Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Heydər Əliyev: Liderliyin və milli iradənin təcəssümü

Heydər Əliyev: Liderliyin və milli iradənin təcəssümü

525.az saytına istinadən Icma.az xəbər verir.

Hər bir xalqın tarixində elə dönüş nöqtələri olur ki, həmin məqamlarda ortaya çıxan fövqəladə liderlər millətin taleyini müəyyənləşdirir – Heydər Əliyev məhz belə bir şəxsiyyət idi.

XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kuliminasiya həddinə çatdı,xaos, anarxiya Respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə hədəfə almışdır. Beləliklə 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc- mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yenicə müstəqilliyə qədəm qoymuş dövlətə liderlik xüsusiyyətinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanından məhrum olan, adi vəziyyətlərdə belə çıxış yolu tapmağa qadir olmayan şəxsin rəhbərlik etməsinə görə baş verdi. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar xalq arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Gəncə şəhərində baş vermiş 1993-cü il 4 iyun hadisələri bu sonluğunu kulminasiya nöqtəsi oldu. Belə vəziyyətdən çıxış yolu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Çünki bu insan ümumxalq inamını, etibarını artıq o zamanədək çoxdan qazanmışdı. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədəflərinin qarşısını ala bilməyəcəyini dərk edən AXC-Müsavat iqtidarının özü də xilas olmaq üçün sonda Heydər Əliyevdən yardım istədi. Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı artıq tarixi zərurət idi. Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunması üçün bu müstəqilliyin əldə olunmasına ən çox töhfə vermiş və onu qoruya biləcək əvəzsiz lideri dəvət etdi. Hələ 1992-ci ilin oktyabrında Azərbaycanın “91-lər” adlanan ziyalıları Heydər Əliyevə hakimiyyətə qayıdışı üçün müraciət etmişlər.

Müraciətlərində deyilir: “Möhtərəm Heydər Bəy! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi Respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə vətəndaş təkliflərinə əsaslanaraq, belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider siz ola bilərsiz. Və yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, Respublikanın bütün zümrələrindən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərində öz layiqli töhfələrini verə bilər. Azərbaycan sizin sözünüzü və qəti qərarınız gözləyir".

1993-cü il iyunun 9-da Heydər Əliyev nəhayət xalqın və Respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Bu isə daxili və xarici düşmənlərimizin bütün planlarının pozulmasının başlanğıcı oldu. Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı, bölgədə helə də davam edən qiyamın və qardaş qırğının qarşısını aldı. 1993-cü ilin iyun ayının 15-də Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıtması nəticəsində müstəqilliyimiz tarixində əslində böyük bir faciənin qarşısı alınmış, məhz onun səyləri nəticəsində Respublika ərazisinə səpələnmiş cinayətkar dəstələr zərərsizləşdirilmiş, vətəndaş müharibə təhlükəsinə, separatçı meyillərə son qoyularaq 1994-cü ildə atəşkəs elan olunmuşdur.  Heydər Əliyevin hakimiyyətə qayıtdığı 1993-cü ilin 15 iyun Azərbaycanın yeni tarixini bütün mənalarda ikiyə  böldü. Arxada total psixoz, dərəbəylik hakimiyyəti və siyasi hikklərin girovuna çevrilmiş Azərbaycan dövlətçiliyinin qaranlıq perspektivi, irəlidə isə sabitlik, inam və Azərbaycan dövlətçiliyinin qurtuluşu vardı. H. Əliyevin Azərbaycan rəhbərliyinə qayıtması tarixi zərurətin, sabitlik, qanunçuluq və ədalət intizarında olan milyonlarla insanın çağırışının gerçəkləşməsi idi. Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi bu illərdə təftiş etməyə çalışanlar çox olub, yəqin ki, belələri bundan sonra da tapılacaq. Bu təftişçilərin böyük əksəriyyəti 1993-cü il Azərbaycan dövlətçiliyini uçurumun kənarına gətirib, sonra kömək üçün Heydər Əliyevə müraciət etmiş şəxslərdir. Amma tarix tarixdir və o kimlərinsə iddiasına və istəyinə görə yazılmır.

Ulu öndərin həyatdan gedişi bizim üçün nə qədər ağır olsa da, özümüzü 1 tarixi gerçəklər ovundura bilirik : Bu Heydər Əliyevin qurduğu və bizlərə etibar etdiyi Azərbaycan dövlətidir. Bu dövlət hər ili başa vurduqca, onun hər uğurunun üzərinə yenisi əlavə olunduqca Ulu Öndərin ruhu şad olacaq. Nəticə etibarilə, Heydər Əliyevin böhran dövrlərində göstərdiyi qətiyyətli liderlik, təkcə onun siyasi uzaqgörənliyini deyil, həm də milli iradəni formalaşdırmaq bacarığını ortaya qoydu. O, yalnız idarəçilikdə deyil, həm də xalqla ruhən birləşməkdə mahir bir lider kimi tarixə həkk olundu.

1990-cı illərin siyasi, iqtisadi və sosial çətinlikləri fonunda Azərbaycanı parçalanmaqdan qoruyan, dövlət müstəqilliyini möhkəmləndirən və gələcək inkişafın bünövrəsini qoyan şəxsiyyət kimi onun rolu danılmazdır. Böhran anlarında qorxuya, təzyiqlərə və xaosa boyun əyməyən, əksinə, millətin birliyini və gələcəyə olan ümidini özündə təcəssüm etdirən Heydər Əliyev, bu torpağın yalnız lideri deyil, həm də milli iradəsinin simvoluna çevrildi.

Bu gün müstəqil Azərbaycanın sabitliyi, beynəlxalq nüfuzu və inkişafı onun qoyduğu təməllərin üzərində yüksəlir. Tarix sübut etdi ki, gerçək liderlər yalnız səsvermələrlə deyil, ağır sınaqlardan alnıaçıq çıxaraq xalqın yaddaşında əbədi yaşayırlar. Ulu Öndərin sözü ilə desək: "İdarəçilik təcrübəsi olmayan adam dövlətə rəhbərlik edə bilməz”.

Əfsanə ibrahimova 

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://525.az
archiveBu xəbər 09 May 2025 01:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see394

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see351

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see326

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see282

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see279

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see265

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see250

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see230

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see230

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see225

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see221

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see221

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see220

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see219

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see213

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see207

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see205

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see194

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see190

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri