Icma.az
close
up
RU
Hibrid avtomobil almaq istəyənlər TƏLƏSMƏLİDİRLƏR

Hibrid avtomobil almaq istəyənlər TƏLƏSMƏLİDİRLƏR

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Hibrid avtomobillərin gömrük rüsumu güzəşti bu ilin sonu başa çatır. Bəzi ekspertlər güzəştlərin gələn il də davam edəcəyi, bəziləri isə tamamilə bitəcəyi qənaətindədir. Güzəştin uzadılmaması nəticəsində avtomobil bazarında qiymətlərin artacağı proqnozlaşdırılır.

Azərbaycanda son illərdə avtomobil bazarında yaşıl texnologiyalara keçid istiqamətində ciddi dönüş müşahidə olunur. Hibrid və elektromobillərə artan maraq artıq sadəcə tendensiya deyil. Bu marağın arxasında dövlət tərəfindən tətbiq edilən mühüm gömrük və vergi güzəştləri dayanır. Lakin 2025-ci ilin sonuna doğru bazarda yeni bir mərhələnin başlanğıcı görünür: hibrid avtomobillərə tətbiq olunan güzəştlərin müddəti başa çatır.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Nə ƏDV, nə də gömrük rüsumu ödənilir

İlk dəfə 2019-cu ildə elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı əlavə dəyər vergisindən (ƏDV) azad edildi. Bu, ölkədə ekoloji nəqliyyat vasitələrinin təşviq olunması baxımından ilk ciddi addım idi. 2022-ci ildən etibarən isə bu güzəştlər daha da genişləndirildi: elektromobillərin idxalı ilə yanaşı, onların satışı da ƏDV-dən azad olundu. Həmin tarixdən etibarən hibrid avtomobillər üçün də güzəştlər tətbiq olunmağa başladı. Vergi Məcəlləsinin 164.1.41-1-ci maddəsinə əsasən, istehsal tarixi üç ildən az olan və mühərrik həcmi 2500 sm³-dən çox olmayan hibrid avtomobillərin idxalı və satışı da ƏDV-dən azad edildi. Bu güzəştlər ilkin olaraq 2025-ci il yanvarın 1-nə qədər qüvvədə idi. 2023-cü ildə güzəşt müddətlərinə yenidən baxıldı və elektromobil və hibrid avtomobillərlə bağlı ƏDV güzəştlərinin müddəti 2026-cı il yanvarın 1-dək uzadıldı. Bu, yaşıl nəqliyyat vasitələrinin bazardakı mövqeyini daha da gücləndirdi. Hazırda elektromobillər idxal edilərkən nə ƏDV, nə də gömrük rüsumu ödənilir - yalnız gömrük xidmət haqqı tətbiq olunur.

Lakin hibrid avtomobillərlə bağlı vəziyyət fərqlidir. Belə ki, bu avtomobillərə ƏDV güzəşti uzadılsa da, gömrük rüsumuna tətbiq olunan güzəştin 2025-ci ilin sonunda bitəcəyi gözlənilir. Bu isə avtomobil idxalçıları və alıcıları üçün dönüş nöqtəsi deməkdir. Güzəştin uzadılmaması halında, 2026-cı ildən etibarən hibrid avtomobillər əvvəlki qaydada - yəni tam rüsumla idxal olunacaq. Bəs bu, bazara necə təsir edəcək?

"İkinci əl avtomobil bazarı canlanacaq"

Azərbaycan Avtomobil Dilerlər Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyevin sözlərinə görə, hibrid avtomobillərin güzəşti bitsə də, elektromobillər üçün bu, gözlənilmir: "Gələn ilin əvvəlində, yəni yanvar ayının 1-dən güzəştlər bitir. Hibrid avtomobillər üçün olan güzəşt başa çatacaq. Lakin elektromobillər üçün nəzərdə tutulan güzəştlər davam edəcək. Çünki "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" adlı sərəncamın beşinci bəndinə görə ölkəmiz təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi adlanır. Yaşıl artım ölkəsi olmaq üçün elektrikli avtomobillərin təşviqi daha da çoxalacaq".

E.Əliyev hibrid avtomobillərin güzəştinin bitəcəyi təqdirdə bazarda vəziyyətin dəyişəcəyi fikrindədir: "Bazarda vəziyyət indikindən fərqli olacaq. Hazırda ölkədə ikinci əl avtomobil bazarı demək olar ki, çöküb. İkinci əl avtomobillər çox aşağı qiymətə satılır. Əgər hibrid avtomobillərə güzəşt bitərsə, bu zaman ikinci əl avtomobil bazarında da canlanma yarana bilər. Həmçinin digər daxili yanma mühərrikli, yeni 0 kilometrajlı avtomobillərin də satışında bir az təkan olacaq".

"Elektrikli avtomobillərə tam keçid edə bilərik"

Sədrin fikrincə, ölkəmiz elektrikli avtomobillərə tam keçid üçün hazırdır: "Amma düşünürəm ki, hibrid maşın bazarında baş verəcək bahalaşmadan sonra insanlar köhnə avtomobillərə deyil, tam elektrikli avtomobillərə müraciət edəcəklər. Elektrikli avtomobillər üçün lazım olan bütün avadanlıqlar mövcuddur. Hazırda ölkənin istənilən yerinə elektromobillə səyahət etmək olur. Yaradılan bu şəraiti nəzərə alaraq deyə bilərəm ki, elektrikli avtomobillərə tam keçid edə bilərik".

Hibrid avtomobillərlə bağlı üç ehtimal

İqtisadçı Pərviz Heydərov isə güzəştlərin davam etməli olduğu qənaətindədir: "Hibrid avtomobillərə olan güzəştin taleyi ilə bağlı üç variant mövcuddur. Ya birdəfəlik ləğv ediləcək, ya rüsumlar tətbiq olunacaq, amma benzin və dizel avtomobillərin rüsumundan daha az olacaq. Bu da bir güzəştdir. Ya da güzəşt müddəti əvvəlki kimi qalacaq. Fikrimcə, hibrid avtomobillərə benzin və dizeldə olan rüsumlar tətbiq olunmayacaq. Yəni ya güzəşti uzadacaqlar, ya da çox az vergi və rüsumlar tətbiq ediləcək. Çünki dünyada da ekoloji problemlər geniş yayılıb. Azərbaycan COP29-a ev sahibliyi etdi. Eyni zamanda yaşıl enerjiyə keçid dövründəyik. Bərpa olunan enerji mənbələrinə ən çox diqqət ayıran ölkələrdən biri Azərbaycandır".

İqtisadçı bu sahədə dünyada baş verən proseslərə də toxundu: "Nəzərə almalıyıq ki, bütün dünya hibrid və elektromobillərə keçid edir. Hazırda bütün ölkələrdə təşviq bu yöndədir. Məsələn, Avropa ölkələri bir neçə ilə benzin və dizellə işləyən avtomobillərə tamamilə qadağa qoymağa hazırlaşır. 2030-2035-ci illərdən sonra Avropada bu avtomobillər ümumiyyətlə istifadə olunmayacaq. Dünyada belə proseslər getdiyi bir dövrdə Azərbaycanın kənarda qalması mümkün deyil".

"Bazarda bahalaşma gözləniləndir"

P.Heydərovun fikrincə, bazarda bahalaşma gözləniləndir: "Yenə də ölkəmizə hibrid avtomobillər gətiriləcək. Amma rüsumlar benzin və dizel avtomobillərdə olduğu kimi yüksək olarsa, bu zaman alıcılar yenidən benzin və dizel mühərrikli avtomobillərə üz tuta bilərlər. Bu, avtomobil bazarında qiymətlərin kəskin bahalaşması ilə nəticələnə bilər. Əgər güzəşt uzadılmazsa və az da olsa rüsumlar tətbiq edilərsə, bu zaman hibrid avtomobillərin qiymətində 10-15 faiz artım müşahidə ediləcək. Hər bir halda indiki kimi aşağı qiymətə olmayacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Sentyabr 2025 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri