Sülh müqaviləsini Çili Prezidenti ilə imzalamalıyam? Paşinyan
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Mən Əliyevlə sənəd imzalamalıyam. Artıq bir sənədi – Vaşinqton Bəyannaməsini imzalamışam. İndi sülhün dönməz olması üçün daha bir sənəd imzalamalıyam. Məgər mən sülh müqaviləsini Çili Prezidenti ilə imzalamalıyam?”.
Modern.az xəbər verir ki, Paşinyan bu barədə parlamentdə hökumət saatı zamanı müxalifət nümayəndələrinin suallarını cavablandırarkən danışıb.
O, Ermənistan müxalifətini Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına mane olmaqda ittiham edib.
Paşinyanın sözlərinə görə, Ermənistan uzun illər sülh məsələsini münaqişə yaşamadığı uzaq ölkələrlə müzakirə edib, lakin əsas diqqət qonşularla münasibətlərə yönəldilməlidir.
“Deyirlər ki, gözəl Avstraliya və Braziliya qalıb bir tərəfdə, bunlar gedib Azərbaycanla sülh bağlayırlar. Biz harada yaşayırıq? Avstraliyada, yoxsa burada? Sülhü məhz Azərbaycan və Türkiyə ilə qurmalıyıq”, – deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 19 Noyabr 2026 00:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















