Icma.az
close
up
RU
Heyf dirilməyimə... Xeyr, nə xoş doğulmağına!

Heyf dirilməyimə... Xeyr, nə xoş doğulmağına!

Icma.az, Ayna saytına istinadən bildirir.

Onu sevməmək mümkün deyil

Sözün, poeziyanın və dostluğun adamıdır Rauf Muradov. Şairdir, məsləyi isə mühəndis. Qaraişıq təxəllüsü ilə imza atır şeirlərinə.

Qarabağlıdır (Cəbrayıl), həyat onu müxtəlif diyarlara aparıb, indi İngiltərənin cənubunda, Sauthemton şəhərində yaşayır. Amma sorsan, “Sumqayıtlıyam” deyir. Çünki şəhərlər insanı doğmur, insanlar şəhərləri doğurur — Rauf ruhunu Sumqayıta bağlayıb.

Raufu tanıyanlar bir şeydə həmfikirdirlər – onu sevməmək mümkün deyil.

Dostcanlıdır, səmimidir, sevgisini nümayişkarcasına bəlli edər. Bu səbəbdəndir ki, sevəni bir okean, sevməyəni isə yoxdur.

Poeziyası da özü kimidir — dərvişanə, sufi ovqatlı.

Yolçuluğu elmlə ruhu qovuşdurmaq yolculuğudur.

Raufun beyni mühəndis beynidir, amma şeir yazanda fizikanın qanunlarını aşır, sözün ilahi qanunlara sığınır.

Bu, onun ən unikal cəhətidir: dəqiq elmi yanaşma ilə yüyənsiz düşüncələri bir bədənə sığdırmaq.

O, bəzən deyir ki, “şeiri yuxarıdan gələn vəhylə yazıram.”

Bu söz bir az mistik görünür mənə, amma şeirlərini oxuyanda anlayırsan ki, orada doğrudan da bir ilahi nəfəs var.

Bu gözəllikdə, bu səviyyədə bir şairin cəmi bircə kitabı var. “77 şeir” adlı bu kitab nadir biblioqrafik əsərə çevrilib. Hər kəs bilir ki, belə bir kitab var, amma onu görən çox azdır.

Şair öz kitabını sufiyanə bir sirrə çevirib. Kim bilir, bəlkə, “77 şeir” cəmi 77 ədəd çap edilib…

O kitabdan məndə bir nüsxə var. Oradan bir şeiri paylaşıram. Ad gününü təbrik edirək, ona dostları, ailəsi (başda Mələk xanım olmaqla), oxucuları üçün nə qədər işıqlı bir insan olduğunu söyləmək istəyirəm!

Ölmüşdüm…

Bir cüt sarıca yarpaq,

Bir cüt quruca yarpaq

Qondu qaraca gözlərimin üstə.

Elə bildim… əllərindi!

Açdım gözlərimi!

Yoox…

Əllərin deyilmiş sənin

O bir cüt sarıca yarpaq,

O bir cüt quruca yarpaq.

Heyf dirilməyimə,

Heyf!..

İmza: Ortaköylü dostun İbrahim…

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://ayna.az
archiveBu xəbər 16 Avqust 2025 22:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri