Icma.az
close
up
RU
Heydər Əliyev: Millətin milli ideya təməlində birliyi

Heydər Əliyev: Millətin milli ideya təməlində birliyi

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 7 may, AZƏRTAC

Tarixi insanlar yaradır. Onun salnaməsində isə tarixin gedişatını və ənənəvi kanonları dəyişən dahi şəxsiyyətlərin adları qalır. Məhz suveren Azərbaycan dövlətinin banisi, dünya siyasətinin tanınmış əzəmətli xadimi Heydər Əliyev qlobalmiqyaslı belə parlaq şəxsiyyət kimi müasir tarixə adını yazdırıb. Təbii haldır ki, müstəqil suveren Azərbaycan dövlətinin qurucusunun doğum günü Heydər Əliyevə tükənməz minnətdarlıq, qürur və milli sevgi ruhu ilə daim dolub-daşır. Bu əlamətdar gün, həmçinin Prezident İlham Əliyevin Dövlət Bayrağını Xankəndi üzərində dalğalandırması ilə yaddaşlara həkk olunmuş “Zəfər Günü” bayramına rəmzi yol açır.

Bu fikirlər AZƏRTAC-ın oxuculara təqdim etdiyi siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlının məqaləsində yer alıb.

Х Х Х

Dəhşətli Qanlı Yanvar günlərində də, Heydər Əliyevin təşəbbüsü ilə 1920-ci ildən sonra ilk dəfə müstəqil və suveren Azərbaycan Respublikasının rəsmi rəmzinə çevrilən üçrəngli Dövlət Bayrağı Ali Məclisin sessiyasında təsdiq olunanda da Ulu Öndərin nəcib qəlbi həmişə sinxron şəkildə Vətənin nəbzi ilə döyünüb.

Ulu Öndər Heydər Əliyev milli tarixə, xalqın mentalitetinə əsaslanan dövlət təfəkkür strategiyasını formalaşdırıb. Bu, siyasi dəbin və ya xaricdən gələn əmrin əsasında çalışan mücərrəd liderin yox, əsl azərbaycanlının dövlət təfəkkürü idi. Sovet dövründə Azərbaycan dilini qoruyan və yaşadan, dövlət dilinin Konstitusiyada qanunvericilik əsasında təsbit olunmuş statusuna nail olan da məhz Heydər Əliyev olub. İntellektual istedada malik, iradəli, məqsədyönlü və güclü şəxsiyyət olan Heydər Əliyev həmişə qəlbinin genişliyi, səxavətli ürəyi ilə seçilib. Hamı bilir ki, Heydər Əliyev xalqını necə başa düşür, sevir, azərbaycanlı olması ilə fəxr edirdi!

Zənnimcə, Heydər Əliyevin daxili dünyasının kosmik miqyasını, eyni zamanda, Azərbaycan xalqının qorunub saxlanmasında əhəmiyyətini, gənc dövlətin qlobal siyasətin obyekti deyil, suveren subyekti kimi beynəlxalq aləmdə parlaq sıçrayışında Ulu Öndərin rolunu təsvir edə bilən müəllif çətin ki, tapılsın. Öz elmi-publisistik təcrübəmdən belə cəhdlərin nəticəsiz olduğunu başa düşürəm. Təkcə yerli deyil, həm də beynəlxalq səviyyədə bir çox alim, yazıçı və publisist nəsli Heydər Əliyevin nurlu ideyalarının, istedadlarının, real siyasi təcrübəsinin və parlaq nailiyyətlərinin, siyasi və dövlət yaradıcılığının bütün cəhətlərini üzə çıxaracaqdır.

Heydər Əliyevin qarşısında “hər kəs bir bağ salmalıdır” klassik fəlsəfi imperativi ilə bütün dövrlər üçün müəyyən edilmiş hədəf var idi. Heydər Əliyev öz məqsədini Azərbaycan dövlətinin ləyaqət bağını və bu dövlətin vətəndaşının ləyaqətini yetişdirməkdə görürdü. Ulu Öndər və humanist Heydər Əliyev müstəmləkə idarəçiləri tərəfindən xalqın özünüdərkindən belə bir böyük səylə çıxarılan milli ləyaqət hissini diqqətlə böyüdürdü.

Heydər Əliyev deyirdi: “Böyük siyasəti kiçik hisslərə, xırda mənfəətlərə bağlamaq olmaz”. Onun bu müdrik sözlərini Avropa rəsmisinin “çiçəklənən Avropa bağının geridə qalmış bəşəriyyətin cəngəlliyindən” qorunmasını tələb edən çıxışından nə qədər misilsiz meyarlar fərqləndirir. Ulu Öndər Heydər Əliyev Azərbaycanı möhkəm iqtisadi zəmində vətənpərvərlik və multikulturalizmin, elm və mədəniyyətin, yaradıcılıq axtarışlarının və ən yaxşı qədim milli ənənələrin çiçəkləndiyi milli ləyaqət bağına çevirməyə nail oldu. Heydər Əliyev əmin idi: “Hər bir vicdanlı Azərbaycan vətəndaşı hansı şəraitdə yaşamasından asılı olmayaraq, bilməlidir ki, o, xoşbəxt adamdır. Çünki o, artıq azaddır, öz ölkəsinin ağasıdır, müstəmləkə, başqa ölkənin tərkibində olmayan müstəqil dövlətdə yaşayır”. Bu gün Prezident İlham Əliyev tərəfindən yaradılan geoiqtisadi və geosiyasi müstəvidə irimiqyaslı transmilli layihələr reallaşdırılır, innovativ iqtisadi və sosial layihələr intensivləşdirilir, bu isə o deməkdir ki, millətin ləyaqət bağı inkişaf etməkdə davam edir.

Tamamilə diametral zidd siyasi şüarlar altında çıxış edən daxili və xarici qüvvələrin hərəkətlərinin Azərbaycanı şiddətlə vətəndaş qarşıdurması alovuna sövq etdiyi faciəli bir məqamda xalq Heydər Əliyevi hakimiyyətə çağırdı. Qardaş qırğınının bu alovunda milli dövlətçilik məhvə məhkum idi. Heydər Əliyev 1993-cü il oktyabrın 10-da Prezidentin ilk andiçmə mərasimində dediyi sözləri öz nəcib ürəyinin hər bir döyüntüsü ilə təsdiqlədi: “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli ¬dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm”.

Əlamətdar haldır ki, Azərbaycan Prezidenti institutunun həm “Quran”a, həm də Konstitusiyaya and içmək ənənəsini yaradan da məhz Heydər Əliyevdir. Burada söhbət təkcə dövlət və dini rəmzlərdən getmir. Onlar özlüyündə son dərəcə əhəmiyyətli olsalar da, bütövlükdə dövlət və konkret olaraq hər bir vətəndaş qarşısında yüksək mənəvi borc məsələsidir. Azərbaycanın siyasi hakimiyyətində dünyəviliyi və mənəviyyatı sintez edən milli ənənə bu gün Prezident İlham Əliyevin dövlətçilik kursunun strateji prioritetlərinə və demokratik dəyərlərinə işıq salır.

Heydər Əliyevdə immanent olan nəcib ləyaqət ona xalqın birliyini təkcə Konstitusiyanın Prezidentin üzərinə bir vəzifə kimi qoyduğuna görə deyil, hər şeydən əvvəl, büllur kimi təmiz qəlbin səmimi duyğusu olduğuna görə məharətlə təcəssüm etdirməyə imkan verdi. Heydər Əliyev xalqı müəyyən milli formada insan vahidlərinin arifmetik cəmi kimi sevmirdi. Ulu Öndər hər bir insanı varlığın özünün həm ideyasını, həm də mahiyyətini təcəssüm etdirən azərbaycançılıq ideyasının daşıyıcısı kimi görürdü. Heydər Əliyev əmin idi ki, “rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun”.

Heydər Əliyev Prezident adı ilə fəxr edirdi və Azərbaycan dilinin füsunkarlığına xas olan gözəl epitetləri, parlaq metaforaları layiqincə ona aid etməyə çalışanda, bunun qarşısını alırdı. Onun şəxsi təvazökarlığı və təbii nəzakəti dövlətdə birinci şəxsin xüsusi rolunu dərk etmək üçün dərin əxlaqi yanaşma ilə vəhdət təşkil edirdi.

Biz təkcə tarixdə deyil, dünya siyasətinin bugünkü reallıqlarında da ilk baxışdan paradoksal görünən bir fenomen ilə qarşılaşırıq. Ölkədə açıq-aşkar yüksək nüfuza malik olmayan, yalnız müəyyən siyasi qüvvələrə arxalanan liderlər hər vasitə ilə hakimiyyətdən yapışmaqda davam edirlər. Bir çox siyasətçilərdən fərqli olaraq, Heydər Əliyev çoxdan hamı tərəfindən unudulmuş opponentlərinin hakimiyyət müqabilində hər şey vəd etməyə hazır olduğu bir vaxtda populist taktikanı qəti şəkildə qəbul etmirdi. Heydər Əliyev Prezidentin bütün xalq qarşısında məsuliyyətini dərk edirdi. Ona görə də Prezident Heydər Əliyevin dövlət iradəsi milli ideya təməlində xalqın birliyinin formalaşması üzərində cəmlənib.

Ümummilli Lider Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideyası suverenliyi və dövlət müstəqilliyini möhkəmləndirdi, xalqı öz doğma torpaqlarının azad edilməsi, erməni işğalçılarının qovulması uğrunda mübarizədə birləşdirdi. Milli azərbaycançılıq ideyasının rəqabətqabiliyyətli paradiqması özünün tam həyat qabiliyyətini sübut edərək, “böyük Ermənistan” ideyasını həmişəlik olaraq tarixə gömdü.

Milli ideya Vətən müharibəsində Qələbə məqamında və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasında reallaşıb. Azərbaycanın qlobal siyasətdə aparıcı və nüfuzlu aktorlardan birinə çevrildiyi yeni geosiyasi və geoiqtisadi reallıqlarda Prezident İlham Əliyev hələ ötən ilin yanvar ayında aşağıdakı məsələlərə bağlı açıq müzakirələr aparmağı təklif edib: “...Gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq”.

Prezident İlham Əliyev 2024-cü ilin fevralında andiçmə mərasimindəki nitqində milli ideyanın özəyini təşkil edəcək istiqamətləri müəyyən etdi: güclü siyasət, texnoloji inkişaf, qüdrətli ordu, daxili sabitlik, xalq-iqtidar birliyi. Beynəlxalq siyasətin mütəmadi olaraq III Dünya müharibəsinə çevrilməsi təhlükəsi yaradan hibrid müharibənin addım səslərinin eşidildiyi, beynəlxalq iqtisadiyyatda inflyasiya və tənəzzül parçalanmalarının getdikcə daha çox yaşandığı bir şəraitdə möhtərəm Prezidentimizin bəyan etdiyi prioritetlər bütün cəmiyyətdə sağlam nikbinlik ruhu yaradır.

Ulu Öndər Heydər Əliyev daxili sabitliyi, xalq və hakimiyyət arasında birliyi Azərbaycanın dövlət siyasətinin mənəvi atributu hesab edirdi. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə iyirmi birinci əsrin ilk dörddəbir hissəsini parlaq şəkildə başa vuran qürurlu xalqımız müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin mənəvi-əxlaqi kursunu davam etdirərək yeni dövrün çağırışlarını qəbul etməyə hazırdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 May 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qafqazda sülh və güc oyunu: ABŞ ın vasitəçiliyi, Rusiyanın zəifləməsi və İranın yumşalması...

09 Avqust 2025 15:09see329

ABŞ ın iddiası çox böyükdür

08 Avqust 2025 15:21see327

Zəngəzurun sıfır nöqtəsindən ən son görüntülər (VİDEO)

09 Avqust 2025 15:24see128

Deputat: Rusiyanın addımları Azərbaycana qarşı düşmənçiliyin təzahürləridir

08 Avqust 2025 22:34see124

Qarabağ ın maraqlandığı hücumçu İspaniya klubunda

08 Avqust 2025 22:49see123

Keyn Son Hın Minin ABŞ klubuna keçidindən yazdı

08 Avqust 2025 17:33see123

ABŞ ın Zəngəzur dəhlizini açması Çinə ciddi zərbə vura bilər İran təxribatdan ƏL ÇƏKMİR KONKRET

08 Avqust 2025 22:41see122

Vaşinqtonda Əliyev, Tramp və Paşinyanın imzaladıqları tarixi sənədin FOTOLARI

09 Avqust 2025 01:10see121

OKP: Psixoloji zəncirlərlə yaşamaq MÜNASİBƏT BİLDİRİLDİ

08 Avqust 2025 16:45see120

Vaşinqtonda nələr oldu? Azərbaycan XİN dən AÇIQLAMA

09 Avqust 2025 10:47see119

Diş çürüməsinin qarşısını almağın təsirli yolu kəşf edilib

08 Avqust 2025 23:37see119

Tramp daha bir ölkənin prezidentini Vaşinqtona dəvət etdi

09 Avqust 2025 14:36see118

Antonio Quterreşdən bəyanat: Qafqazda mühüm mərhələ...

09 Avqust 2025 21:41see117

Qəzada ölən Aydan yeni məzun olubmuş FOTO

09 Avqust 2025 23:08see116

İlham Əliyevi və Azərbaycan xalqını sülh sazişi münasibətilə təbrik edirik ŞAHBAZ ŞƏRİF

09 Avqust 2025 09:04see116

İlham Əliyev Ərdoğana zəng edib Nələr müzakirə olunub?

09 Avqust 2025 19:25see115

“İnter” belçikalı müdafiəçi üçün danışıqları bərpa etdi

09 Avqust 2025 14:31see115

İlham Əliyev: Azərbaycanofobiyanın hərəkətverici qüvvəsi Bayden administrasiyası olub

09 Avqust 2025 06:59see114

Ən zərərli 10 qida Hər evdə var

09 Avqust 2025 14:56see113

Erməni bloqer: Rusiya istehzalı müdafiə tonunda cavab verib, təxribatını əsaslandırmağa çalışacaq

09 Avqust 2025 19:22see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri