Icma.az
close
up
RU
Həyati təhlükəsi olan beyin anevrizması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır AZƏRTAC

Həyati təhlükəsi olan beyin anevrizması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 21 noyabr, AZƏRTAC

İnsult, beyin zədələnməsi və hətta ölümlə nəticələnə bilən beyin anevrizmasının müayinə və müalicəsi icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir. Anevrizma arteriya, az hallarda vena və ya ürək divarının incəlməsi nəticəsində adətən balon şəklində şişməsi və qabarmasıdır. Beyin anevrizması anevrizmaların daha təhlükəli və ən çox rast gəlinən formalarındandır.

TƏBİB-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin xəstəliyin diaqnostikası və müalicəsi üçün lazım olan maqnit rezonans tomoqrafiyası (MRT), kompüter tomoqrafiyası (KT), KT/MRT angioqrafiya, serebrospinal maye (CSF) testləri, laborator analizlər, açıq beyin əməliyyatı icbari tibbi sığorta hesabına qarşılanır.

Anevrizma ilə heç bir simptom hiss etmədən illərlə yaşamaq mümkündür. Həmin vaxt ərzində isə anevrizma inkişaf edərək hər an təhlükə yarada bilər. Bir çox hallarda anevrizmalar böyüyənə və yırtılana (ya partlayana) qədər simptomsuz keçir. Lakin böyüyən anevrizma ətraf toxuma və sinirlərə təzyiq edir və nəticədə bəzi simptomlar müşahidə olunmağa başlayır. Böyüyən, lakin yırtılmamış anevrizmalar zamanı baş ağrısı, göz üstündə ağrı, üzün bir tərəfində keyimə, ikiləşmiş və bulanıq görmə, genişlənmiş göz bəbəyi kimi əlamətlər müşahidə olunur. Yırtılmış beyin anevrizmaları zamanı boyun nahiyəsinə yayılan şiddətli baş ağrısı, işığa qarşı həssaslıq, nitqin pozulması, psixi vəziyyətdə dəyişiklik, şüur itkisi, başgicəllənmə, hərəkətin çətinləşməsi, dərinin qızarması, tərləmə, ürəkbulanma və ya qusma kimi simptomlar yaşanır.

Xəstəliyin simptomları müşahidə olunan pasiyentlərə həkim təyinatı ilə tələb olunan müayinələr icra edilir. Diaqnozun dəqiqləşdirilməsi anevrizmanın mövcudluğunu aşkar edən beyin toxumalarının və arteriyalarının görüntülərinə əsaslanır. Görüntüləmə MRT və KT müayinələri əsasında əldə olunur.

Həmin xəstəliyin müalicəsi anevrizmanın lokalizasiyası və ölçüsü, onun yırtılma riskinin olması və ya yırtılması, pasiyentin yaşı, irsiyyəti, yanaşı xəstəliklərindən asılı olaraq dəyişir. Kiçik ölçülü və simptomsuz anevrizmaları olan pasiyentlərə vaxtaşırı görüntüləmə metodları (MRT, KT) ilə müayinə və mövcud xəstəliklərinin (xüsusilə ateroskleroz, arterial hipertenziya) müalicəsi tövsiyə olunur. Radikal müalicə üsulu kimi isə cərrahiyyəyə üz tutulur. Cərrahi əməliyyatla anevrizmaya qan axınını kəsmək və qan dövranından ayırmaq (anevrizmanın kliplənməsi, koaqulyasiya və s.) mümkündür. İcra edilən açıq beyin əməliyyatı, bu zaman istifadə edilən tibbi sərf və anesteziya, stasionarda yatış, qidalanma icbari tibbi sığorta təminatına daxildir.

İcbari tibbi sığorta ilə həmin tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və göndəriş əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) icra olunur.

Məlumat üçün bildirək ki, anevrizma yırtılması müalicə edilmədiyi təqdirdə, beyin toxumasında infarkt, beyin zədələnməsi, insult, iflic və bəzi hallarda ölümlə nəticələnə bilər. Həmin xəstəliyə ən çox 40 yaşdan yuxarı olan, şəkərli diabet, arterial hipertenziya (yüksək qan təzyiqi) və digər xəstəliklərdən əziyyət çəkən, baş nahiyəsindən zərbə alan, alkoqol və tütün istifadə edən, ailə tarixçəsində daha əvvəl yırtılmış anevrizması olan şəxslərdə rast gəlinir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2024 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri