Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbirləri təşkil edib Fotolar
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avqustun 26-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Bakının müxtəlif əyləncə məkanlarında uşaqlar üçün şənliklər keçirilib.
“Qafqazinfo” xəbər verir ki, şənliklərdə torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin övladları, eləcə də valideyn himayəsindən məhrum, internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak ediblər.
İstirahət məkanlarına xüsusi avtobuslarla gətirilən uşaqlar onlar üçün təşkil edilən əyləncələrdən zövq alıb, müxtəlif oyunlarda, ustad dərslərində iştirak edib, rəqslərə qoşulublar.
İsti yay günündə uşaqlar həm də hovuzda doyunca əyləniblər, müxtəlif oyunlarda, o cümlədən köpük şouda iştirak ediblər. Günboyu davam edən tədbirlər çərçivəsində uşaqlar üçün nahar süfrəsi də təşkil olunub. Ad günləri bügünkü tarixə təsadüf edən uşaqlar isə bu özəl günü həmyaşıdları ilə birlikdə şənlənərək qeyd ediblər.
Tədbirlərin yekununda gözəl istirahət günündən xatirə olaraq hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 26 Avqust 2025 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















