Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

14 milyon tona yaxın yük daşınıb

Putin Azərbaycandan keçəcək “Şimal Cənub” dəhlizi boyu hansı torpaqların pulla alınmasından danışdı?.. ARAŞDIRMA

Heyvanlar harada yaşasın: evdə, ya küçədə?

Heyvanlar harada yaşasın: evdə, ya küçədə?

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ev heyvanlarının psixoloji baxımdan insan sağlamlığına faydalı olması ilə bağlı hər il bir çox elmi araşdırmalar aparılır. Mütəxəssislər deyir ki, evində pişik, it kimi heyvanları olanlar onlarla özəl bağ qurur, ruhən rahatlıq tapır, bu da ürək xəstəlikləri riskini azaldır, stressi yüngülləşdirir, sosiallaşmağa təşviq edir və immunitet sistemini gücləndirir. Ancaq, insanla eyni evdə yaşayan, eyni mühiti paylaşan heyvanların sağlam olması vacibdir, müntəzəm olaraq baytar müayinələri aparılmalı, peyvəndlər, parazitlərlə mübarizə, düzgün qidalanma və gigiyena üçün bütün şərtlərə əməl edilməlidir. Bundan əlavə, xəstəliklərin riskini azaltmaq üçün heyvanlarla təmasdan sonra əllərin yuyulması xüsusilə hamilə qadınlar üçün vacib şərtdir. Lakin bir çox halda buna əməl edilmir, heyvanların ağzından öpən, qucaqlayıb yatan, onunla oynadıqdan sonra gigiyenik təmizliyə riayət etməyən insanlar çoxdur.

Ev heyvanlarından insanlara keçən xəstəliklərə zoonoz xəstəliklər deyilir. Bu xəstəliklər parazitlər (toksoplazmoz, tapeworm), bakteriyalar (vərəm, brusellyoz, pişik qaşıması, salmonellyoz, leptospiroz), göbələklər (ringworm) və viruslar (quduz, orf) vasitəsilə ötürülə bilər. Yoluxma yollarına yoluxmuş heyvanlarla birbaşa təmas, nəcislə çirklənmiş mühit və ya heyvan təması olmuş qida və suyun istehlakı daxildir.

Əgər sağlamlıq qaydalarına siayət edilərsə evdə heyvan saxlamaqla bağlı problem olmaz. Əksinə, tənha insanlar üçün ev heyvanları ən yaxşı dostdur. Heyvanlarla ünsiyyət müasir dövrün ən çox yayılan problemlərindən biri olan stress faktorunun aradan qaldırılmasına kömək edir. Heyvanlarla qurulan dostluq və yoldaşlıq münasibətləri çox vaxt qarşılıqlı sevgi üzərində qurulur. Qucaqlamaq, sığallamaq, ünsiyyət insanın tənhalıq hissini azaldır, mərhəmət və sevgi duyğularını inkişaf etdirir.

Təbiət etibarilə insan həyatının ilk anlarından başqa canlılarla bağ qurmağa ehtiyac duyur və bu bağlanma prosesi bütün ömür boyu davam edir. İnsan sosial varlıqdır, biz yaşamaq üçün başqa insanlara və canlılara ehtiyac duyuruq. Bu bağlar və əlaqələr insanların ünsiyyətcilliyini və həyat keyfiyyətini artırır. Məlumdur ki, insanlar bağlı olduqları insanlardan ayrıldıqda narahatlıq, kədər, təşviş kimi hisslər yaşayırlar. Düşünün, övladımız əsgər gedəndə, ailə qurub evdən başqa evə köçəndə hansı hissləri keçiririk? Bu eynilə heyvanlarla münasibətlərimizdə də belədir. İnsanlar emosional olaraq bağlı olduqları ev heyvanlarından ayrıldıqda kədər, narahatlıq hiss edirlər. Bənzər vəziyyət ev heyvanları üçün də keçərlidir. Onlar da insanlar kimi, sahiblərindən ayrıldıqda narahatlıq və kədər hiss edirlər. İnsanlarla ev heyvanları arasında qurulan bu bağlılıq qarşılıqlı ehtiyaca əsaslanır və bir-birini tamamlayır.

İnsan digər canlılardan fərqli olaraq özündən fərqli canlılarla da empatiya qura bilir. Biz heyvanın nə hiss etdiyini anlaya, kədərlənəndə, sevinəndə göstərdiyi reaksiyanı könüldən duya bilirik. Heyvanların dili yoxdur, buna görə də insanların onları anlamaq üçün müxtəlif bacarıqları inkişaf edib. Lakin empatiya qabiliyyəti olmayan insanlar üçün heyvan ehtiyaclarını və istəklərini anlamaq çox çətindir.

Bir heyvanla dostlaşdıqdan, onunla eyni evdə yaşamağa başladıqdan sonra insanlar ev heyvanı ilə ünsiyyət qurmağa və onun istəklərini başa düşməyə çalışırlar. Öz aralarında ortaq dil yaradırlar desək, yanılmarıq. Bu ünsiyyət üsulu insanın empatiya qabiliyyətinin inkişafına səbəb olur. Evdəki canlıya empatiya ilə yanaşan adam bütün cəmiyyətə, insalara, başqa canlılara empatiya ilə yanaşacaq. Araşdırmalar nəticəsində uşaqların heyvanlarla qurduğu ünsiyyətin onlarda emosional inkişafı yüksəltdiyi sübut edilib. Uşaqların heyvanlarla qurduğu bu görünməz bağ onların empatiya hissinin inkişafında mühüm rol oynayır.

Stress və narahatlıq günümüzdə çox rastlaşdığımız vəziyyətdir. Tədqiqatlar göstərir ki, ev heyvanları ilə ünsiyyət hətta heyvan sevməyən insanlar üçün də rahatlıq təmin edir. Bunun da səbəbi heyvanları sığallayan, onlarla üsniyyətdə olan insanlarda oksitosin hormonunun səviyyəsinin dəyişməsidir. Oksitosin insan orqanizmində rahatlıq yaradır və stressdən arınmağa kömək edir. Ünsiyyət üçün ev heyvanının olması şərt deyil, küçədəki hər hansı bir canlı da eyni effekti verir.

Heyvanlarla ünsiyyətdə olmaq insanın fiziki göstəricilərinə təsir edir, ilk təmas ürək döyüntülərini qaydasına salır, nəfəs alıb-verməni tənzimləyir, stressi azaldır. Ev heyvanları da insanların sosial mühitdən təcrid olunmasının qarşısını alır. Hər gün itini və ya pişiyini gəzintiyə çıxaran insanlar yeni dostluqlar qurur, sosial çevrəsi genişlənir.

Küçədəki sahibsiz itlərin insanlara hücumu, yaralaması kimi hallarda çıxış yolu olaraq onların toplanması, sığınacaqlara aparılması təklif edilir. Doğrudur, küçələrdəki itlərin bir çoxu real təhlükə mənbəyidir və insanlara qarşı hədə ehtiva edir. İstənilən inkişaf etmiş ölkədə heyvan həyatı insan həyatından qiymətli deyil. Belə ölkələrdə küçələrdə sahibsiz heyvanları görmək olmur. Çünki bu heyvanların yeri, onların soyuqdan donub öldüyü, maşın altında qaldığı, xəstəliyə yoluxub öldüyü, insanlara hücum etdiyi küçələr deyil.

Lakin, heyvan hücumlarının bir çoxunun arxasında gözdən qaçırılan, diqqət edilməyən bir xırdalıq var. Heyvanlar nə zaman hücum edir? Özlərinə qarşı bir təhlükə görəndə. Bəs təhlükə nədir? Uşaqların atdığı daş, əllərindəki dəyənək. Etiraf edək ki, uşaqlar bəzən heyvanlara qarşı amansız ola, onu daşla, dəyənəklə vura və qısnaya bilirlər. Xüsusilə böyüklər tərəfindən heyvana mərhəmət hissi öyrədilməyən, küçə heyvanlarına zərər verməyin nələrə səbəb ola biləcəyi barədə məlumatlandırılmayan uşaqlar çoxdur. Heyvan müdafiəçiləri iddia edir ki, əgər uşağa sahibsiz heyvanlara sevgi ilə yanaşmaq öyrədilsə bu cür hallar baş verməz. Çünki fitrən heç bir heyvanda, insanlara qarşı nifrət və ya aqressiya yoxdur.

Heyvanlar, onlara göstərilən münasibətə uyğun reaksiya verir. Məsələn, daim küçədə zorakılıq görən və ya insanlar tərəfindən şiddətə məruz qalan bir itin, insanlara aqressiv reaksiya verməsi normaldır. Eləcə də, daim başı sığallanan, şəfqət görən itin insanlara qarşı yumşaq davrandığı müşahidə edilir. Lakin tarix və hadisələr, sahibini parçalayaraq yeyən itlərin olduğunu da göstərir. Heyvan müdafiəçiləri deyir ki, küçə itlərinə yaxınlaşmazdan əvvəl ona icazə verin sizi qoxulasın, ona sizi tanıması üçün imkan yaradın. Heyvanlar yemək yeyərkən onu narahat edə biləcək hərəkət olarsa aqressiv reaksiya verə, yaxınlaşan insana hücum edə bilərlər.

Heyvanlar unutmurlar – nə pisliyi, nə də yaxşılığı. Tarixdə, ədəbiyyatda bunun çox sayda nümunəsi var. Ən tanış nümunələrdən olan real hadisələr əsasında çəkilmiş "Haçikonun taleyi", “Qaraqulaq ağ Bim” filmləridir. Hər iki film kino tarixinin heyvan vəfası haqında yaratdığı şedevrlərdir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti çərçivəsində hazırlanıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Avqust 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see771

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see736

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see731

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see527

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see526

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see495

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see428

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see386

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see379

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see367

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see360

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see354

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see342

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see341

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see337

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see327

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see286

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see277

14 milyon tona yaxın yük daşınıb

07 Oktyabr 2026 16:38see261

Putin Azərbaycandan keçəcək “Şimal Cənub” dəhlizi boyu hansı torpaqların pulla alınmasından danışdı?.. ARAŞDIRMA

07 Oktyabr 2026 17:20see254
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri