Icma.az
close
up
RU
Heydər Əliyev: liderliyin dünya miqyaslı strateqi

Heydər Əliyev: liderliyin dünya miqyaslı strateqi

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

I məqalə

14 iyul 1969-cu il

Həmin tarixdə Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilmişdir. Bununla Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik dönəmi başlamışdır. O dövrdə Azərbaycan SSRİ-nin respublikalarından biri kimi çətin dövrünü yaşayırdı. İnkişaf səviyyəsinə görə SSRİ respublikaları sırasında axırıncı yerlərdən birini tuturdu. Mənbələrdə verilən məlumatlara görə, əslində Heydər Əliyevi Azərbaycan SSR-də vəziyyəti düzəltmək üçün rəhbərliyə məsləhət görmüşdülər. Təklifi kimlərin verməsindən çox Ulu öndərin siyasi taleyində Azərbaycanı xilas etmək missiyasının xüsusi yer tutduğunu vurğulamaq maraqlıdır. Görünür, tale xalqın dahi övladlarını həmişə ən yüksək sınaqlara çəkir.

Heydər Əliyev də 1969-cu ildə Respublikaya rəhbər seçiləndə qarşısında ilk xilaskarlıq missiyasını yerinə yetirmək kimi mürəkkəb bir vəzifə vardı. Özü də bu işi Heydər Əliyev Moskvada bir sıra dairələrin Azərbaycana qərəzli münasibəti fonunda həyata keçirməli idi. Heydər Əliyev ermənilərin təsiri ilə Kremldə kimlərin ölkəmizə qarşı hansı işlərlə məşğul olduğunu çox gözəl bilirdi. Bundan başqa, daxili idarəetmədə yol verilən nöqsanlar xeyli problemlər yaratmışdı. Respublikada ümumi sosial-iqtisadi vəziyyət ürəkaçan deyildi.

Millilik çox aşağı səviyyəyə salınmışdı. Azərbaycan milli mədəniyyətinin və elminin sürətli inkişafına ciddi ehtiyac vardı. 1945-ci ildə yaradılmış Elmlər Akademiyasının Azərbaycanın inkişafına xidməti arzuolunan səviyyədə deyildi. Dünyanın aparıcı elm sahələrinin ölkənin sosial, iqtisadi, sənaye, mədəniyyət sferalarına tətbiqi demək olar ki, hiss edilmirdi.

Bunların fonunda Mərkəzdən verilən təlimatlarla Azərbaycan SSR-in ərazilərinin hissə-hissə Ermənistana verilməsi ayrıca problem yaradırdı. Faktiki olaraq masa üzərində Azərbaycan SSR-in sovetlər ittifaqının bir subyekti kimi mövcudluğu sual altına alınırdı. Zahirən və rəsmi hesabatlarda, məruzələrdə bu məqam görünməsə də, Heydər Əliyev real vəziyyəti dərindən bilirdi.

Bununla XX əsrin 70-ci illərinə Azərbaycan SSR ölkə kimi müxtəlif ziddiyyətli məqamların qarşılıqlı təsirinin yaratdığı ürəkaçan olmayan vəziyyətdə qədəm qoydu. Etiraf etmək lazımdır ki, mövcud şərtlər Heydər Əliyevdən SSRİ-nin tərkibində olan müsəlman respublikalardan birinın rəhbəri və xalqın lideri kimi həmin dövr üçün oxşarı olmayan idarəetmə müdrikliyi ilə yanaşı, şəxsi şücaətin olmasını da tələb edirdi. Onun iki səbəbini göstərmək istərdik. Onlardan biri SSRİ-nin tərkibində olan respublika kimi dünyadan təcrid olmaq, digəri isə Mərkəzin siyasi-ideoloji nəzarəti və təzyiqlərinin mövcudluğudur.

Dünyadan təcridlik və siyasi-ideoloji təzyiqlər

Hələ 1919-cu ildə Millətlər Liqasını yaradanlar Rusiyanı və sonra SSRİ-ni geosiyasi proseslərdən təcrid etmək siyasətini yeritdilər. Millətlər Liqası 1920-ci ildə rəsmi fəaliyyətinə Rusiyasız başladı. Sonra SSRİ quruldu, lakin Liqanın münasibəti dəyişmədi – onda bütövlükdə SSRİ-yə daxil olan hər bir respublika təcrid edilmişdi. SSRİ 1934-cü ildə Millətlər Liqasına üzv seçildi, ancaq 1939-cu ildə Finlandiya ilə müharibəyə görə təşkilatdan qovuldu. Bununla SSRİ yarandığı gündən Millətlər Liqası tərəfindən təcrid siyasətini görmüşdür.

Əslində, SSRİ-dən əvvəl də Azərbaycana Millətlər Liqasını yaradan əsas dövlətlərin (Böyük Britaniya, Fransa, İtaliya və Yaponiya) münasibəti müsbət deyildi. Ayrıca, onlar (Yaponiya istisna olmaqla) bu və ya digər üsullarla erməni terrorçularının Azərbaycan torpaqlarının işğalına şərait yaradırdılar və əsas məqsədləri əzəli Azərbaycan ərazilərinin bir hissəsində ermənilərə dövlət yaratmaqdan ibarət idi.

SSRİ-nin yaradılması ilə Azərbaycan üçün geniş anlamda bu cür təcrid və təzyiq vəziyyəti mahiyyət olaraq dəyişmədi. Əksinə, təcrid və təzyiq ikiqat səviyyəyə qalxdı. Belə ki, 1922-1939-cu illərdə SSRİ daxilində Azərbaycana qarşı elə siyasət aparıldı ki, Ermənistan SSR-in başlanğıcda 1000 kvadratkilometr olan ərazisi bizim ölkənin torpaqları hesabına 29 min 800 kvadratkilometrə çatdırıldı.

1948-1953-сi illər deportasiyası nəticəsində Qərbi Azərbaycan ərazisində qurulmuş qondarma Ermənistandan 100 minlərlə soydaşımız yurdlarından didərgin salındı. Buna qarşı Azərbaycan SSR-in o dönəmdəki rəhbərlikləri tutarlı heç nə edə bilmədilər. Onların işi öz yurdlarından deportasiya edilmiş insanları öyrəşmədikləri relyefə malik olan Azərbaycan ərazilərində yerləşdirmə oldu. Bu cür vəziyyət təqribən 1969-cu ilə qədər davam etdi.

Beləliklə, 1969-cu ildə Heydər Əliyev vacib surətdə həllini gözləyən çoxlu sayda problemlərə malik Azərbaycan SSR-ə rəhbər gəldi. Bu zaman, Ulu öndər həm beynəlxalq aləmdən geosiyasi təcrid, həm də SSRİ mərkəzindən edilən təzyiqlərin edildiyi bir Respublikanı düşdüyü vəziyyətdən xilas etməli idi. Heydər Əliyev bu cür çətin durumdan Azərbaycan SSR-ni ölkə və cəmiyyət kimi xilas edən lider oldu! Bu baxımdan hələlik Heydər Əliyev səviyyəsində öz ölkəsi, dövləti və cəmiyyəti üçün töhfə verən başqa siyasi lider yoxdur.

Azərbaycan SSRİ tərkibində olduğu dönəmdə belə Heydər Əliyev liderliyin dünya miqyaslı strateqi kimi fəaliyyət göstərdi. Moskvada erməni lobbiçiliyinin tüğyan etdiyi bir dönəmdə Heydər Əliyev Azərbaycandan torpaq qopartmaq prosesini tamamilə dayandırdı. Ulu öndərin apardığı siyasət kadrları milliləşdirdi, siyasi institutlaşmanı yeni səviyyəyə yüksəltdi, elm Azərbaycan dövlətinə xidmət etməyə başladı, ölkənin sosial-iqtisadi vəziyyəti kökündən dəyişdi (Azərbaycan SSR təsadüfən dalbadal keçici bayraqlar almırdı). Hətta həmin dövrdə Azərbaycan Elmlər Akademiyası SSRİ-də yeganə elmi təşkilat idi ki, Moskvadan asılı olmayaraq beynəlxalq əlaqələr qura bilirdi.

Bununla Heydər Əliyev SSRİ kimi nəzarətin güclü olduğu bir qapalı sistemdə yüksək liderlik nümunəsi nümayiş etdirmişdir. Öncə, Azərbaycan SSR-in qapalı sovet sistemi daxilində mövcudluğu zərurətini qəbul etdirmişdir. Çünki əgər bir neçə əsr davam edən antiAzərbaycan (antitürk-müsəlman) siyasətini nəzərə alsaq, imperialist dairələrin son məqsədi türk imperiya strukturlarını dağıtdıqdan sonra, ümumiyyətlə, türk milli dövlətçiliyini məhv etməkdən ibarət idi.

Aydın görünürdü ki, bizə dost olmaq istəməyən imperialist dairələr (Qərbin güclü imperialist dövlətləri, Rusiya imperializmi və sonra “sosializm qardaşlığı” donuna bürünmüş sovetləşmə) Səfəvi və Osmanlını məhv etdikdən sonra, qalan türk dövlətçilik əlamətlərini də yerlə-yeksan etməkdə qərarlıdırlar. Bu tezisi XVIII əsrin ikinci yarısından XX əsrin sonlarına qədər həmin dairələrin müxtəlif ibarələr altında bizə qarşı apardıqları siyasətin konkret faktları təsdiq edir.

Heydər Əliyevin xilaskarlıq missiyasının sovetləri əhatə edən dönəminə vurğuladığımız bu geosiyasi və siyasi-ideoloji reallıqlar prizmasında baxmaq lazımdır. Bir müsəlman-türk lider ikiqat təcridçilik və ciddi nəzarətli siyasi-ideoloji təzyiqlər şəraitində öz ölkəsini necə xilas edə bilərdi? Bu suala cavab nə asandır, nə də sadədir. Çünki söhbət vurğulanan ziddiyyətlər şəraitində siyasi liderin praktiki uğurlu ola bilməsi nümunəsinin fəlsəfi və siyasi-nəzəri dərkindən gedir. Ona qiymət vermək çətin məsələdir. Lakin bir reallıq burada yardımçı ola bilər: Heydər Əliyev sözdə deyil, əməldə Azərbaycanı ölkə, dövlət, mədəniyyət məkanı, iqtisadi güc və cəmiyyət kimi xilas etdi. Məhz bu baxımdan Heydər Əliyev dünya miqyaslı uğurlu strateq olaraq hələ sovet dövründə özünü təsdiq etmişdir!

Azərbaycan dövlətçiliyinin deqradasiyasının dayandırılması

XVIII əsrin ikinci yarısından başlayaraq Qərb imperialist dairələri ilə Rusiya imperializminin mütəmadi olaraq Azərbaycan ərazisi, mədəniyyəti, demoqrafiyası və dövlətçiliyinə qarşı həyata keçirdikləri fəaliyyətlərin məntiqində onu tarixin səhnəsindən silmək planlarını həyata keçirməyə çalışdıqlarını görürük.

Çar Rusiyası inqilaba qədər Azərbaycanı tərkibində saxlamaqla faktiki olaraq müstəqil dövlətçiliyimizi tədricən məhv etmək xəttini seçmişdi. Qərbin imperialist dairələri ondan heç də geridə qalmırdılar. Buna görə də inqilabdan sonra Cənubi Qafqazda ayrıca respublika olmaq məqsədinə ən çətin nail olan Azərbaycan oldu. Tarixi faktdır ki, kommunistlərin rəhbəri də öncə Azərbaycanı ayrıca respublika kimi görmək istəmirdi. Lakin 1918-1920-ci illər ərzində azərbaycanlılar Demokratik Respublikanı yaşatmaqla sübut etdilər ki, feili olaraq müstəqil dövlət qurmağa qabildirlər. Sosialist inqilabı bu prosesi dayandırdı. Nəticədə SSRİ tərkibində Azəbaycan SSR ciddi surətdə Mərkəzdən idarə olunan respublika kimi mövcud oldu.

Bu formada Heydər Əliyev Azərbaycanda dövlət strukturlarını (siyasi institutlaşmanı) reallaşdırmaqla tarixi addım atdı. Söhbət 1969-cu ilə qədər Azərbaycan SSR-də siyasi institutlaşmanın ümumiyyətlə, olmadığı kimi absurd iddia irəli sürməklə bağlı deyildir. Məsələ Azərbaycanda dərin sosial-siyasi və idarəetmə qatlarında ölkəyə yararlı ola biləcək idarəetmə infrastrukturunun yaradılması ilə bağlıdır.

Açıq görünürdü ki, sovetlərin tərkibində formal olaraq “Azərbaycan siyasi idarəetmə institutları” formalaşdırılırdı. Onlarda Azərbaycana tamamilə yad ruhlu insanlar əsas yeri tuturdular. Bu da geniş anlamda Azərbaycan dövlətçiliyinin qapalı bir siyasi rejimdə tədrici məhv edilməsi demək idi. Çünki yad kadrlar malik olduqları səlahiyyətlərini Azərbaycanda real idarəetmə strukturlarını yaratmağa deyil, minbir hiylə ilə Azərbaycanda dövlətçilik ruhu və şüuruna zərbələr endirmək istiqamtinə yönəldirdilər. Hər yerdə və hər işdə ilk “günahkar” milli ruhlu azərbaycanlı olurdu. Bu cür insanlarımızı cəzalandırır və millilikdən əl çəkməyə məcbur edirdilər. Bununla tədrici olaraq azərbaycanlıları dövlət yaradan qövm deyil, başqasının siyasi iradəsini yerinə yetirməli olan “yığınaq” halına salmağa çalışırdılar. Heydər Əliyev 1969-cu ildən başlayaraq bu prosesi dayandırdı. Tədricən Azərbaycan ruhlu kadrlar yetişdirildi, idarəetmə və təhlükəsizlik orqanlarında milli maraqlara bağlı insanlar yer tutmağa başladılar. Beləliklə, müstəqil dövlət olmaq imkanları qarşısında yeni üfüqlər açıldı.

Çox əhəmiyyətlidir ki, fəaliyyəti ilə Heydər Əliyev qapalı siyasi sistem daxilində müsəlman ölkəsinin dövlətçiliyinin deqradasiyasının qarşısını almağın nümunəsini yaratmış oldu. Bu prosesə SSRİ-dən kənarda dəstək almaq mümkün deyildi.

Birincisi, Azərbaycanda dövlət strukturlarının milliləşməsinə kənardan dəstək verə biləcək böyük güc yox idi. Qardaş Türkiyənin özü müstəqilliyini güclə saxlaya bilir və əslində Qərbin tam təsiri altında qalmalı olurdu. Türkiyədə baş verən dövlət çevrilişləri, sui-qəsdlər, siyasi təxribatlar, NATO-ya bağlı silahlı qüvvələrin çevrilişləri onun təzahürləri idi.

İkincisi, kənardan Azərbaycana ola biləcək hər hansı dəstəyin qarşısını SSRİ qətiyyətlə alardı və təşəbbüskarları məhv edərdi.

Üçüncüsü, Azərbaycanda milli kadrların aparıcı yer almasına qarşı ilk çıxan Mərkəz və orada at oynadan ermənilər idi. Çünki ermənilərə dövlət qurmaq planları tam olaraq həyata keçməmişdi. Buna görə də mütəmadi qaydada Azərbaycanda əraziləri alıb, Ermənistana verirdilər. 1969-1982-ci illərdə həmin prosesin qarşısını Heydər Əliyev aldı.

Bu, Azərbaycanı xilas etmək missiyasının ilk mərhələsinin finalı idi. Ulu öndəri Moskvaya vəzifəyə aparmaqla ümid edirdilər ki, Azərbaycanda məkrli planlarını həyata keçirmək üçün geniş imkanlar yaranacaq.

Ancaq Heydər Əliyev Moskvadan da Azərbaycana ciddi yardımlar etdi. Yeni müəssəisələr, təhsil ocaqları, idarəetmə infrastrukturunun yaradılması üçün ciddi addımlar atdı.

1982-1989-cu illərdə ermənilər əvvəlki mərhələlərdə özünü göstərən antiazərbaycan fəaliyyətlərini genişləndirməyə çalışdılar. Nəticədə Moskvanın ciddi dəstəyi ilə 1988-ci ildə azərbacanlıların Qərbi Azərbaycandan deportasiyasının yeni mərhələsi başladı. 1990-cı il 20 Yanvar hadisələri və Azərbaycanın torpaqlarının tədricən işğalı səbr kasasını daşırdı. Heydər Əliyev çox çətin şərtlər daxilində yenidən siyasi fəaliyyətini aktivləşdirdi. Bununla Ulu öndərin liderliyinin dünya miqyasında strategiyalar sırasında yeni mərhələsi başladı.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki fəlsəfə elmləri doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 İyul 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qarabağ la matçda adi vəziyyətdən qol buraxdıq Robbi Kin

26 Avqust 2025 21:16see229

Rusiya yanacaq ixracına qoyulan qadağanın müddətini uzadıb

26 Avqust 2025 02:36see226

Sevil Nuriyeva qətlə yetirilən həyat yoldaşından yazdı: Bu dünyadan ağzı oruclu köçdü FOTO

26 Avqust 2025 04:44see145

“Düşündüm ki, başqa yolum yoxdur” 55 yaşında tələbə oldu

26 Avqust 2025 16:18see144

“Qarabağ” yeni hücumçu aldı FOTO

25 Avqust 2025 22:12see138

Ərdoğan: Türkiyə terror probleminin aradan qaldırılması yolunda qətiyyətli addımlar atmağa davam edəcək

26 Avqust 2025 00:14see138

Mançester Yunayted in futbolçusu La Liqaya qayıda bilər

25 Avqust 2025 20:22see138

Dünyanın ən böyük narkokartelinin həmtəsisçisi günahını etiraf etdi

26 Avqust 2025 16:02see136

Bikinili fotoları ilə gündəm oldu FOTO

26 Avqust 2025 14:58see135

ABŞ İranın bu həmləsinin qarşısını aldı Tramp

25 Avqust 2025 21:46see133

Azərbaycan Macarıstanla süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib

26 Avqust 2025 17:40see132

Çin avtomobilləri hansı yanacaqla sürülməlidir? Yaranan problemlərin səbəbləri

27 Avqust 2025 00:13see131

Dünya Bankı yenidənqurma üçün Livana 250 milyon dollar kredit ayırır

27 Avqust 2025 00:25see128

Tramp: Rusiya Ukrayna məsələsinin asan olacağını düşünürdüm

25 Avqust 2025 21:16see128

“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”

26 Avqust 2025 16:01see128

“Bütün təzyiq variantları uğursuzluğa məhkumdur”

26 Avqust 2025 17:43see126

2026 cı ildə bəxti gətirməyəcək bürclər

25 Avqust 2025 23:59see125

Bu il məktəblər sentyabrın 20 i başlayacaq? DƏYİŞİKLİK GÖZLƏNİLİR

25 Avqust 2025 20:40see122

Xocalı sakinlərinə əkin üçün torpaq icarəyə verilib

27 Avqust 2025 12:17see121

ABŞ bayrağını yandıranlara 1 illik həbs cəzası Tramp qərarı imzaladı

25 Avqust 2025 22:11see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri