Icma.az
close
up
RU
Həyatda insanın dostu ilk növbədə özü olmalıdır

Həyatda insanın dostu ilk növbədə özü olmalıdır

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Newscenter.az saytının bir müddətdir başladığı "İşdən sonra" layihəsi davam edir. Ölkənin tanınmış ictimai-siyasi xadimləri, millət vəkilləri, cəmiyyətdə xüsusi çəkisi və nüfuzu olan şəxslərlə bir qayda olaraq işdən sonra baş tutan müsahibələrimiz oxucuların geniş marağına səbəb olub. Bu dəfə "İşdən sonra" Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucla söhbətləşdik.
-Vüqar Oruc adətən işdən sonra nəylə məşğul olur? Evə getməyə üstünlük verir, yoxsa işin yorğunluğunu aradan qaldırmaq üçün dostlarla vaxt keçirməyə?
-Mənim üçün standart bir proqram yoxdur. Bəzən elə olur ki, işdən sonra dostlarla görüşürük. Yaxud işdən sonra da hansısa iş görüşməsini davam etdiririk. Bir sıra hallarda isə evin problemlərini, müəyyən qayğıları həll etmək üçün evə getməli oluram. Bir sözlə özüm üçün stabil və şablon bir proqram qurmamışam. Yəni, mən hər günün öz hökmünə uyğun davranıram. İş planım isə fərqlidir. İş planım xüsusi proqram, cədvəl üzrədir. İşlərimi bir gün əvvəldən planlaşdırıram. Ancaq ev, istirahətlə bağlı qərarlar yerində verilir. Bu zaman əvvəlcədən planlaşdırma olmur. Çünki işimiz elədir ki, istənilən vaxt istirahət, yaxud evin qayğıları ilə bağlı məsələnin yerini hansısa il görüşməsi tuta bilər. O baxımdan planlı bir istirahət gündəliyimiz yoxdur.

-Ailədə verilən hansısa qərarın iş görüşməsinə, yaxud gündəlik iş rejiminə təsiri olurmu?
-Nadir hallarda ola bilər. Yəni, təxirə salınması mümkün olmayan bir hadisə baş verərsə, ailə üzvlərinin səhhətində hansısa problem yaranarsa, yaxud xeyir və ya şər məclisindən asılı olmayaraq həmin məclisə getmək məcburiyyətində qalaramsa, o zaman dediyiniz situasiya baş verə bilər. O da dediyim kimi nadir hallarda olar. Ancaq gündəlik həyatda iş mənim üçün hər şeydən irəlidir. Evdə də bunu bilirlər. Çünki işimin məsuliyyəti çox böyükdür. Mən sıradan bir işçi deyiləm. Mənimlə bərabər orada onlarla adam, ailə başçısı işləyir. Onların hər birinin məsuliyyəti mənim üzərimdədir. Bunu da evdə çox gözəl anlayırlar. Ona görə də mənim daha çox işə üztünıük verməyimi ailədə normal qarşılayırlar.
-Gür ərzində işiniz çox olur?
-Bəli. Mən həm "VECON CONSULTING" MMC-nin təsisçisiyəm, həm də Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədriyəm. Düzdür, şirkətə köməkçilərim rəhbərlik etsə də, lakin mən də gündəlik olaraq şirkətin işi barədə maraqlanıram, müəyyən məlumat alıram. Bu ilin may ayından isə Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidentiyəm. Müxtəlif vaxtlarda onlayn toplantılarımız, məsləhətləşmələrimiz olur. Yəni, 7 dövlətin qiymətləndiricilər cəmiyyəti ilə ünsiyyətdə oluruq. Bundan başqa iqtisadçı ekspert kimi mediaya açıq olan biriyəm, televiziya, mətbuatda açıqlamalarım, çıxışlarım olur. Bir sözlə günümüz çox gərgin iş rejimində keçir.

-Siz uzun illər partiya sədri olmusunuz. Son iki ildə isə iqtisadi sahə ilə məşğulsunuz. Siyasi sahədən iqtisadi sahəyə keçid çətin olmadı?
-Əslində ikisi də menecment, idarəetmədir. O baxımdan qətiyyən çətin olmadı. Əvəllər 7 min üzvü olan qurumu idarə edirdim və hər gün yüzlərlə şəxslə ünsiyyətdə olurdumsa, indi həmin ölçü bir az kiçilib. Məsələn, AQC-də 150 üzv var, qurumun rəhbərliyində isə təqribən 30-40 nəfər təmsil olunur. Bir sözlə say və enerji etibarilə əvəllər daha çox məşğul olurdum. İndi bir az asanlaşıb. Ümumən götürəndə düşünmürəm ki, iqtisadi və siyasi sektor bir-birindən fərqlidir. Əslində bir-birinə bağlı məsələlərdir. Çünki hər ikisi gündəmi təqib etməyi tələb edir. İkisi də öz üzərində işləməyi tələb edir, hər ikisində idarəetmə mexanizmlərini yaxşı bilməlisən.
-Bəs, bu keçidi partiyadaşlarınız necə qəbul etdi?
-Bizim partiyamızın bir xüsusiyyəti vardı. Ora təkcə eyni fikirli, eyni əqidəli insanların birliyi deyildi, həm də dostların birliyi idi. Çünki eyni nəslin nümayəndələri idik, eyni vaxtda ali təhsil alan insanlar idik. Bir-birimizi yaxşı tanıyırdıq və getdiyimiz yola, əqidəyə nə qədər bağlı olduğumuzu da bilirdik. Ona görə də onlar təkcə partiya sədri kimi mənə etimad göstərmirdilər, eyni zamanda mənə bir dost, əqidədaş kimi yanaşırdılar. Bilirdilər ki, atdığım istənilən addım son nəticədə milli maraqların, dövlətçilik maraqlarının qorunmasına xidmət edəcək. Yəni atdığım addım şəxsi maraqlar naminə atılan addım deyil. Onlar hər zaman mənə inanıblar və bu gün də inanırlar.
-Həmin dostlarınızla müntəzəm olaraq görüşürsünüz?

-XXI əsrdir və ona görə də onlayn əlaqələr canlı görüşləri əvəzləyib. Belə də müntəzəm olaraq bir-birimizlə əlaqə saxlayırıq. Biz toplum, əqidədaş olaraq ömrümüzün sonuna qədər bir yerdə olacağıq.
-Ümumiyyətlə, sirrinizi bölüşə biləcəyiniz dostunuz çoxdur?
-Dost mənim üçün böyük anlam daşıyan bir məsələdir. Bu gün cəmiyyətdə dostluq ifadəsi terminologiya olaraq o qədər sadələşib ki, kimə sual etsən, 10, yaxud 20 dostu olduğunu deyəcək. Ancaq hesab edirəm ki, dostluq zamanla qazanılır və çox ciddi həyati hadisələrdə yoxlanılır. Həyatın sınağından keçəndən sonra həmin şəxsi dost adlandıra bilərsən. Açığı deyim ki, bu mənada dostlarım çox deyil, ancaq var. Dostluq münasibətinə qədər mənim daha çox önəm verdiyim yoldaşlıqdır. Yoldaşlıq bir-birinin problemlərini anlayışla qarşılamaq, problemə qarşılıqlı surətdə dəstək olmaqdır. Dostluq isə onun fövqündə olan bir şeydir. Məncə, həyatda insanın dostu ilk növbədə özü olmalıdır. Bir çox məsələlər var ki, onu ən yaxın dostunla belə müzakirə etmək düzgün deyil. Ona görə də insan hər bir məsələni, problemi ilk növbədə öz süzgəcindən keçirməlidir. Özü ikiləşməli və həmin məsələnin necə yoluna qoyula biləcəyini öz üçün sual-cavab etməldir.
-Övladlarınızı siyasətçi, yoxsa iqtisadçı kimi görmək istərdiniz?
-Bu onların seçimindən asılı olacaq. Valideyn olaraq kənardan kimdə hansı bacarığın olduğunu müşahidə edirəm. Baxmayaraq ki, fəaliyyətim humanitar sahəyə uyğundur, ancaq dəqiq elmləri sevirəm və riyaziyyatçıyam. Övladlarım da bu istiqamətə daha çox maraq göstərirlər. Ümumiyyətlə, bizim nəslimiz demək olar ki, iqtisadiyyata daha çox üstünlük verib. Düşünürəm ki, övladlarım da həmin istiqamətdə seçim edəcək. Ancaq fərqli seçim etsələr də normal qarşılayacam. Çünki mən azadlığı sevən insanam və düşünürəm ki, hər bir şəxs öz gələcək taleyini özü müəyyən etməlidir. Düzdür, valideyn izah edə bilər və hansı istiqamətin daha uyğun, daha uğurlu olduğunu tövsiyə edə bilər. Həmin tövsiyəyə əməl edib-etməmək təbii ki, övladın işidir. Hər üç övladıma açıq şəkildə demişəm ki, hansı seçimi etsələr tərəfimdən dəstəklənəcək.
-Bəs ailədə prinsipial məsələlər olanda son söz Sizin tərəfinizdən deyilir? Çünki bayaq qeyd etdiniz ki, azadlıq tərəfdarıyam və övladlarımın azad fikirli olmalarına şərait yaradıram.
-Əgər məsələ uşaqlarla bağlıdırsa, bu məsləhətli şəkildə olmalıdır. Məsuliyyət bir tərəfin üzərinə düşməməlidir. Çünki övladın gələcəyi ilə bağlı məsuliyyət hər iki valideynin üzərində olan məsələdir. Azərbaycan cəmiyyətində bir qayda olaraq kişilərin üzərinə ağırlıq verilsə də, lakin düşünürəm ki, qadınların da fikrini öyrənmək lazımdır və bunu normal qarşılayıram. Bu baxımdan demokratik fikirli biriyəm. Kişinin sözünün qarşısına söz demək olmaz, yaxud kişinin sözü əsas keçərlidir kimi fikirlər yaxşı hal deyil. XXI əsrdə yaşayırıq və bütün məsələlər müzakirə yolu ilə həll olunur. Atalar deyib ki, ağıl ağıldan üstündür. Bəzən mən öz övladımdan belə daha ağıllı bir fikir eşidir və onun fikri ilə razılaşıram, nəinki həyat yoldaşımdan. Ona görə də hər bir məsələdə istənilən şəxsi dinləmək nornal bir haldır.
Ardı var
Süleyman İsmayılbəyli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 Dekabr 2024 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri