Icma.az
close
up
RU
Heydər Əliyev Fondunun nəşri təqdim olundu Fotolar+Video

Heydər Əliyev Fondunun nəşri təqdim olundu Fotolar+Video

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Bakıda keçirilən COP29 çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondunun Azərbaycana həsr olunan yeni nəşri təqdim edilib.

“Qafqazinfo” xəbər verir ki, “Azərbaycan. Təbiətin sehrində” (Azerbaijan. Inspired by Nature) kitabı Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihə çərçivəsində nəşr olunub.

Layihənin ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, layihə rəhbəri Prezidentin köməkçisi Anar Ələkbərovdur.

Təqdimat mərasimində Prezidentin köməkçisi Anar Ələkbərov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik, İşa Xeyriyyə Fondunun təsisçisi, məşhur hindistanlı yoqin Sadhquru (Caqqi Vasudev) və başqaları iştirak ediblər.

Tədbirdə bildirilib ki, nəşrin COP29 günlərində təqdimatı təsadüfi deyil. Burada Azərbaycanın füsunkar təbiəti, flora və faunasına dair fotoşəkillər, müvafiq məlumatlar yer alıb. Kitab oxucuları Azərbaycanın ecazkar təbiəti ilə tanış etməklə yanaşı, bu zənginliyin əhəmiyyətini, onun qorunub saxlanılmasının vacibliyini gündəmə gətirir.

2020-ci ildən start götürən genişmiqyaslı layihə çərçivəsində çəkilən yüzlərlə foto arasında unikal kadrlarla yanaşı, nadir heyvan, quş və bitki növlərini də görmək olar. Layihə Azərbaycan təbiətinin müxtəlifliyini təsvir edərək ölkənin bütün regionlarını, milli parklar və qoruqlarını əhatə edib. Layihə üzrə videoçəkilişlər aparılıb, videoçarxlar və sənədli film hazırlanıb. Təqdimat zamanı sənədli filmin treyleri nümayiş olunub.

Tədbirdə çıxış edən Leyla Əliyeva kitabın hər kəsi təbiəti sevməyə və onu qorumağa səslədiyini bildirərək deyib: "Dünyada təbiət qədər dəyərli heç nə yoxdur. Biz hava ilə nəfəs alırıq. Susuz üç gün də yaşaya bilmərik. Torpaqdan, ağaclardan enerji alırıq, onunla qidalanırıq. Təəssüf ki, gün ərzində insan bunun haqqında çox az düşünür. İnanıram ki, bu kitabda toplanmış şəkillər Azərbaycanın gözəlliklərini təqdim edəcək, insanlara təbiəti sevməyi və qorumağı bir daha xatırladacaq. Atalarımız demişkən: "Gəzməzsən, bilməzsən". Hamıya Vətənimizi gəzməyə daha çox vaxt ayırmağı arzu edirəm. Mən bu möhtəşəm iş üçün bütün komandaya təşəkkürüümü bildirmək istəyirəm və Lerikdə birlikdə keçirdiyimiz günləri heç zaman unutmayacağam. Bu kitab bizi təbiəti sevməyə və qorumağa çağırır. Təbiət bizə həyat bəxş edir, biz də onu sevməyi öyrənək".

Layihənin fotoqraflarından biri Aleksey Lyokin çəkilişlər zamanı fotoqraflar qrupunun ölkəmizin bütün guşələrinə səfər etdiyini, çəkilişlər apardığını, bütün rayonların nadir təbiəti ilə tanış olduğunu bildirib. Qeyd olunub ki, çəkilişlər təbiətin bütün gözəlliyini maksimum dərəcədə göstərmək üçün ilin bütün fəsillərində aparılıb.

"Layihə zamanı heyvanların həyatı, kiçik dostlarımızın ehtiyac duyduğu xoş münasibət haqqında daha ətraflı məlumat əldə etdik. Məsələn, Şirvan Milli Parkının ərazisində yaşayan ceyranlar dəniz suyu içməyə uyğunlaşıblar. Bunu izləmək, sadəcə, təəccüb doğurdu. Biz bütün il boyu Azərbaycanda flaminqo çəkmək imkanını əldə etmişik. Miqrasiya yolu ölkə ərazisindən keçdiyi üçün onları Abşeron, Şirvan, Qızılağac və Ağgöl milli parklarında müşahidə etmək olar. Biz Azərbaycan ərazisindən, xüsusən Beşbarmaq dağının yerləşdiyi yerdən uçan çox sayda quşlar müşahidə edə bildik.

İşğaldan azad olunmuş ərazilərdə - Qarabağda və Şərqi Zəngəzurda çəkilişlər zamanı qeyri-adi hisslər yaşadıq. Qarabağ və Şərqi Zəngəzurun gözəlliyi göz oxşayır. Kəlbəcərdə yerləşən İstisu bulağı və Şuşadakı Çətir şəlaləsi möhtəşəmdir. Kəlbəcərdəki bazalt qayaları diqqəti cəlb edir”, - deyən A.Lyokin ən qədim yaşayış məskənlərindən biri sayılan Azıx mağarasında aparılan çəkilişləri də vurğulayıb. Bu yerlərdə sözlə ifadə edə bilməyəcəyimiz qədər inanılmaz duyğular yaşadıqlarını, bütün bu duyğuların filmdə əksini tapdığını deyib.

İşa Xeyriyyə Fondunun təsisçisi, məşhur hindistanlı yoqin Sadhquru (Caqqi Vasudev) təbiət və onun elementlərinin sıx əlaqəsindən, iqlim dəyişmələri nəticəsində baş verən dəyişikliklərdən danışıb. O, bəşər övladının evi olan təbiətin ayrı-ayrı komponentlərinin bir-birilə vəhdətindən bəhs edərək onları qorumağın vacibliyini vurğulayıb.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Azərbaycan. Təbiətin sehrində” nəşrinin ilk nümunələrini ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik və İşa Xeyriyyə Fondunun təsisçisi, məşhur hindistanlı yoqin Sadhquruya (Caqqi Vasudev) təqdim edib.

Qonaqlar nəşrdən zövq aldıqlarını qeyd ediblər.

Sonda xatirə şəkli çəkdirilib.















Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Noyabr 2024 21:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya proseslərə mane olmağa çalışır

31 İyul 2025 00:30see326

İnfarkt və insult ölüm hökmü deyil. Riskləri necə azaltmaq olar?

29 İyul 2025 19:55see120

Orxan Sübhan: Qarabağ Boltsuz da, Yankoviçsiz də Şelburn u məğlub etmək gücündədir

29 İyul 2025 14:36see120

“Qarabağ”ın “Şelburn”la oyununa doğru: statistika nə deyir?

29 İyul 2025 14:32see119

Eşit, inanma… Təbriz VƏFALI YAZIR

29 İyul 2025 14:21see117

“Kim zəmanət verə bilər ki, Tarif Şurası sabit tarifi artırmayacaq?” “Bu qurum Konstitusiyaya ziddir”

29 İyul 2025 13:53see117

6 cı cinayətindən bəraət aldı

29 İyul 2025 16:33see116

3 ağır ürək diaqnozu olan xəstə ölümdən son anda qurtuldu

29 İyul 2025 16:32see115

Milli komandamızın üzvü niyə Moldova yox, Türkiyə klubunu seçib? Zimbru dan imtina edib

29 İyul 2025 12:20see115

Səfir: Pekin qarşılıqlı faydalı tərəfdaşlığı inkişaf etdirmək üçün Bakı ilə əməkdaşlığa hazırdır

29 İyul 2025 20:34see114

Zaqatalada icra nümayəndəsinin evi yandı

29 İyul 2025 11:05see114

İşğal dönəmində Şuşaya hicran yaşadan xalçalar... Tarix i yenidən evində görmək qürur verir Video

29 İyul 2025 19:18see113

Araz Əzimov İran səfiri ilə görüşdü: Mövcud durum… KONKRET

29 İyul 2025 11:19see113

Bu qədər pulu varsa, ABŞ nin dövlət borcunu ödəsin Zaxarovadan CAVAB

29 İyul 2025 17:33see113

Qarpızın qiyməti niyə bahalaşır? AÇIQLAMA

29 İyul 2025 11:09see112

Əməkdar artist övladları ilə belə dincəlir Fotolar

29 İyul 2025 11:47see112

Bahalı geyimləri ilə öyünən xanəndə brendin adını SƏHV DEDİ VİDEO

29 İyul 2025 16:01see111

Bağça mühiti stimulverici və inkişafetdirici rol oynayır PSİXOLOQ RƏY BİLDİRDİ

29 İyul 2025 11:03see111

Diş sıxılmasından xilas olmağın yolları bunlardır

29 İyul 2025 13:48see111

Daha da dərinləşən siyasi və diplomatik uçurum ortaya çıxacaq POLİTOLOQ ŞƏRH ETDİ

29 İyul 2025 14:21see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri