Həyətindəki işıq dirəyi aşmaq üzrə olan Tovuz sakinindən “Azərişıq” rəhbərliyinə MÜRACİƏT VİDEO
Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.
Tovuz rayonu, Alakol kənd sakini Babayev İlham Qulu oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə “Azərişıq” rəhbərliyinə müraciət edir:
“Mən, Babayev Valeh İlham oğlu, yazaraq xahiş edirəm ki, mənə məxsus olan torpaq sahəmdə köhnədən qalma işıq dirəyinin yeri dəyişdirilsin. Bu dirək aşma təhlükəsi ilə üz-üzədir.
Bununla bağlı Tovuz rayon işıq idarəsinə müraciət etmişəm. Lakin indiyədək bir tədbir görülməyib.
“Azərişıq” rəhbərliyindən xahiş edirəm ki, məsələ ilə bağlı kömək etsinlər".
Qeyd edək ki, şikayətçinin müraciəti ilə əlaqədar “"Azərişıq" ASC-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, bununla bağlı tədbir görüləcək.
Jalə FAMİLQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 23 Aprel 2025 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















