Heydərov və Kotsoyevə EJU nun xatirə mükafatları təqdim olunub FOTO
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Macarıstanın Tata şəhərindəki Olimpiya Kompleksində Azərbaycan komandasının da qatıldığı Avropa Cüdo İttifaqının (EJU) düşərgəsinin açılış mərasimi olub.
İdman.biz xəbər verir ki, qurumun prezidenti Laslo Toth açılış nitqində bu düşərgənin təkcə Avropa çempionatına deyil, həm də iyunun əvvəlində Budapeştdə keçiriləcək dünya çempionatına hazırlıq baxımından əhəmiyyətini vurğulayıb.
O, həmçinin Los Anceles-2028 yolunda yeni Olimpiya dövrünün başlanğıcını qeyd edib.
Paris-2024 Olimpiya çempionları və medalçılarının təltif edilməsi mərasimi də keçirilib. Onların bir çoxu hazırda Tatada olduğundan, EJU tərəfindən ehtiram əlaməti olaraq onlara xüsusi xatirə lövhəsi verilib.
Toth Olimpiya çempionlarımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevə (100 kq) də həmin mükafatları təqdim edib.
İdman.biz
Baxış sayı:77
Bu xəbər 08 Aprel 2025 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















