HHQ də Ehtiyat zabit hazırlığı kursu nun növbəti buraxılış mərasimi keçirilib
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2025-ci ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) Təlim və Tədris Mərkəzində "Ehtiyat zabit hazırlığı kursu"nun növbəti buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, həmçinin Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Mərasimdə çıxış edən general-mayor Namiq Bayramov məzunları Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edərək, onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Ordumuzun döyüş qüdrətinin artırılması naminə peşəkar zabit kadrları ilə komplektləşdirilməsindən danışan general-mayor N.Bayramov bu cür kursların əhəmiyyətini xüsusi vurğulayaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu islahatlar nəticəsində Hərbi Hava Qüvvələrimizin gündən-günə gücləndiyini qeyd edib.
Çıxışlardan sonra kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunub, kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 24 Fevral 2025 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















