Icma.az
close
up
RU
Heyvan daşımaqdan imtina edən taksi sürücülərinə cərimə gəlir?

Heyvan daşımaqdan imtina edən taksi sürücülərinə cərimə gəlir?

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Vətəndaşların ən çox istifadə etdikləri nəqliyyat vasitələrindən biri də taksidir. 

Son vaxtlar taksilərlə bağlı bir sıra qaydalar tətbiq edilib ki, bunlardan biri də taksi minik avtomobili sürücülərinin test imtahanı verməsi, sertifikasiya əldə etməsi ilə bağlıdır. Bu gün taksi sürücülərinin bir qismi artıq bu imtahanlarda iştirak edərək sertifikat əsasında avtomobili idarə edirlər. 

Sürücülərlə bağlı yeni qaydaların tətbiqi bəzi sürücülərin intizamsız, qeyri-etik davranışları, yol-hərəkəti qaydalarına riayət etməmək kimi davranışlarını nizama salmaq məqsədilə tətbiq edilir. Onu da qeyd edək ki, vətəndaşlar adətən mənzil başına tez çatmaq məqsədilə taksilərdən istifadə edirlər. Eyni zamanda, sərnişin qaydalar çərçivəsində müxtəlif əşyanı, yaxud canlını da özü ilə götürə bilər. 

Ancaq son vaxtlar paytaxtda fəaliyyət göstərən taksi minik avtomobilləri ilə bağlı yaranan bir məqam getdikcə genişlənir. Belə ki, əgər sərnişin özü ilə bərabər bir ev heyvanı götürürsə, həmin taksinin sürücüsü o sərnişini aparmaqdan imtina edir. Yaxud bir şərtlə aparmağa razı olur ki, sərnişin bunun müqabilində əlavə pul ödəsin. 

Bunu isə onunla izah edirlər ki, həmin heyvanlar avtomobili çirkləndirə bilər. Onu da qeyd edim ki, şəxsən mən də son vaxtlar dəfələrlə bu hadisənin şahidi olmuşam. Belə ki, bugünlərdə müraciət etdiyim “Bolt” taksi şirkətinin 3 əməkdaşı baytara götürdüyüm və çantada olan ev pişiyini aparmaqdan imtina etdi. Hətta onlardan biri əlavə ödəniş müqabilində aparmağa razı olduğunu bildirdi. 

Sifarişi qəbul edən sürücülərdən biri isə söhbət zamanı bildirdi ki, o, imtahan verərək sertifikat alıb və qaydalarda heyvanların daşınması da öz əksini tapıb, sürücü bundan imtina edə bilməz. Əgər qayda belədirsə, niyə taksi sürücüləri bu qaydaya əməl etmirlər və doğrudanmı taksi minik avtomobillərində ev heyvanlarının daşınması qadağandır? 

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, “Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarına əsasən, taksi minik avtomobillərində heyvan və quşların (pişiklərin, ağızlığı taxılmış və qısa xalta qayışı olan itlərin altına salınan xüsusi döşənəklərin olduğu halda, səbətdə, zənbildə, çantada xırda heyvanlar, dibi bağlı və açıq olmayan qəfəsdə quşlar istisna olmaqla) daşınmasına yol verilmir”. 

Onu da qeyd edək ki, heyvan saxlayan hər bir vətəndaş adətən bu heyvanları xüsusi çantada, zənbildə daşıyır. Bu qərardan da göründüyü kimi, taksi minik avtomobillərində göstərilən şərtlər daxilində heyvanların daşınması üçün heç bir maneə yoxdur. 

Son vaxtlar ölkədə heyvansevərlərin, evdə heyvan bəsləyənlərin sayı da artmaqdadır. Taksi minik avtomobili sürücüləri bu cür kobud davranışlara davam edəcəyi halda bir çox sərnişini itirmiş olacaqlar. Bununla yanaşı, sərnişinin müraciəti əsasında qaydalar çərçivəsində heyvan daşımaqdan imtina edən sürücülərə cərimə tətbiq edilməsi məqsədəuyğun olardı. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: Heyvan taksi imtina AYNA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 İyul 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri