Icma.az
close
up
RU
Heydər Əliyevdən SSRİ ni silkələyən göstəriş: Bakı 50 il sonra yenidən hərəkətə keçdi FOTO

Heydər Əliyevdən SSRİ ni silkələyən göstəriş: Bakı 50 il sonra yenidən hərəkətə keçdi FOTO

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bəşər Əsədin Suriya müxalifləri tərəfindən devrilməsindən sonra 2024-cü il 11 dekabr tarixində Globalinfo.az-da dərc olunan “Əsədin Azərbaycana qarşı bağışlanmaz həmləsi – Ermənilərə “Nubar” verib” başlıqlı təhlilimdə belə bir fikir qeyd etmişdim:

“Suriya ilə Azərbaycan arasında mühüm bir diplomatik yenilik ola bilər. Bunu şərti olaraq “Nəsimi diplomatiyası” adlandıra bilərik. Məlum olduğu kimi, Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin məzarı Suriyadadır. Nəsiminin nəşinin Azərbaycana gətirilməsi iki ölkə arasında mədəni və diplomatik münasibətlərin inkişafı üçün müsbət addım ola bilər. Yeri gəlmişkən, Şamaxıdakı yeni məqbərə Nəsiminin məzarı üçün uyğundur.”

Həmin ideyanı 12 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4-cü Antalya Diplomatik Forumunda iştirak etmək üçün bu ölkəyə işgüzar səfəri çərçivəsində Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü barədə yazdığım digər təhlildə də geniş şəkildə şərh etmişdim.

Sitat:

“Əvvəllər də qeyd etdiyim kimi, Suriya ilə Azərbaycan arasında mühüm diplomatik yenilik gözləniləndir. Bunu şərti olaraq “Nəsimi diplomatiyası” adlandırmaq mümkündür. Məlum olduğu kimi, Hələbdə vəfat etdiyi bilinən Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin məzarı Suriyadadır. Nəsiminin qalıqlarının Azərbaycana gətirilməsi iki ölkə arasında mədəni və diplomatik əlaqələrin inkişafına ciddi töhfə verə bilər”.

Və bu gün, APA-nın əldə etdiyi məlumata görə, Azərbaycan dövləti Nəsiminin məzarının ölkəyə gətirilməsi ilə bağlı artıq Suriya tərəfi ilə ilkin təmaslara başlayıb. Rəsmi olaraq bu barədə Dəməşqə məlumat verilib.

İmadəddin Nəsiminin məzarı Suriya Ərəb Respublikasının Hələb şəhərində yerləşir. O, 1417-ci ildə bu şəhərdə edam edilib. Neçə illərdir davam edən hərbi münaqişə nəticəsində Hələb şəhərində ciddi dağıntılar meydana gəlib və nəticədə Nəsiminin məzarı da zərər görüb.

Həmçinin oxuyun:

Nəsiminin məzarı Azərbaycana gətirilə bilər – FOTOLAR

İmadəddin Nəsiminin qalıqlarının Azərbaycana gətirilməsi həm tarixi hadisə olacaq, həm də Prezident İlham Əliyevin növbəti dəfə bir ata nəsihətini yerinə yetirməsi mənasına gələcək. Belə ki, 1970-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi kimi Ulu Öndər Heydər Əliyev Suriya Ərəb Respublikasına rəsmi səfər edib. Bu səfər zamanı Heydər Əliyev Hələb şəhərində yerləşən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin məzarını ziyarət etmişdi.

Onun Suriyada yerləşən məzarının illərlə baxımsız və unudulmuş vəziyyətdə qalması, əslində, həmin dövrdə nəinki Azərbaycanda, ümumən SSRİ məkanında milli-mədəni irsə münasibətin hansı durumda olduğunu göstərirdi. Məhz bu səbəbdən Heydər Əliyevin səfəri zamanı Nəsiminin məzarına baş çəkməsi və onun abadlaşdırılması üçün konkret göstərişlər verməsi tarixi əhəmiyyət daşıyırdı.


Nəsiminin Hələbdəki məzarının son halı

Sovet dövründə belə bir məsələnin aktuallaşdırılması və həyata keçirilməsi yalnız mədəni təşəbbüs deyildi, eyni zamanda milli ruhun dirçəldilməsi istiqamətində atılmış cəsarətli bir addım idi. Heydər Əliyev hələ o illərdə milli-mənəvi irsimizin beynəlxalq miqyasda tanıdılması və qorunmasına yönəlmiş uzaqgörən siyasət yürüdürdü. Onun təşəbbüsü ilə Nəsiminin məzarı səliqəyə salındı, ətraf ərazilər abadlaşdırıldı və bu böyük söz ustadına layiq bir abidə mühiti yaradıldı.

Ulu Öndərin Nəsiminin məzarını bərpa etdirməsi başlı-başına cəsarətli bir addım olsa da, onun məzarını Azərbaycana gətirmək mümkün olmamışdı. Lakin bu tarixi missiyanı Prezident İlham Əliyev yerinə yetirə bilər. Ümumiyyətlə, prosesin ilk siqnalı 2019-cu ildə İmadəddin Nəsiminin 650 illik yubileyinin Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd edilməsi ilə verilmişdi. Bu yubiley ili çərçivəsində ən önəmli və davamlı layihələrdən biri də Nəsiminin doğulduğu Şamaxıda onun xatirəsinə ucaldılan möhtəşəm məqbərə oldu.

İstisna deyil ki, Nəsiminin qalıqları Azərbaycana gətiriləcək. Güman ki, onun nəşi Şamaxıdakı yeni məqbərədə dəfn ediləcək. Bununla da Prezident İlham Əliyev növbəti bir ata vəsiyyətini yerinə yetirmiş olacaq.


Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Avqust 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri