Icma.az
close
up
RU
Heydər Əliyevin Azərbaycanı: 56 il əvvəl başlanan yol

Heydər Əliyevin Azərbaycanı: 56 il əvvəl başlanan yol

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

56 il öncə bu gün Azərbaycanda Heydər Əliyev dövrü başladı…
Bu dövr məmləkət tarixinin ən keşməkeşli mərhələsinin xronologiyası olmaqla yanaşı, həm də ən şərəfli məqamlarını özündə təcəssüm etdirir.
56 ilin uğur məziyyətlərini sadəcə, iki faktda ümumiləşdirmək yetərlidir: tarixin ən qüdrətli Azərbaycanı yarandı, Xankəndidə Zəfər bayrağı dalğalandı…
Bu 56 ilin 6 ilində – 1987-1993-cü illərdə Azərbaycan Əliyevsizlik dövrünü elə Əliyevin qüdrətini daha dərindən dərk edərək yaşadı və onu hakimiyyətə qaytardı…
Bu 56 ilin son 22 ilində Azərbaycan Heydər Əliyevin fiziki yoxluğunda onun əbədiyaşarlığını birmənalı anlayaraq, banisi olduğu irsi dövlətçilik kursu kimi qəbul etdi…

Bu 56 ilin cəmi 28 ilində tarixin rəsmi təsnifatı Heydər Əliyev imzası ilə bağlı oldu, ancaq bundan sonra əsrlər boyu davam edəcək intibah yolunu müəyyənləşdirməyə imkan verdi…
Tale ilə tarix birləşəndə…
Heydər Əliyevin Naxçıvandan Bakıya, oradan isə Kremlə uzanan, daha sonra yenidən Bakıda - ən ali kürsüdə davam edən həyat yolu həm də xalqın tarixidir. Bu tarixdə hər şey var, mənfidən müsbətə, şərdən xeyirə, iflasdan qurtulaşa, böhrandan yüksəlişə doğru bir millətin öz rəhbəri ilə birgə yaşadığı və yaratdığı bioqrafiya…
Onun 1969-cu ilin 14 iyulundan başlayan ilk idarəçiliyi 13 il 4 ay çəkdi. 46 yaşlı Heydər Əliyev qısa müddət ərzində özünü sadə azərbaycanlının mifik təfəkküründəki adil hökmdarın müasir prototipi, ədalət mücəssəməsi və canlı idarəçilik ensiklopediyası kimi təsdiq etdi. Qorxmalı olan ondan qorxur, sadə vətəndaş sevir, vəzifəli şəxslər isə fəaliyyətlərini Əliyev metodları ilə qururdular.

Heydər Əliyev üçün 1969-1982-ci illərin sovet Azərbaycanı əslində, illər sonra istiqlaliyyətini qazanacağı şübhə doğurmayan müstəqil Azərbaycanın sınaq-təcrübə poliqonu, ən əsası, etibarlı təməlatma mərkəzi idi…
Dövlət Təhlükəsizliyi Komitəsində ilk işini kadrların milliləşdirilməsindən başlayan Heydər Əliyev ölkə rəhbərliyində bu kursunu bütöv hakimiyyətin milliləşməsi ilə davam etdirdi. İqtisadi-sənaye komplekslərinin kütləvi inşası ilə Azərbaycanın iqtisadi muxtariyyəti təmin olundu. Neft sektorunda gedən inkişaf dövlətin perspektiv müstəqilliyinin əsas təminatçısı kimi nəzərdə tutuldu.
Hüseyn Cavidin nəşinin Sibirdən Azərbaycana gətirilməsi xalqa unutdurulan keçmişini xatırlamağa və milli kimliyini yada salmağa xidmət edirdi. Erməniləşən Qarabağın mərkəzində Vaqifə ucaldılan məqbərə bu diyarın Azərbaycanın milli məfkurəsinin qaynaqlandığı məkan olduğunu və buna görə də daim əhəmiyyətli tutulacağını göstərirdi. Xaricə kütləvi “tələbə axını” gələcək müstəqil dövlətin peşəkar kadr potensialını formalaşdırmağa yönəlirdi. Xalqın dilinin, rəmzlərinin, milli atributlarının yenidən rəsmiləşdirilməsi müstəqilliyin qazanılacağı təqdirdə millətin çoxəsrlik ənənələrinə yiyələnməsini şərtləndirirdi.
Artıq Azərbaycanda Azərbaycan ruhu və azərbaycanlı mahiyyəti hakim idi. Azərbaycan heç vaxt olmadığı kimi azərbaycanlıların idi. Milli ruh, milli mənəviyyat, milli keçmiş, milli intibah artıq adi söz deyildi, bunlar cəmiyyətin və vətəndaşın əsas xüsusiyyət göstəriciləri idi. Heydər Əliyev Azərbaycanı müstəmləkə kimi deyil, iqtisadi və milli-mənəvi muxtariyyatı olan ölkətək yaşadırdı.
Necə ki, ötən əsrin 60-cı illərinin sonu sosial-iqtisadi məcrada ciddi böhranlar, milli-mənəvi sferada azərbaycançılıq ideyasının tənəzzülü ilə xarakterik idisə, elə 90-cı illərin əvvəlləri də dövlətin süqutu, millətin xaosa sürüklənməsi ilə səciyyəvi idi. Ancaq hər iki təlatümlü tarixi gedişin - Azərbaycanı məhvə aparan mərhələnin qarşısını Şəxsiyyət faktoru aldı...
Azərbaycan İlham Əliyevə Heydər Əliyev qədər inandı

32 il öncə başlanan ikinci qurtuluş missiyası ilə Heydər Əliyev Azərbaycana güclü və qüdrətli dövlət, həqiqi müstəqillik, nizami ordu, sabitlik, inkişaf, ən əsası ümid bəxş etdi...
O, MDB-də ilk dəfə olaraq torpaq islahatı apardı və minilliklərlə ölçülən tariximizdə torpağı ilk dəfə olaraq kəndliyə təmənnasız bağışladı. Heydər Əliyev nefti “fəlakət mənbəyi”ndən yüksəlişin əsas amilinə və ümumxalq sərvətinə çevirdi, millətin və dövlətin əsrlər boyu davam edəcək intibahının və təhlükəsizliyinin əsas təminatı etdi. Xalqı mülkiyyətçiyə, sahibkara, pul yiyəsinə çevirdi, halallıqla dolanmağı və yeni dövrdə çörək qazanmağı öyrətdi. Heydər Əliyev ölkəyə milyardlarla dollar həcmində sərmayə, zəngin valyuta ehtiyatı gətirdi. Azərbaycanda vətəndaş qarşıdurmasını yox etdi, milli birliyi, sülhü və həmrəyliyi yaratmaq məqsədilə on minlərlə insana amnistiya və əfv tətbiq etdi, hətta onun fiziki qəsdinə çalışan cinayətkarları bağışladı. 
Heydər Əliyev həm də hər bir fərdə vətəndaş mövqeyi və vətənpərvərlik duyğusu nəsib etdi, vətəni təkcə sevməyi yox, onu qorumağı öyrətdi. Dövlətə və xalqa xidmətin ən mükəmməl örnəyini yaratdı. Bu missiya Heydər Əliyev siyasi kursunun Azərbaycanın dövlətçilik konsepsiyasına çevrilməsini təmin etdi.
Ən nəhayət, Heydər Əliyev Azərbaycana elə qüdrətli Lider bəxş etdi ki…

1969-cu ildən başlanan missiyada İlham Əliyev daim Heydər Əliyevin yanında olub, onu hamıdan daha yaxın müşahidə edib, fəaliyyətinin mahiyyətini hər kəsdən daha aydın görüb…
Heydər Əliyevlə bərabər İlham Əliyev də yeniyetməliyindən etibarən Azərbaycanı qarış-qarış dolaşıb, kəndbəkənd gəzib. Qarabağdan Naxçıvana, Lənkərandan Qazaxa qədər hər yerdə Ulu Öndəri müşayiət edib…
Zirvələrin fəthini də, üzləşdikləri nankorluqları da birlikdə yaşayıblar…

Siyasətin enişli-yoxuşlu bütün mərhələlərini bərabər addımlayıblar. Qanlı Yanvar günlərində Moskvadakı nümayəndəlikdə, soyuq qış günlərində Naxçıvanın ucqar kəndlərində, qiyam, çevriliş cəhdlərində Bakıdakı meydanlarda Heydər Əliyevin yanında məhz O - İlham Əliyev mətin dayanmışdı…
Heydər Əliyev İlham Əliyevə Özü qədər inandı, xalqı da İlham Əliyevə Heydər Əliyevə inandığı qədər inandı, güvəndi və Tarixin Ən Qüdrətli Azərbaycanını qazandı…
Qarabağda, Şərqi Zəngəzurda Zəfər bayraqlarını ucaldarkən «Heydər Əliyevin vəsiyyətini yeninə yetirdim» - deyən Müzəffər Lider bu tarixi qələbənin banisi olan Əbədiyaşar Liderə vəfa borcunu ödədi…
İndi Qarabağ və Şərqi Zəngəzurda İlham Əliyevlə bərabər Heydər Əliyev də – onun ruhu da gəzir, açılışlar edir, təməllər qoyur, daha uğurlu sabahın müjdəsini verir...
Bu müqəddəs torpaqlarda Heydər Əliyevin quruculuq izlərini, əbədiyyat nişanlarını onun digər davamçısı Mehriban Əliyeva da böyük fədakarlıqla, əzmlə, təəssübkeşliklə həkk etdirir…
«Heydər Əliyev» yazılır, «Azərbaycan» oxunur

Qazanılan bütün uğurların təməli bu şəxsiyyətin adı ilə bağlı olduğundan, həmçinin dövlətin mövcudluğu bu fenomenin fəaliyyətinin bəhrəsi kimi təşəkkül tapdığından bu ölkə “Heydər Əliyevin Azərbaycanı” adlanmağa tam layiqdir…
Bu xalq əsrlər boyu qazandığı nailiyyətləri, ali keyfiyyətləri Heydər Əliyev epoxasında təkmilləşdirərək sistem halına saldı və millət kimi mövcudluğunu, dövlət qurmaq haqqını, özünü idarə etmək, qalib gəlmək bacarığını ən yüksək həddə nümayiş etdirdi.
1969-cu ilin 14 iyulundan qüdrətli dövlətin, milli intibahın, sosial tərəqqinin, mənəvi yüksəlişin əsası müəyyənləşdi. Məhz bu zamandan bütün dövrlərdə dünyanın ən böyük azərbaycanlısı sayılacaq Heydər Əliyevin heç vaxt bitməyəcək siyasi erasının təməli qoyuldu…
Budur Heydər Əliyevin xalqı - müasir, sivil dəyərlərə sahib, azad, müstəqil yaşamağa, zəfər qazanmağa qadir xalq...
Budur Heydər Əliyevin qurduğu dövlət - yeni dünya düzənində vacib aktora çevrilən, güc mərkəzi kimi qəbul edilən respublika...
İndi Heydər Əliyev faktoru Azərbaycan dövləti və Azərbaycan xalqı ilə birlikdə vahid tam təşkil edir...
Və bu vəhdət Ulu Öndərimiz cismən həyatda olmadıqda belə öz qüdrətini, təntənəsini yaşayır. Heydər Əliyev həmişə mövcuddur, həmişə bizimlədir…

Heydər Əliyev Azərbaycanın gücü və qüdrətidir…
Heydər Əliyev milli enerjinin ən ali potensialıdır…
Heydər Əliyev Sovetlər birliyinin beynəlmiləlçilik təbliğatında yaxın keçmişi unutdurulan xalqa dilini, mənəviyyatını, milli şüurunu qaytaran liderdir…
Heydər Əliyev müstəqilliyin dolanbaclarında azan, “Xəzərə tökülmək” qorxusu ilə yaşayan milləti xilas edən, ona itirdiyi böyüklüyünü, aliliyini yenidən qaytaran xilaskardır...
Heydər Əliyev Qafqazın orta əhəmiyyətli məntəqəsindən dünyanın ən güclü fövqəldövlətinin ali rəhbərliyinədək ucalan, ucaldıqca da dövlətini və millətini yüksəldən bənzərsiz fenomendir…
Bir daha vurğulayaq, Heydər Əliyevin taleyi əslində bir insanın ömür yolu deyil, bu, Azərbaycanın tarixidir, qurtuluş, inkişaf, zəfər salnaməsidir!

Bu taleyi - bu tarixi indi Prezident İlham Əliyev yaşayır, yaradır!
Əsla unutmayaq, «Heydər Əliyev» yazılır, «Azərbaycan» oxunur…
İxtiyar Hüseynli, 
Əməkdar jurnalist

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 14 İyul 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahimoviç DÇ 2026 da azarkeşlik etdiyi komandanın adını dedi Mənim köküm o ölkədəndir

13 İyun 2026 14:02see215

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir ŞOK

13 İyun 2026 02:47see204

Aygün Kazımova məzunlarla bir arada Geyimi gündəm oldu

13 İyun 2026 11:00see198

Qarabağ Bakıda hazırlığını davam etdirir

13 İyun 2026 02:46see187

Brayton Tottenhem in müdafiəçisi üçün 30 milyon təklif etdi

12 İyun 2026 19:11see185

Bakı Dövlət Universiteti ilə vidalaşacaq məzunların sayı AÇIQLANDI

12 İyun 2026 20:54see180

Kanada məşhur futbolçunu ölkəyə buraxmadı Zorlama ilə ittiham olunur

12 İyun 2026 22:33see175

Bakıda binadan yıxılan kişi öldü

13 İyun 2026 10:33see172

Ən yaxşı babalar hansı tarixdə doğulanlardır?

12 İyun 2026 21:12see169

Putin: “Məqsəd rusiya cəmiyyətini parçalamaqdır”

12 İyun 2026 23:31see168

İldırımlı hava AZAL ın təyyarəsi geri qayıtdı

12 İyun 2026 22:09see162

Tanınmış aparıcının ARXİV FOTOSU yayıldı

14 İyun 2026 03:45see159

Neft bazarında ucuzlaşmanın səbəbi: Gözləntilər niyə səhv çıxdı?

13 İyun 2026 02:50see158

Dünya çempionatı: Braziliya mllisi xal itirib

14 İyun 2026 04:09see158

Şuşada qurulan birlik: Cənubi Qafqazın siyasi gündəliyini müəyyən edən Bakı

13 İyun 2026 18:09see157

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

14 İyun 2026 04:04see156

DÇ 2026: İngiltərə millisinin düşərgəsində oğurluq

13 İyun 2026 07:24see155

ABŞ və İran sülh sazişinin yekun mətnini razılaşdırdı

12 İyun 2026 21:06see155

Bakıda parkinq böhranı: Yer yoxdur, qiymətlər isə artır VİDEO

13 İyun 2026 08:28see151

DÇ 2026: ABŞ Paraqvaya rəhm etmədi

13 İyun 2026 08:01see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri