Icma.az
close
up
RU
Həyatın paradoksu ondadır ki, dünya tam ədalətli olmayıb və heç vaxt da olmayacaq

Həyatın paradoksu ondadır ki, dünya tam ədalətli olmayıb və heç vaxt da olmayacaq

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


İnsan həyatının ən mürəkkəb suallarından biri məhz budur: insanın əsas məqsədi ədalətdirmi, yoxsa xoşbəxtlik?
Fəlsəfə tarixində bu sual əsrlərlə müzakirə olunub. Çünki insan yalnız bioloji varlıq deyil. O, vicdanı, yaddaşı, mənəviyyatı və daxili məsuliyyəti olan bir varlıqdır. Buna görə də insanın xoşbəxtliyi sadəcə rahatlıqdan ibarət olmur. Bəzən ən rahat yaşayan insan belə daxilən boşluq hiss edir. Çünki ruh yalnız maddi rahatlıqla deyil, mənəvi tarazlıqla yaşayır.
Ədalət isə insanın daxilindəki nizam hissidir. İnsan vicdanən hiss edir ki, haqsızlıq olan yerdə tam sakitlik mümkün deyil. Bu səbəbdən bir çox filosoflar hesab edirdi ki, həqiqi xoşbəxtlik ədalətdən ayrı yaşaya bilməz. Platon yazırdı ki, ədalət ruhun harmoniyasıdır. Əgər cəmiyyət ədalətsizdirsə, insanın daxilində də görünməyən bir narahatlıq yaranır. Çünki insan yalnız özü üçün yaşamır, o həm də gördüyü dünyanın mənəvi yükünü daşıyır.
Lakin həyatın paradoksu ondadır ki, dünya tam ədalətli olmayıb və yəqin ki, heç vaxt da tam olmayacaq. Müharibələr, xəyanətlər, sosial bərabərsizlik, insan hüquqlarının pozulması , bütün bunlar göstərir ki, insan daim natamam bir dünyanın içində yaşayır. Burada əsas sual yaranır: belə bir dünyada xoşbəxt olmaq mənəvi xəyanətdirmi?
Məncə, yox.
Əgər insan yalnız dünyanın qaranlığına baxsa, o zaman heç vaxt yaşaya bilməz. İnsan bəzən kiçik işıqları qorumaq üçün xoşbəxt olmalıdır. Çünki xoşbəxtlik bəzən etiraz formasıdır. Ədalətsiz dünyanın insan ruhunu tam məhv etməsinə icazə verməməkdir. Ancaq burada mühüm fərq var: vicdansız xoşbəxtlik və vicdanlı xoşbəxtlik.
Vicdansız xoşbəxtlik başqasının ağrısını görmədən yaşamaqdır. Vicdanlı xoşbəxtlik isə dünyanın ağrısını anlayaraq yenə də insanlığını itirməməkdir.
Əslində insanın məqsədi yalnız xoşbəxt olmaq da deyil, yalnız ədalət uğrunda yanmaq da deyil. İnsan həyatının mənası bəlkə də bu ikisi arasında balans tapmaqdır. Çünki yalnız ədalət uğrunda yaşayan insan zamanla daşlaşa bilər, yalnız şəxsi xoşbəxtlik üçün yaşayan insan isə mənəvi olaraq boşala bilər.
Bəlkə də kamillik insanın belə bir dünyada həm vicdanını qoruyub, həm də ruhunu öldürmədən yaşaya bilməsidir.
Çünki bəzən insanın ən böyük qələbəsi dünyanı dəyişmək deyil, dünyanın onu dəyişməsinə imkan verməməsidir.
David Seliverstov
Qlobal Həmrəylik Şurasının Qafqaz üzrə nümayəndəliyinin rəhbəri, beynəlxalq hüquq müdafiəçisi, Qafqaz Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:273
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 24 May 2026 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see383

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see352

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see302

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see278

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see275

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see267

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see257

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see249

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see248

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see234

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see225

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see224

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see221

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see217

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see216

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see207

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see205

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri