Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Hələ də inana bilmirəm

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

Yaşar Nurinin qızı dünyasını dəyişib

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

Türkmənistanda Heydər Əliyevə həsr olunmuş enerji konfransı keçirilib FOTOLAR

Türkmənistanda Heydər Əliyevə həsr olunmuş enerji konfransı keçirilib FOTOLAR

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Aşqabad şəhərində Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi tərəfindən “Heydər Əliyev-Enerji Diplomatiyası: Yaşıl Dünya Naminə Həmrəylik” adlı konfrans keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Türkmənistandakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, konfransda çıxış edən Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, böyük dövlətçilik təcrübəsi, Azərbaycanın rifahı naminə gördüyü işlər, beynəlxalq aləmdə ölkəmizin mövqeyinin möhkəmlənməsi sahəsində fəaliyyəti haqqında məlumat verib. Q.Gözəlov bildirib ki, Heydər Əliyev müasir Azərbaycanın qurucusu olaraq, ölkənin enerji siyasətinin formalaşdırılmasında əvəzsiz rol oynayıb, Azərbaycanın dünya enerji bazarında mühüm oyunçuya çevrilməsinə zəmin yaradıb. Səfir Heydər Əliyevin enerji sahəsindəki strateji baxışını və bu sahədə atdığı əsaslı addımları xatırladaraq, onun müstəqillik dövründə reallaşdırdığı “Əsrin Müqaviləsi”nin Azərbaycanın iqtisadi və siyasi gücünə böyük töhfə verdiyini vurğulayıb. Səfir qeyd edib ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa kimi enerji layihələri Azərbaycanı qlobal enerji təhlükəsizliyinin etibarlı təminatçısına çevirib. Alternativ enerji sahəsinə də toxunan səfir bildirib ki, Heydər Əliyevin ekoloji təhlükəsizliyə və enerji diversifikasiyasına verdiyi önəm, bu gün Azərbaycanın “yaşıl enerji” istiqamətində atdığı addımlara güclü əsas yaradıb. Ümummilli Liderin müəyyən etdiyi enerji siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Həmçinin, səfir çıxışında COP29-da əldə edilən mühüm nəticələr haqqında məlumat verərək, Azərbaycanın beynəlxalq əməkdaşlıq və iqlim dəyişikliyi məsələlərindəki fəaliyyətlərini vurğulayıb. Səfir bildirib ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi 2024-cü ilin ən vacib hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamıdır. Həmçinin, səfir nitqində COP29 çərçivəsində ölkəmizin irəli sürdüyü 14 təşəbbüslə yanaşı, keçirilən tədbirlərə, qəbul edilmiş qərarlara, imzalanmış sənədlərə diqqət çəkib. COP29 çərçivəsində Dünya Liderlərinin İqlim Fəaliyyəti Zirvəsi zamanı ekoloji məsələlər, maliyyə, investisiya, enerji, sülh, elm, texnologiya, qida təhlükəsizliyi, urbanizasiya və gender bərabərliyi mövzularında tədbirlərin keçirildiyini bildirilib. Bu tədbirlərdə geniş beynəlxalq iştirakın təmin edildiyini və müxtəlif sahələr üzrə mühüm təşəbbüslərin elan edildiyini diqqətə çatdırıb. COP29-un əsas qərarlarından biri kimi yeni iqlim maliyyəsi hədəfinin müəyyən edilməsinə diqqət çəkib.

Eləcə də, Q.Gözəlov nitqində Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə qlobal və regional əməkdaşlıqdakı roluna toxunub. COP29 çərçivəsində Mərkəzi Asiya ölkələri və Türk Dövlətləri Təşkilatı ilə aparılan əməkdaşlığa diqqət çəkib. Ölkəmizin təşəbbüsü ilə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında bərpaolunan enerji sahəsində strateji tərəfdaşlıq razılaşmasının imzalandığını, Xəzər dənizi vasitəsilə Avropaya təmiz enerji ötürəcək kabel layihəsinin həyata keçiriləcəyini vurğulayıb. Bununla yanaşı, SPECA və CAREC proqramları çərçivəsində iqlim və innovasiya sahəsində yeni əməkdaşlıq təşəbbüsləri irəli sürüldüyünü, habelə Xəzər dənizinin ekoloji və nəqliyyat məsələlərinə toxunulduğu qeyd edib. Bununla yanaşı, səfir COP29-da əldə olunan nailiyyətlərə və statistik məlumatlara diqqət çəkərək, eyni zamanda Azərbaycanın yaşıl enerji gündəliyi, ölkəmizin alternativ enerji sahəsindəki nailiyyətləri, perspektivlər barədə iştirakçılara ətraflı məlumat verib, Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizədə və qlobal ekoloji sabitliyin təmin edilməsində oynadığı rolu bir daha vurğulayıb.

Konfransda Türkmənistan xarici işlər nazirinin müavini Əhməd Qurbanov çıxış edərək bildirib ki, Heydər Əliyev uzaqgörənliyi və müdrikliyi ilə Azərbaycanın müasir enerji strategiyasının banisi kimi tanınır. Onun əsasını qoyduğu bu siyasət təkcə ölkənin iqtisadi müstəqilliyinin möhkəmlənməsinə deyil, eyni zamanda enerji sahəsində beynəlxalq əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verib.

Həmçinin konfransda Türkiyə səfiri Ahmet Demirok, Böyük Britaniya səfiri Setefen Konlon və Qazaxıstanın səfiri Nurlan Noqayev, həmçinin BMT-nin Türkmənistandakı Rezident Əlaqələndiricisi Dmitri Şlapaçenko, BMT Baş katibinin xüsusi nümayəndəsi-BMT-nin Mərkəzi Asiyada Preventiv Diplomatiya üzrə Regional Mərkəzinin rəhbəri Kaxa İmnadze, habelə “Çalık Enerji” şirkətinin nümayəndəsi Ahmet Anıl Alişbah çıxış ediblər. Eyni zamanda, konfrans çərçivəsində Azərbaycanın millət vəkili, ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin video çıxışı da təqdim olunub, F.İsmayılzadə Heydər Əliyevin siyasi irsinin müasir dövrdə strateji əhəmiyyət daşıdığını və xüsusilə müasir enerji diplomatiyasında bu irsin davam etdirilməsinin önəmli olduğunu qeyd edib. Çıxış edənlər Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, enerji sahəsindəki strateji təşəbbüslərə, ekoloji təhlükəsizlik və yaşıl iqtisadiyyat prinsiplərinə toxunub, regionda və qlobal səviyyədə enerji əməkdaşlığının vacibliyini və bu sahədəki gələcək inkişaf perspektivlərini qeyd ediblər. BMT Baş katibinin xüsusi nümayəndəsi K.İmnadze çıxışında Azərbaycanın həyata keçidirdiyi enerji layihələrinin önəmini vurğulayıb, eləcə də Gürcüstan prezidenti Eduard Şevardnadzenin köməkçisi işlədiyi dövrdə Heydər Əliyevlə bağlı yaşadığı xoş xatirələrini konfrans iştirakçıları ilə bölüşüb.

Konfransın gedişində sinevizyon vasitəsilə Heydər Əliyevlə bağlı kadrlar yayımlanıb, eləcə də Azərbaycanın alternativ enerji sahəsində həyata keçirdiyi layihələr, həmçinin COP29-da əldə olunmuş nailiyyətlər və xronoloji statistik məlumatları ətraflı əks etdirən videoçarxlar nümayiş etdirilib.

Tədbir rəsmi nahar ziyafəti ilə davam edərək, Azərbaycan və dünya bəstəkarlarının klassik musiqiləri ifa olunub. Konfransda Türkmənistanda akkreditə olunmuş səfirlər, beynəlxalq təşkilatların nümayəndələri və əməkdaşları, eləcə də enerji şirkətləri və media təmsilçiləri iştirak edib.

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 May 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see16355

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see963

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see247

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see211

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see169

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see142

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see140

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see136

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see134

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see134

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see133

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see133

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see133

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see127

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see125

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see124

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see124

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see124

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see124

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri