Icma.az
close
up
RU
“Həzi Aslanov” stansiyasının dalanında işlər yekun mərhələyə keçib

“Həzi Aslanov” stansiyasının dalanında işlər yekun mərhələyə keçib

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

“AZCON Holding” şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-nin Qırmızı xəttinin “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərində son mərhələyə başlanılıb.

QSC-dən XQ-yə bildirilib ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzrə həyata keçirilir.

Əvvəlki mərhələlərdə təmir-bərpa işləri tamamlanıb, yan divarlar və döşəmə boyunca məhlulvurma-hamarlama prosesi icra olunub. Həmçinin döşəmə, divar və tavan hissələrdə gücləndirmə tədbirləri görülüb. Orta yolların arakəsmə divarları tam yenidən inşa edilib.

Son mərhələ çərçivəsində tavan hissəsində izolyasiya, məhlulvurma işləri aparılır və xüsusi boya maddələri vurulur. Karbon lifli müasir inşaat materialı ilə örtük tavasının əlavə möhkəmləndirilməsi aparılır. Drenaj xətlərinin çəkilişi davam etdirilməklə yanaşı, kommunikasiya xətlərinin quraşdırılmasına da başlanılıb. Həmçinin qatarların baxışı və dayanması üçün körpücük inşa olunur.

Layihəyə uyğun qaydada, ümumi uzunluğu 1000 metrə yaxın olan dalan yolları müasir dəmir-beton özüllər üzərində, yoldəyişdirici qurğular isə dəmir-beton monolit bloklardan qurulub. 4 yoldan ibarət dalanda 6 yoldəyişdirici quraşdırılıb. Sahədə elektrik təchizatı, rabitə, işarəvermə, videomüşahidə, yanğın təhlükəsizliyi, su, kanalizasiya, havalandırma və digər mühüm sistemlərin yenilənməsi plana əsasən davam etdirilir.

Yenidənqurma işləri zamanı konstruksiyaların dayanıqlılığının artırılması, aqressiv qrunt sularının təsirlərinin aradan qaldırılması və dalan infrastrukturunun müasir texniki tələblərə uyğunlaşdırılması məqsədilə müntəzəm müayinələr aparılır. Müvafiq yoxlamaların nəticələrinə əsasən yağış mövsümündə ərazi boyunca son ehtiyat tədbirlər görüləcək.

Qeyd edək ki, “Həzi Aslanov” stansiyasının dalanının və stansiyanın dayanıqlılığının artırılması 2025–2030-cu illər üzrə Dövlət Proqramının icra edilməsinə dair tədbirlər planı əsasında həyata keçirilir.

Dalan yolları qatarların gecələməsini, çevik idarə olunmasını, qısa intervallarla hərəkətini, baxış və texniki xidmətini təmin edən mühüm infrastrukturdur. Uzunmüddətli istismar və ərazinin mürəkkəb hidrogeoloji şəraiti “Həzi Aslanov” stansiya dalanının konstruktiv elementlərinə qrunt sularının ciddi təsirləri və divarlarda eroziya əmələ gəlməsi ilə nəticənmişdi.

Yenidənqurma işlərinin cari ilin noyabr ayının sonunda yekunlaşdırılması nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Sentyabr 2026 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri