Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Heydər Əliyevdən tarixi çağırış: Vətən müharibəsində buna görə sürpriz yaşandı

Heydər Əliyevdən tarixi çağırış: Vətən müharibəsində buna görə sürpriz yaşandı

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Bu gün Azərbaycan artıq təkcə öz sərhədləri daxilində yaşayan insanların dövləti deyil. Dünyanın dörd bir yanında milyonlarla azərbaycanlı var və onların hər biri milli kimliyimizin, mədəniyyətimizin, dövlətimizin təmsilçisinə çevrilib. Diaspor quruculuğu və lobbiçilik sadəcə bir dövlət siyasəti deyil, həm də milli varlığın yeni mərhələsidir. Azərbaycan üçün bu anlayış təkcə Vətənlə mənəvi bağlılıq yox, həm də dövlətçilik düşüncəsinin qlobal miqyasda davamı deməkdir.

Müstəqilliyin ilk illərində Azərbaycan üçün əsas məsələ suverenliyin qorunması idi. Amma dövlət quruculuğunun möhkəmlənməsi, iqtisadi sabitlik və siyasi dayaqların güclənməsi ilə yanaşı, bir məsələ daha aydın görünməyə başladı: dünyada yaşayan azərbaycanlıların potensialı ölkənin beynəlxalq mövqelərinə real təsir göstərə bilər. Ulu Öndər Heydər Əliyev bu həqiqəti çox erkən dərk etmişdi. O, dünya azərbaycanlılarına müraciət edərək, – “harada yaşamağınızdan asılı olmayaraq, siz Azərbaycanın bir parçasısınız”, – deməklə, milli həmrəyliyin ideoloji təməlini atdı.

Bu fikrin arxasında sadəcə duyğusal bir çağırış yox, çox ciddi strateji baxış vardı. Çünki müasir dünyada informasiya savaşı, siyasi təzyiqlər, lobbi fəaliyyətləri dövlətlərin taleyini müəyyənləşdirir. Bu mübarizədə kim öz diasporunu səfərbər edə bilirsə, o, beynəlxalq müstəvidə bir addım öndə olur.

Azərbaycanın son 20 ildə bu istiqamətdə gördüyü işlər təsadüfi deyil. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması, Dünya Azərbaycanlılarının Qurultaylarının keçirilməsi, xaricdə Azərbaycan evlərinin açılması  bunların hamısı bir məqsədə xidmət edir: ölkəmizi müdafiə edən qlobal səs yaratmaq.

Əvvəllər bu səslər zəif eşidilirdi. 1990-cı illərdə xaricdə yaşayan azərbaycanlılar parçalanmış, əlaqəsiz, bəzən bir-birini tanımayan kiçik icmalar idi. Amma zaman keçdikcə bu icmalar bir ideya ətrafında birləşdi – milli maraqların qorunması. Xüsusilə də 2020-ci ildə Vətən müharibəsi dövründə biz bunun canlı şahidi olduq. Dünyanın onlarla ölkəsində yaşayan azərbaycanlılar küçələrə çıxdı, mitinqlər keçirdi, petisiyalar imzaladı, medianın, siyasətçilərin, beynəlxalq təşkilatların diqqətini cəlb etdi. O dövrdə diaspor artıq sadəcə mədəni birlik deyildi Azərbaycan diplomatiyasının bir qoluna çevrilmişdi.

Bu proses təkcə spontan reaksiya deyil, illərlə aparılan məqsədyönlü siyasətin, koordinasiyanın, maarifləndirmənin nəticəsi idi. Azərbaycan dövləti diasporla əlaqələrini formal münasibət kimi yox, milli təhlükəsizlik və yumşaq güc siyasətinin mühüm tərkib hissəsi kimi dəyərləndirdi.

Bugün isə vəziyyət fərqlidir. Azərbaycan diasporu təkcə öz hüquqlarını qoruyan icma deyil, artıq mədəni və siyasi lobbi gücü formalaşdıran bir şəbəkədir. ABŞ Konqresində, Avropa Parlamentində, BMT-də və digər beynəlxalq platformalarda azərbaycanlı ekspertlərin, jurnalistlərin, vətəndaş fəallarının aktivliyi hiss olunur. Onlar Azərbaycanın haqlı mövqelərini əsaslandırmaqla yanaşı, həm də ölkənin modern və sivil imicini təqdim edirlər.

Bunun ən vacib tərəfi odur ki, yeni nəsil diaspor artıq “köhnə siyasi şablonlarla” yox, müasir informasiya metodları ilə işləyir. Sosial media, rəqəmsal diplomatiya, analitik yazılar, sənədli filmlər, beynəlxalq tədbirlərdə çıxışlar, bir sözlə, bunların hər biri Azərbaycanın yumşaq güc arsenalının bir parçasıdır.

Əlbəttə, lobbiçilik fəaliyyəti yalnız informasiya və mədəniyyət üzərində qurulmur. Bu, həm də iqtisadi və elmi əməkdaşlıqlarla güclənir. Məsələn, Avropada, ABŞ-da, Türkiyədə, Rusiya və Mərkəzi Asiya ölkələrində fəaliyyət göstərən azərbaycanlı sahibkarlar artıq həm iqtisadi, həm də ictimai əlaqələrin mühüm halqasına çevrilib. Onlar ölkəmizə investisiya gətirir, beynəlxalq layihələrdə Azərbaycanın adını tanıdır və ən əsası ölkənin maraqlarını müdafiə edən maddi dayaqlar yaradırlar.

Diaspor quruculuğunun mühüm tərəfi həm də mədəni diplomatiyadır. Azərbaycan mədəniyyəti artıq yalnız milli sərhədlər daxilində deyil, beynəlxalq səviyyədə də tanınır. Muğam, xalçaçılıq, aşıq sənəti, milli mətbəximiz, musiqimiz, incəsənətimiz, idmançılarımız – bunlar hamısı Azərbaycan haqqında dünyada formalaşan pozitiv imicin daşıyıcılarıdır. Bu imici ən səmimi şəkildə təbliğ edənlər elə xaricdə yaşayan azərbaycanlılardır.

Mədəniyyətin dili siyasətin dilindən fərqlidir. O, yumşaq, lakin daha təsirlidir. Bir azərbaycanlı tələbənin Parisdə muğam gecəsi təşkil etməsi, bir rəssamın Londonda Qarabağın bərpasına həsr olunmuş sərgi açması, bir musiqiçinin Berlində “Xarıbülbül” mahnısını ifa etməsi, yəni bütün bunların hamısı bir növ mədəni diplomatiyadır. Qeyd olunan diplomatiya illərlə edilən siyasi lobbiçiliyin təsirini qat-qat artırır.

Amma bütün bu uğurlara baxmayaraq, yenə də qarşıda görüləcək çox iş var. Hələ də bəzi ölkələrdə erməni diasporunun təsiri güclüdür, hətta bəzən onların dezinformasiya kampaniyaları ictimai rəyi çaşdıra bilir. Azərbaycan diasporunun informasiya savaşında qalib gəlməsi üçün birlik, koordinasiya və peşəkarlıq vacibdir. Gənclər prosesə daha çox cəlb edilməli, beynəlxalq əlaqələr, kommunikasiya, PR və diplomatiya sahəsində hazırlıqlı olmalıdırlar.

Eyni zamanda, iqtisadi və intellektual diasporun formalaşması da prioritet olmalıdır. Xaricdə yaşayan azərbaycanlı alimlər, mütəxəssislər, sahibkarlar arasında əməkdaşlıq körpüləri qurulmalıdır. Onların bilik və təcrübəsi yalnız fərdi uğur yox, həm də Azərbaycanın qlobal mövqeyinin möhkəmlənməsi üçün strateji kapitaldır.

Dünya azərbaycanlılarının həmrəyliyi bu mənada sadəcə bayram anlayışı deyil. Eyni zamanda milli gücün beynəlxalq miqyasda birləşdirici formasıdır. Harada yaşamağımızdan asılı olmayaraq, bizi birləşdirən ortaq dəyər Azərbaycan sevgisidir. Bu sevgi siyasətdən də, coğrafiyadan da, zaman fərqindən də güclüdür.

Məhz bu həmrəylik sayəsində Azərbaycan son illərdə diplomatik müstəvidə öz sözünü daha inamla deyir. Qarabağın azadlığı, ərazi bütövlüyünün təmin olunması, yeni reallıqların beynəlxalq səviyyədə qəbul etdirilməsi  bütün bunlar həm dövlətin, həm də diasporun birgə uğurudur.

Gələcəkdə bu siyasətin əsas məqsədi də aydındır: Azərbaycanın səsini dünyada daha güclü, qətiyyətli və mədəni şəkildə çatdırmaq. Diaspor səsin çoxluğudur, müxtəlifliyidir, gücüdür. O, artıq bir ideyaya çevrilib, – “Vətəndən uzaqda olsa da, Azərbaycan üçün yaşamaq” ideyasına.

Bu ideya bizi həm birləşdirir, həm də dünyada görünən, eşidilən, hörmət olunan millətə çevirir. Nə qədər ki, həmrəylik ruhu yaşayır, Azərbaycan beynəlxalq mübarizədə daha güclü olacaq.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi.


Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Oktyabr 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see653

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see328

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see312

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see307

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see300

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see297

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see277

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see276

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see269

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see268

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see254

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see252

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see230

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see220

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see220

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see219

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see213

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see209

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see205

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri