Icma.az
close
up
RU
Heydər Əliyevin Uzaqgörən Strateji Kursu: “Əsrin müqaviləsindən” “Yeni əsrin müqaviləsinə” uzanan yol

Heydər Əliyevin Uzaqgörən Strateji Kursu: “Əsrin müqaviləsindən” “Yeni əsrin müqaviləsinə” uzanan yol

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

XX əsrin sonlarında Azərbaycan müstəqilliyinin ilk illərində ağır sınaqlarla üz-üzə qaldı. Ermənistanın təcavüzü nəticəsində ərazilərin 20 faizi işğal edilmiş, bir milyondan çox insan öz doğma yurd-yuvasından didərgin düşmüş, iqtisadiyyat dərin böhran içində idi. İstehsal müəssisələri fəaliyyətini dayandırmış, ÜDM sürətlə azalmış, inflyasiya rekord həddə yüksəlmişdi. Belə bir vaxtda ölkənin siyasi idarəçiliyinə qayıdan Heydər Əliyev yalnız sabitlik yaratmaqla kifayətlənmədi, həm də Azərbaycanın gələcək onilliklər boyu inkişafının əsaslarını qoydu.

Onun uzaqgörən enerji strategiyası, xüsusən də müharibə şəraitində belə xarici sərmayələrin ölkəyə cəlb olunması müstəqil Azərbaycanın tarixində dönüş nöqtəsi oldu.
Heydər Əliyev dəfələrlə vurğulayırdı ki, Azərbaycanın neft sərvətləri xalqın rifahına xidmət etməli, milli maraqlar qorunmalıdır:

 “Bizim zəngin neft və qaz yataqlarımız var. Əgər biz bunları dünya şirkətlərinin imkanları ilə birgə işlətməsək, bu sərvətdən səmərəli istifadə edə bilmərik. Azərbaycanın gələcəyi, inkişafı, iqtisadi qüdrəti bu müqavilələrdən asılı olacaq.”

Bütün risklərə baxmayaraq, Heydər Əliyev dünyanın ən nüfuzlu neft şirkətlərini Azərbaycana dəvət etdi. 

Bu addım həm iqtisadi yüksəliş, həm də ölkənin geosiyasi təhlükəsizliyi üçün tarixi qərar idi.

1994-cü il 20 sentyabrda Bakıdakı “Gülüstan” sarayında imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın müstəqillik tarixində dönüş nöqtəsi oldu.

 Müqavilə “Azəri–Çıraq–Günəşli” (AÇG) yataqlarının işlənməsini nəzərdə tuturdu.

Sazişdə ABŞ, Böyük Britaniya, Türkiyə, Norveç, Rusiya, Səudiyyə Ərəbistanı, Yaponiya və digər ölkələri təmsil edən 13 transmilli şirkət iştirak edirdi.

İlkin mərhələdə investisiya həcmi 7,4 milyard ABŞ dolları təşkil edirdi ki, bu da postsovet məkanında ən böyük sərmayə layihəsi idi.

Heydər Əliyev bu müqavilənin əhəmiyyətini belə izah etmişdi:
 “Azərbaycanın gələcək nəsilləri bu müqaviləni daim yüksək qiymətləndirəcəklər. Bu, müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm bir mərhələdir.”

Heydər Əliyevin uzaqgörən siyasəti və “Əsrin müqaviləsi”nin uğurlu icrası ölkənin iqtisadi-sosial inkişafında köklü dəyişikliklər yaratdı:

ÜDM artımı: 2000–2005-ci illərdə illik orta artım 10 faizdən çox oldu, 2006-cı ildə isə rekord 34,5 faizlə dünyada birinci yerə yüksəldi.
Dövlət Neft Fondu: 1999-cu ildə yaradılan Neft Fondu Azərbaycanın neft gəlirlərinin şəffaf idarə olunmasına xidmət etdi. Bu gün fondun aktivləri 50 milyard ABŞ dollarını aşır.
İxrac infrastrukturu: Bakı–Tbilisi–Ceyhan (1768 km) və Bakı–Tbilisi–Ərzurum kəmərləri işə salındı. BTC kəməri ildə 50 milyon ton neft ixracına imkan yaradır.

Yeni texnologiyalar: Azərbaycan mütəxəssisləri ən müasir qazma və hasilat metodlarına yiyələndi.

Geosiyasi dəstək: Azərbaycanın enerji layihələri ABŞ, Böyük Britaniya, Türkiyə və Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıdı, bu da ölkənin təhlükəsizliyini artırdı.

“Əsrin müqaviləsi” yalnız iqtisadi deyil, həm də siyasi və geosiyasi baxımdan tarixi bir akt idi.

ABŞ bu müqaviləni Xəzər hövzəsində öz enerji maraqlarının təminatı üçün strateji addım saydı. Vaşinqton Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləməklə yanaşı, Bakı–Tbilisi–Ceyhan neft kəmərinin reallaşmasına birbaşa dəstək verdi.

“Əsrin müqaviləsi” Türkiyə–Azərbaycan strateji tərəfdaşlığının möhkəmlənməsində mühüm mərhələ oldu. BTC və BTƏ kəmərləri iki ölkəni regionun əsas enerji tranzit mərkəzinə çevirdi.

Moskva əvvəlcə layihəni şübhə ilə qarşılasa da, sonrakı illərdə həm “Şimal marşrutu”, həm də digər iqtisadi əməkdaşlıq imkanları ilə prosesin bir hissəsinə çevrildi.

Avropa üçün alternativ enerji mənbəyi olan Azərbaycan etibarlı tərəfdaş statusunu qazandı. Bu gün Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində əsas layihələrdən biri sayılır.

Gürcüstan layihənin tranzit ölkəsi olaraq iqtisadi və siyasi qazanc əldə etdi, bu da Azərbaycan–Gürcüstan–Türkiyə üçtərəfli əməkdaşlığının formalaşmasına səbəb oldu.

Beləliklə, “Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq sistemdə yalnız iqtisadi deyil, həm də siyasi çəkisini gücləndirdi, ölkəmizə strateji tərəfdaşlıq şəbəkəsi qazandırdı.

Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, “Əsrin müqaviləsi” yalnız iqtisadi saziş deyil, müstəqil Azərbaycanın inkişaf konsepsiyasıdır. 2017-ci ilin sentyabrında “Yeni əsrin müqaviləsi” imzalandı.

İlham Əliyev həmin mərasimdə belə demişdi:
 “Bu gün imzalanan saziş bizim böyük qələbəmizdir. ‘Yeni əsrin müqaviləsi’ Azərbaycanın gələcək onilliklərdə sabit inkişafını təmin edəcək və ölkəmizin enerji siyasətini daha da gücləndirəcəkdir.”

Yeni müqavilə “Azəri–Çıraq–Günəşli” yataqlarının işlənməsini 2050-ci ilə qədər uzatdı. Əlavə 40 milyard dollardan çox sərmayə yatırılması nəzərdə tutuldu.

Heydər Əliyevin uzaqgörənliyi və qətiyyətli siyasi iradəsi nəticəsində Azərbaycan 1990-cı illərin ağır müharibə dövründə xarici sərmayəni cəlb edə bildi. Bu, təkcə iqtisadiyyatın dirçəlişini təmin etmədi, həm də dövlət müstəqilliyinin möhkəmlənməsində, Azərbaycanın beynəlxalq nüfuzunun artmasında həlledici rol oynadı.

Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi enerji siyasəti həmin strateji xəttin məntiqi davamıdır. Beləliklə, “Əsrin müqaviləsi”ndən “Yeni əsrin müqaviləsi”nə qədər uzanan yol Azərbaycanın müstəqillik tarixində uğurlu inkişafın, milli maraqların təminatının və dövlətçilik təfəkkürünün parlaq təcəssümüdür.

Elnarə Akimova,

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü,

filologiya elmləri doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Sentyabr 2025 22:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see225

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see222

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see218

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see212

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see202

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see202

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see176

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see172

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see170

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see165

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see159

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see154

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see148

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see144

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see143

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see142

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see142

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see141

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see139

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri