Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Baş idarə rəisinə yeni rütbə verildi

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

“Həyatda sakit insanam, meydanda isə aqressiv oluram”

“Həyatda sakit insanam, meydanda isə aqressiv oluram”

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Karyerasını uzun illərdi Avropada uğurla davam etdirən türkiyəli futbolçulardan biri də Zəki Çəlikdi. Özü də “Bursaspor”un yetirməsi olan 28 yaşlı cinah müdafiəçisi Türkiyə çempionatında oynamadan birbaşa Avropaya yollanan nadir türkiyəli futbolçulardandı.
"Football-plus.az" xəbər verir ki, Avropada özünü “Lill”də tanıdan Zəki 2022-ci ildən bəri “Roma”nın şərəfini qoruyur. Amma onun İtaliya təmsilçisi ilə müqaviləsinin müddəti mövsümün sonunda bitir. Zəki bugünlərdə “Anadolu” agentliyinə geniş müsahibə verib. O, karyerasının və həyatının ilk illəri, yığmada yaşadıqları və hədəfləri barədə danışıb.
- DÇ-2026-ya qatılmaq yolunda pley-offda ilk rəqibimiz Rumıniya olacaq...
- Rumıniya son dönəmlərdə yüksəlişdədi. Bizim üçün çətin qarşılaşmadı. Mütləq qalib gəlməli, DÇ-yə bir addım da yaxınlaşmalı və artıq növbəti rəqibimiz haqda düşünməliyik.
- Səni Türkiyə yığmasına ilk dəvət edən məşqçi hazırda Rumıniyanın “sükanı arxasında” yer alan Mirça Luçesku olub...
- Bəli. İlk dəfə adım heyətdə olanda dost-tanışdan saysız-hesabsız təbrik mesajları almışdım. Sağ olsun, Luçesku məni çağırmışdı. İlk iki toplanışda oynatmadı. Amma Rusiya ilə matçın son 5 dəqiqəsində meydana buraxdı. Mənim üçün unudulmaz anlardan biridi. Bunun sayəsində Avropaya transfer bir qədər də tezləşdi. Luçesku həqiqətən də səviyyəli məşqçidi. Çox diqqətli olmalıyıq.
- Türkiyə 24 illik DÇ həsrətinə son qoymağa çalışacaq.
- Bəli, sonuncu dəfə mundialda oynadığımızda 5-6 yaşımdaydım. Hələ də o matçları izlədikdə gözəl duyğular yaşayıram. Ölkəmiz üçün qürurverici hadisə idi. İndiki komandamız çox səviyyəlidi və DÇ-də oynamağa layiqdi. Ötən yay ABŞ-da toplanış və hazırlıq matçları keçirmişdik. Oyunlarda gözəl ab-hava var idi. Düzünü desəm, mən həmişə belə turnirlərin bir ölkədə keçirilməsinin tərəfdarıyam. Amma bu dəfə fərqli qərar verdilər. Digər ölkələrdə – Meksika ilə Kanadada heç vaxt olmamışam. Ümid edirəm ki, oraları da görmək mənə nəsib olacaq.
- DÇ-nin seçmə mərhələsində İspaniya ilə oyundan öncə oyunçular arasında bir ümidsizlik hökm sürürdümü? Çünki bu rəqibə evdə 0:6 uduzmuşduq.
- Yığma komandanın formasını geymək həmişə özəl duyğudu. Xeyr, biz heç vaxt ümidsizliyə qapılmamışıq. Düzdü, həmin matçdan öncə ciddi itkilərimiz var idi. Amma heyətdə yer alan digər futbolçular məşqdəki performansları ilə oyuna hazır olduqlarını göstərmişdilər. Məşqçimiz oyunöncəsi məşqdə start heyətini açıqlayanda ürəyimə damdı ki, yaxşı performans sərgiləyəcəyik. Çünki hər kəs çox hazır və istəkli görünürdü. Yığma komanda təkcə 11 futbolçudan ibarət deyil. Yeri gələndə 23 futbolçudan da istifadə etməli olursan. Bu komanda bizim komandadı və yetərli səviyyəyə sahibdi. Çox istedadlı oyunçularımız var və bunların da başında Arda Gülərlə Kənan Yıldız gəlir. Bu futbolçular rəqibləri qorxudur və meydanda fərq yaratmağı bacarır.
- Oyunçularla Vinçentso Montellanın münasibətləri necədi?
- Montella çox sakit və ədalətli insandı. Komandada hər kəs də bunu görür. Həm taktiki intizamı, həm də bizdən nə tələb etdiyini gözəl başa salır. Hər futbolçu meydandakı yerini, görməli olduğu işi gözəl bilir və özünü rahat hiss edir. Uğurumuzun sirri də məhz bundadı. Ümid edirəm ki, uzun illər bizimlə birgə olacaq. Bəzən “Roma”da mənim oyunlarımı izləməyə də gəlir. Matçdan öncə mesaj yazır. Oyun bitəndən sonra isə təbrik göndərir. İtaliyada evlərimiz yaxındı. Amma o, əsasən Türkiyədə yaşadığı üçün tez-tez görüşə bilmirik. İtalyanca da danışırıq. Onunla italyan dilində danışarkən bir qədər çəkinsəm də, sadə şeyləri anlada bilirəm. Aramızda çox uzun bir ünsiyyət yaranırsa, tərcüməçi vasitəsilə danışıram. Çünki bir-birimizi yaxşı və düzgün anlamalıyıq.
- “Lill” ilə Fransa çempionu olmusan. “Roma” ilə İtaliyada çempionluq mübarizəsi aparırsan. Bundan sonrakı hədəflərin nədi?
- Mən çox irəli boylanmağı sevmirəm. Həmişə önümdəki matçdan zövq almağa çalışıram. Çünki futbolda bir gündə hər şey dəyişə bilir və bir ay sonra tam fərqli ab-hava yaranır. İndi, sadəcə, futbol oynamaqdan və məşqlərə çıxmaqdan zövq alıram. Hədəflər həmişə yuxarı çıxmaq olmalıdı. Mənim üçün indi əsas hədəf dünya çempionatına vəsiqə qazanmaqdı.
- “Bursaspor”un akademiyasında yetişən bir futbolçu kimi Bursada Türkiyə yığmasının heyətində meydana çıxarkən hansı hissləri yaşadın?
- “Bursaspor”un akademiyasında 8 il forma geymişəm. Ordan ayrılma tərzim məni bir qədər üzmüşdü. Çünki orda akademiyada top qovan hər bir futbolçunun arzusu əsas komandada oynamaqdı. Üstəlik stadion da yeni tikilirdi. Amma mənə şans gəlmədi və başqa klublara yollanmalı oldum. Stadionun yanından metro keçir. Mən dəfələrlə məşqlərə gedərkən metronun içində “bir gün bu stadionda oynamaq mənə də qismət olacaq” deyirdim. O da yığma komanda ilə qismət oldu. Bir dəfə Xorvatiyaya və son olaraq da Bolqarıstana qarşı. Sağ olsunlar, fanatlar məni tribunaya çağırdılar. “Bursaspor”un övladı” təzahüratı ilə dəstək verdilər. Mənim üçün özəl anlardan biri idi.
- “Lill” ilə tarix yazaraq çempion olmuşduz. Halbuki ondan əvvəlki mövsümün gedişində düşmə zonasına qədər geriləmişdiz.
- Çempion olduğumuz mövsümə çox yaxşı başlamışdıq. Ardıcıl qələbələrlə hər kəsin gözünü qorxutmuşduq. O mövsüm ÇL-də də oynamışdıq. Əslində mən ora gələndə səviyyəli heyətimiz var idi. Pepe, Remi, İkone, Bamba, Leao, Fonte kimi futbolçulara malik idik. Sonra Yusuf Yazıcı gəldi və 4-cü yeri tutduq. Ardından Burak Yılmaz da gəldi və onunla çempion olduq. Sağ olsun, həmin çempionluqda çox mühüm əməyi oldu. Vacib matçlarda qollar vurdu. Mənim də bəzi önəmli qollarım oldu. Bizim üçün unudulmaz mövsümdü. Hər dəfə Lillə yollananda və köhnə məşqçilərlə görüşəndə o dönəmi mütləq xatırlayırıq. Çünki Di Mariya, Mbappe, Kavani kimi futbolçulara malik PSJ-ni qabaqlayıb çempion olmaq asan məsələ deyildi.
- “Roma”ya transferində Joze Mourinyonun nə dərəcədə rolu oldu?
- Əslində “Roma”ya “Lill” ilə çempion olandan dərhal sonra yollana bilərdim. Mənə həmin vaxtdan ciddi maraq göstərirdilər. Amma həmin yay keçidim heç cür baş tutmadı. Mövsümü “Lill”də keçirdim və növbəti yay Joze Mourinyo mənə zəng vuraraq komandasında görmək istədiyini dedi. Mən də “Roma”ya gəldim. O vaxtdan bəri çox məşqçi dəyişib. Çünki “Roma” qarşısına ciddi hədəflər qoyan klubdu. Bəzi hədəflərə çata bilmədik. Əslində Mourinyo ilə AL-i qazanmağa çox yaxın olduq. Amma finalda şanssızlıq yaşadıq və hakim penaltimizi vermədi. İndiyə qədər “Roma”da bir çox güclü məşqçilərlə işləmişəm.
- İndiki məşqçi Canpyero Qasperini ilə münasibətlərin necədi? Sisteminə alışmısanmı?
- Onun məşq sistemi başqa səviyyədədi. Mövsümün əvvəlindəki hazırlıq dönəmində ilk 10 məşqdən sonra hətta yeriməkdə çətinlik çəkirdim. Ən çox gecə yatarkən o yorğunluğu hiss edirdim. Ancaq futbol biliyi çox yüksəkdi. Detallara önəm verir.
- Fanatlarla münasibətin necədi?
- “Roma” Avropada gördüyüm ən yaxşı fanatlara sahibdi. Hər ev oyununa 60 min azarkeş gəlir. Harda oynamağımızdan asılı olmayaraq, hər yerdə dəstək verirlər. Belə böyük klubda oynadığıma görə qürurluyam. Fanatlarla münasibətlərim çox yaxşıdı. Şəhərdə gəzişərkən imza alandan və şəkil çəkdirəndən sonra rahat buraxırlar. Heç vaxt şəxsi zonaya müdaxilə etmirlər. Biz futbolçular üçün bu məqam çox önəmlidi. Məni Kafuya bənzədirlər. Kafu bu klubda böyük iz buraxıb. Onun kimi futbolçu ilə müqayisə olunmaq böyük şeydi. Onun ləqəbi “İl Pendolino” imiş. İndi də mənə bu ləqəbi qoyublar. Daim hərəkət edən, gəlib-gedən qatar mənasını verir. Bu ləqəb xoşuma gəlir.
- “Roma”da ən yaxşı anlaşdığın futbolçu kimdi?
- Artyom Dovbik. Demək olar, bütün gün birlikdəyik. Amma digər futbolçularla da münasibətim yaxşıdı. İtalyanlıarla italyan dilində, ingilislərlə ingilis dilində danışıram. Dibala, Ermoso, Svilar, Anxelinyo isə ispanca danışır. Amma digər dillərdə də anlayırlar. Dibala gəldiyi ilk gündən səviyyəsi ilə məni təəccübləndirməkdə davam edir. Çox özəl futbolçudu. Səviyyəsini hər matçda, hər məşqdə hiss etmək mümkündü. Hətta deyərdim ki, Dibala indiyə qədər birlikdə oynadığım ən güclü futbolçudu!
- Meydandakı Zəki ilə meydandan kənardakı Zəki çox fərqli insanlardı?
- Bəli, fərq var. Adi həyatda çox sakit insanam. Amma meydanda aqressiv oluram. Rəqibə o sərtliyi həmişə hiss etdirməyə çalışıram. Ancaq meydanda da soyuqqanlı olduğum vaxtlar olur. Məsələn, qol sevincini sakit qeyd edirəm. Uşaqlıqdan belə böyümüşəm. Məni xarakterizə edən üç kəlmə sakit, araşdırmacı və pozitivdi.
- Geniş bir ailədə böyümüsən. Bizə bir qədər də ailəndən danış.
- 1993-də atam Muşdan Bursaya köçməyə qərar verir. 1997-də də mən doğulmuşam. Ailədə 9 qardaşıq. Ən kiçiyi mənəm. Amma heç vaxt doqquzumuz da birlikdə evdə olmamışıq. Həmişə ya biri əsgərlikdə, ya biri məktəbdə olurdu. Uşaqlığım çox xoşbəxt keçib. Onlar da futbol oynamağı, izləməyi çox sevirlər. Ancaq o dönəmdəki şərtlər altında peşəkar futbolçu olmaq ancaq mənə qismət oldu. Ən kiçiyi mən olduğum üçün futbol baxımından məni rahat buraxdılar. Əslində onlar çox da futbolla məşğul olmağımı istəmirdilər. Amma mən hər gün məşqlərə gedirdim. Artıq beynimdə özüm üçün futbolçu olacağımı müəyyənləşdirmişdim. Həmişə mənə dəstək olurlar. Tez-tez oyunlarıma baxmağa gəlirlər. Ailəmin yeri mənim üçün fərqlidi.
- İtaliya mətbəxinə üstünlük verirsən, yoxsa Türkiyə mətbəxinə?
- Təbii ki, Türkiyə mətbəxinə üstünlük verirəm. Düzdü, italyanların makaronları və pitsası bizimkindən üstündü. Bu reallıqdı. Amma digər ət məhsulldarında biz üstünük. Mən ət yeməkləri yeməyə daha çox üstünlük verirəm. Bu, ailədən gələn vərdişdi. Ona görə də mənim üçün Türkiyə mətbəxi bir nömrədi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Dekabr 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see350

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see340

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see337

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see333

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see318

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see270

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see270

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see257

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see244

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see220

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see219

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see215

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see214

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see213

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see212

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see208

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see198

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see195

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri