Icma.az
close
up
RU
Heydər Əliyev: şəxsiyyətin miqyası və missiyası

Heydər Əliyev: şəxsiyyətin miqyası və missiyası

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

AMEA-da Ulu öndər Heydər Əliyevin tərcümeyi-halının, çoxcəhətli siyasi-dövlətçilik fəaliyyətinin və mübarizəsinin bütün mərhələlərini əks etdirən "Heydər Əliyev: şəxsiyyətin miqyası və missiyası" adlı fundamental kollektiv monoqrafiya işıq üzü görüb. 5 fəsildən ibarət, 610 səhifəlik monoqrafiya, plan-prospekti və müəlliflər heyəti AMEA Rəyasət Heyətinin iclasında müzakirə olunduqdan sonra, müvafiq qərar əsasında hazırlanaraq nəşr edilib.

Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin çoxcəhətli fəaliyyətinin əsas istiqamətlərinə həsr edilmiş bu ilk fundamental monoqrafik tədqiqatda Ulu öndərin mənalı və keşməkeşli həyatı, mübarizəsinin mahiyyəti, tarixi əhəmiyyəti, müasir dövrdəki yeri və rolu elmi cəhətdən əsaslandırılmış şəkildə təqdim edilir. Kitabda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəqil Azərbaycan dövlətinin inkişafı və ərazi bütövlüyümüzün təmin edilməsindəki tarixi xidmətləri də elmi şəkildə şərh və təqdim olunur.

Tədqiqat əsərinin ideya müəllifi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru AMEA-nın akademik-katibi, akademik Arif Həşimovdur. Kitab AMEA-nın "Elm" nəşriyyatında çap olunub.

"Azərbaycanın dünya miqyaslı görkəmli dövlət xadimi" adlanan birinci fəsil akademik İsa Həbibbəylinin "Görkəmli dövlət xadimi Heydər Əliyevin ömür yolu və mübarizəsi: siyasi portretin miqyası" məqaləsi ilə başlayır. Bu fəsildə akademik İsmayıl Hacıyevin, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovun, fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun, akademik Yaqub Mahmudovun, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə və siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənovun, tarix elmləri doktoru Mehman Süleymanovun, akademik Rasim Əliquliyev, iqtisad üzrə fəlsəfə doktoru Rasim Mahmudov və dissertant Gülnar Paşayevanın, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadənin müxtəlif mövzulu məqalələri yer alıb.

"Azərbaycançılıq ideologiyasının banisi" adlı ikinci fəsildə tarix elmləri doktoru Eynilla Mədətlinin, akademik Möhsün Nağısoylunun və AMEA-nın müxbir üzvü Musa Qasımlının məqalələri verilib.

Üçüncü fəsil "Azərbaycanın elm və təhsilinin böyük hamisi və bələdçisi" adlanır. Bu fəsildə akademik İsa Həbibbəylinin "Heydər Əliyev və Azərbaycan elmi", "Heydər Əliyevin akademik heyətlə tarixi görüşü və Akademiyanın statusu məsələsi" və "Heydər Əliyevin akademiklik seçkisi və Akademiyanın dövlətçilik dərsləri" adlı üç məqaləsi var. Bu fəsildə tarix elmləri doktoru Kərim Şükürovun, tarix elmləri doktoru Ədalət Qasımovun da məqalələrinə yer verilib.

"Azərbaycanın ədəbiyyat və mədəniyyətində dərin iz qoyan şəxsiyyət" adlanan dördüncü fəsildə AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu və filologiya elmləri doktoru Elnarə Akimovanın, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalovun araşdırmalarına yer ayrılıb.

Beşinci fəsil "Xarici siyasətin Heydər Əliyev modeli" məsələsinə həsr edilib. Bu bölmədə AMEA-nın müxbir üzvü Musa Qasımlının, akademik Gövhər Baxşəliyevanın, tarix elmləri doktoru Güllü Yoloğlunun məqalələri toplanıb.

Monoqrafiyanın "Nəticə" hissəsində akademik İsa Həbibbəylinin "Müstəqillik yollarında: Heydər Əliyevdən - İlham Əliyevə" məqaləsi təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Fevral 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri