinci liqasında olan komandalarında görünməyə başladınız?

- Bu, “Şturm”la mənə ödənilməli olan qonorar uğrunda uzunmüddətli mübahisədən sonra baş verdi. Klubla məhkəmə çəkişməsi ucbatından səkkiz ay oynamadım. Bu vəziyyətdən sonra hansı məşhur klub məni götürərdi ki? Ona görə də bir az “dolaşmalı” oldum. Amma tez başa düşdüm ki, bu, mənlik deyil.

- Amma yenə də “Volqar-Qazprom” və “Luç-Energiya” komandalarında yaxşı çıxış etmisiniz. Hətta “Luç”u birinci liqaya çıxarmağa kömək etmisiniz. Yeri gəlmişkən, “Volqar-Qazprom”da o zaman Qurban Qurbanov da oynayırdı – indi “Qarabağ”ın baş məşqçisidir...

- Bəli, əlbəttə, xatırlayıram. Biz birlikdə oynayırdıq. O vaxt da futbola çox bağlı idi, həyatda çox sakit və təmkinli idi, meydanda da emosiyalarını az büruzə verirdi. Bildiyimə görə, indi də məşqçi kimi elə həmin sakit təbiətini saxlayıb.

- Onunla və ya digər azərbaycanlı futbolçularla əlaqə saxlayırsınızmı?

- Təəssüf ki, yox. Amma mənim əmioğlum İlqar Məmmədov uzun illər sizin çempionatda oynayıb. Hazırda ailəsi ilə birlikdə Almaniyada yaşayır.

- Siz Moskvada doğulmusunuz, amma atanız Gürcüstandandır...

- Bəli, Dmanisi rayonunun Qarabulağ kəndindəndir. Orada əsasən azərbaycanlılar yaşayır. Mən orta məktəbi bitirənədək hər yay ora gedirdim, ona görə dili də unutmadım. İndi ora yalnız atamla anam gedir. Mən isə gedə bilmirəm, çünki yay bizim – veteran futbolçuların ən aktiv dövrüdür, mütəmadi oyunlarımız olur. Bacım və həyat yoldaşı isə çoxdan Moskvaya köçüblər, Lyubertsıda yaşayırlar (Moskva vilayətinə daxildir – red). Yəni bütün ailə buradadır.

- Bəs sonuncu dəfə nə vaxt doğma yerlərdə olmusunuz?

- 1994-cü ildə. O zaman məni dünya çempionatına aparmadılar. Sadırin (Sovet və Rusiyanın futbol məşqçisi Pavel Sadırini nəzərdə tutur – red.) Ternavski və Xlestovu apardı, amma məni yox, halbuki çox yaxşı formada idim. Həmin vaxt Gürcüstana Bakının üzərindən getdim. İki gün Bakıda qonaq olduq, sonra maşınla Gürcüstana yollandıq. Hətta məni az qala orduya aparırdılar (gülür).

- Necə yəni?

- Bəli, geriyə dönəndə yenə Bakının üzərindən uçmalı idik. Aeroportda məni saxladılar, pasportumu aldılar, yarım saat dindirdilər. Axırda aydınlaşdırdılar ki, doğrudan da Moskvada doğulmuşam, orada yaşayıram və məni Azərbaycanla yalnız soyadım bağlayır (gülür).

- Özünüzü daha çox azərbaycanlı, yoxsa rus hiss edirsiniz? Axı ananız rusdur...

- Pasportda azərbaycanlı yazılıb və müsəlman qaydasına görə sünnət olmuşam, daha kim ola bilərəm (gülür)? Amma ciddi desəm, bu barədə heç vaxt çox düşünməmişəm. Amma nədənsə Azərbaycan məni gəncliyimdən “özününkü” sayırdı.

- Necə yəni? Sizi milliyə çağırmaq istəyirdilər, Samədovu çağırdıqları kimi?

- Yox, o qədər irəli getməmişdilər. Amma bir az gülməli hadisə olmuşdu - AFFA-dan “Spartak” klubuna zəng edib, mənə görə pul tələb etmişdilər (gülür).

- Doğrudan?!

- Bəli, tam ciddi deyirəm. Bu, 1992-ci ildə olmuşdu. “Spartak”da hamı şoka düşmüşdü. Əgər belə yanaşsaq, mənim üzərimdə daha çox hüququ Gürcüstan iddia edə bilərdi – axı köklərim ordandır.

- Həmişə maraqlı olub, niyə “Spartak”dan getdiniz?

- Mən getmədim, məni göndərdilər. O vaxt Romasov klubun həm prezidenti, həm də baş məşqçisi idi. O, istədiyi kimi davranırdı. Təkcə məni yox, Titovu, Tixonovu, Tsımbalaryanı da göndərmişdi… çoxlarını “sındırdı” o dövrdə.

- Bəlkə məsələ rejim pozuntusu ilə bağlı idi?

- Hansı rejim pozuntusu? Biz Tsımbalarla bir dəfə qaydanı pozmuşduq və cəzamızı da çəkmişdik. Bu, 1995-ci ildə idi. Mən isə “Spartak”da 1998-ci ilə qədər oynadım.

- Azərbaycanlı futbolçu ilə oynamısınız, bəs Azərbaycan klublarına qarşı çıxış etmisinizmi?

- Dəqiq xatırlamıram. Ola bilər, axı sizinkilər bəzən Birlik Kubokuna gəlirdilər. Amma düzünü desəm, yadımda deyil.

- Amma eşitdiyimizə görə, bir dəfə Azərbaycan dilini bilməyiniz sizə meydanda kömək etmişdi...

- Bəli, olub (gülür). “Şturm”un heyətində “Qalatasaray”la oynayırdıq. O vaxt Hacının (Rumıniyalı Georgi Hacını nəzərdə tutur – red.) parladığı dövr idi. Onlar cərimə zərbəsi yerinə yetirməli idilər. Hacı komanda yoldaşına türkcə nəsə dedi ki, guya rəqib başa düşməsin. Demək istədi ki, topu burax, mən vuracağam. Mən isə dediyini anladım və dərhal topa atıldım (gülür).

- Hacı yəqin təəccüblənmişdi...

- Şokda idi, ya yox, bilmirəm, amma bir az “tormozladı” (gülür), başa düşmədi ki, avstriyalı komanda oyunçusu bunu necə bildi.

- Sonda bir sual da: ata-baba yurdunuzun hansı yeməklərini daha çox sevirsiniz, hansılar üçün darıxırsınız?

- (düşünür) Bəlkə də qutablar... Uşaqlıqda hər yay Gürcüstana gedəndə mənim üçün qutab bişirirdilər. Amma təkcə göyərtidən yox, həm də gicitkandan hazırlayırdılar, mən onu çox sevirdim. Moskvada eləsini tapmaq mümkün deyil (idman.biz).

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://sportal.az
archiveBu xəbər 10 Oktyabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see307

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see250

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see239

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see177

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see169

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see158

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see145

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see145

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see142

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see141

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see141

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see140

Slot: “Məsuliyyət məndədir”

24 Noyabr 2025 09:14see138

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see135

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see134

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see131

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see129

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri