Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

“Heydər Əliyev İdeyaları: Dövlətçilikdən Zəfərə” adlı tədbir keçirilib

“Heydər Əliyev İdeyaları: Dövlətçilikdən Zəfərə” adlı tədbir keçirilib

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının təşəbbüsü ilə Gəncə şəhərində fəaliyyət göstərən 3 nömrəli Kəlbəcər rayon tam orta məktəbində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Heydər Əliyev İdeyaları: Dövlətçilikdən Zəfərə” adlı tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon təhsil sektorunun müdiri, Təhsil üzrə Ərazi Partiya təşkilatının sədri Namiq Rəcəbov, 3 nömrəli Kəlbəcər rayon tam orta məktəbinin direktoru, Ərazi Partiya təşkilatının sədri Aynur Fərzəliyeva və məktəbin müəllim kollektivi iştirak edirdi.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğurunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizdə memarlıq, şəhərsalma və quruculuq sahəsində həyata keçirilən mühüm layihələrdən geniş bəhs etdi. Bildirdi ki, məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövürlərdə ölkəmizdə çoxsaylı sənaye müəssisələri, mədəniyyət ocaqları, təhsil müəssisələri və sosial infrastruktur obyektləri inşa olunmuşdur. Qeyd edildi ki, həmin siyasət bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sədr Həbib Misirov  çıxışında xüsusilə vurğuladı ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm tarixi Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Azad olunmuş ərazilərdə müasir şəhərsalma prinsiplərinə uyğun yeni yaşayış məntəqələri salınır, yollar, məktəblər, xəstəxanalar və digər sosial obyektlər tikilir. “Böyük Qayıdış” proqramı çərçivəsində doğma yurdlarına qayıdan sakinlər üçün hərtərəfli şərait yaradıldığı qeyd olundu.

Daha sonra çıxış edən Kəlbəcər rayon Təhsil sektorunun müdiri, Ərazi Partiya təşkilatının sədri Namiq Rəcəbov ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlardan və müasir təhsil infrastrukturunun formalaşdırılması istiqamətində görülən işlərdən danışdı. Bildirdi ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda yeni məktəb binaları tikilir, mövcud təhsil müəssisələri əsaslı şəkildə yenidən qurulur və müasir avadanlıqlarla təchiz edilir. O qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzurda da təhsil infrastrukturu yenidən qurulur, həmin bölgələrdə təhsil həyatı bərpa olunur və bu il Kəlbəcərdə müasir Təhsil kompleksi istifadəyə veriləcəkdir.

3 nömrəli Kəlbəcər rayon tam orta məktəbinin direktoru, Ərazi Partiya təşkilatının sədri Aynur Fərzəliyeva çıxışında Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarının bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı. O qeyd etdi ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edilmiş, ölkəmizin ərazi bütövlüyü təmin olunmuşdur. Aynur Fərzəliyeva həmçinin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsil, mədəniyyət, səhiyyə və humanitar sahələrdə həyata keçirdiyi mühüm layihələrdən danışdı. Bildirdi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində respublikamızın müxtəlif bölgələrində yüzlərlə məktəb tikilmiş, əsaslı təmir olunmuş və müasir standartlara uyğun şəkildə şagirdlərin istifadəsinə verilmişdir.
Çıxışlarda vurğulandı ki, müasir Azərbaycanın qurulması, şəhərlərin abadlaşdırılması, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsidir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq layihələri dövlətçilik siyasətinin uğurlu nəticəsi kimi dəyərləndirildi.
Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin zəngin  irsinin gənc nəslə aşılanmasının vacibliyini qeyd etdilər, onun dövlətçilik məktəbinin Azərbaycanın gələcək inkişafında mühüm rol oynadığını bildirdilər.

Sonda Yeni Azərbaycan Partiyasının fəaliyyətində fəal iştirak edən bir qrup üzvə Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı tərəfindən fəxri fərmanlar təqdim olundu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 May 2026 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see678

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see400

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see268

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see263

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see259

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see253

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see249

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see232

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see231

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see217

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see215

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see212

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see210

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see209

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see188

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see187

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri