HHQ nin Təlim və Tədris Mərkəzində növbəti buraxılış mərasimi keçirilib
Operativmedia saytından alınan məlumata görə, Icma.az bildirir.
Cari ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) Təlim və Tədris Mərkəzində "Bort-texnik ixtisası hazırlığı" kursunun buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Məzunları buraxılış münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edən general-mayor Namiq Bayramov onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Tədbirdə bu cür kursların hərbi qulluqçuların bilik və bacarıqlarının təkmilləşdirilməsinə, ixtisaslara yiyələnməsinə, peşəkarlıq səviyyəsinin artırılmasına müsbət təsiri qeyd olunaraq əhəmiyyəti vurğulanıb.
Buraxılış mərasiminin sonunda kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunub.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 26 Dekabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları