Icma.az
close
up
RU
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR

Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR

Icma.az bildirir, Sitat.info saytına əsaslanaraq.

Məlumdur ki, iyul ayı kifayət qədər isti keçir. Günəş altında isə hiss olunan temperatur daha da yüksək olur. Belə hava şəraitində benzin və dizel mühərrikli avtomobillər illərdir bu cür iqlim sınaqlarından uğurla çıxır. Lakin hibrid və elektromobillərdə vəziyyət bir qədər fərqlidir. Çünki bu nəqliyyat vasitələrinin batareyaları həm kəskin istiyə, həm də sərt soyuğa qarşı daha həssas hesab olunur.

Kəskin isti hava sözügedən avtomobillərə necə təsir edir?

Sitat.info verir ki, Demokrat.az-a mövzu ilə bağlı danışan avtomobil eksperti Elçin Abbasov yay aylarında temperaturun 35-45°C-yə çatdığı ölkələrdə elektrikli və hibrid avtomobillərin istismarının müəyyən xüsusiyyətlər tələb etdiyini bildirib:

“Bir çox sürücü düşünür ki, yalnız soyuq hava batareyaya mənfi təsir göstərir. Halbuki yüksək temperatur da batareyanın ömrünə, yürüş məsafəsinə və avtomobilin ümumi səmərəliliyinə əhəmiyyətli təsir göstərir. “Litium-ion” batareyalar ən yüksək səmərəliliklə təxminən 20-30°C temperatur aralığında işləyir. Temperatur bu həddi keçdikdə batareyada kimyəvi reaksiyalar sürətlənir və uzunmüddətli köhnəlmə artır. Buna görə müasir elektrikli avtomobillər batareyanı optimal temperaturda saxlamaq üçün xüsusi istilik idarəetmə sistemi ilə təchiz edilir. Bir çox sürücü yayda batareyanın daha yaxşı işləyəcəyini düşünsə də, çox isti havalarda kondisionerin intensiv işləməsi və batareyanın soyudulması əlavə enerji sərf edir. Nəticədə elektrikli avtomobillərdə yürüş məsafəsi adətən 5-15 faiz, çox ekstremal şəraitdə isə daha çox azala bilər. Hibrid avtomobillərdə də yanacaq sərfiyyatı arta bilər, çünki kondisioner və soyutma sistemi daha çox enerji tələb edir. Yüksək temperatur “litium-ion” batareyaların təbii köhnəlməsini sürətləndirən əsas amillərdən biridir. Xüsusilə avtomobil günəş altında uzun müddət park edilərsə, batareya 100 faiz dolu vəziyyətdə saatlarla yüksək temperaturda qalarsa və tez-tez sürətli (DC) şarjdan istifadə olunarsa, batareyanın tutumu zamanla daha sürətli azalır. Elmi tədqiqatlar göstərir ki, isti iqlimlərdə batareya köhnəlməsi mülayim iqlimlə müqayisədə daha yüksək ola bilər.

Ekspert qeyd edib ki, “Tesla”, “BYD”, “Li Auto”, “Zeekr”, “Hyundai”, “Kia” və digər müasir istehsalçılar batareyanın temperaturunu avtomatik idarə edən maye soyutma sistemlərindən istifadə edirlər:

“Temperatur yüksələrsə, batareya soyudulur, şarj gücü müvəqqəti azaldıla bilər, yüksək güclü sürətlənmə məhdudlaşdırıla bilər və bəzi hallarda avtomobil park vəziyyətində belə soyutma sistemi işə düşə bilər. Bu tədbirlər batareyanın təhlükəsizliyini və uzunömürlülüyünü təmin etmək üçündür. Tam elektrikli avtomobillərlə müqayisədə hibridlərdə dartıcı batareya daha kiçikdir. Buna baxmayaraq, yüksək temperatur batareyanın soyudulmasına əlavə yük yaradır, kondisioner yanacaq sərfiyyatını artırır və mühərrik bölməsində istilik yüksəldiyi üçün soyutma sistemi daha intensiv işləyir. Nəticədə yay aylarında yanacaq sərfiyyatında müəyyən artım müşahidə oluna bilər. İsti havalarda avtomobilin batareyasını qorumaq üçün avtomobili mümkün qədər kölgədə park etmək, onu uzun müddət 100 faiz doldurulmuş vəziyyətdə saxlamamaq, sürətli (DC) şarjdan yalnız ehtiyac olduqda istifadə etmək, şarjdan dərhal sonra avtomobili uzun müddət günəş altında park etməmək, imkan daxilində şarj zamanı avtomobili kölgədə saxlamaq və istehsalçının proqram yeniləmələrini vaxtında quraşdırmaq tövsiyə olunur. Çünki bu yeniləmələr istilik idarəetmə sisteminin işini daha da təkmilləşdirə bilər. İsti hava elektrikli və hibrid avtomobillər üçün təhlükəli deyil, lakin onların iş rejiminə təsir göstərir. Müasir avtomobillər inkişaf etmiş soyutma sistemləri sayəsində batareyanı qoruyur. Bununla belə, sürücünün düzgün istismar vərdişləri kölgədə park etmə, lazımsız 100 faiz doldurmadan çəkinmə və həddindən artıq sürətli şarjdan sui-istifadə etməmə batareyanın ömrünü illərlə uzada bilər. Yüksək temperaturun təsiri əsasən yürüş məsafəsinin bir qədər azalması və batareyanın uzunmüddətli köhnəlməsinin sürətlənməsi ilə özünü göstərir. Düzgün istifadə qaydalarına riayət edildikdə isə elektrikli və hibrid avtomobillər ən isti iqlim şəraitində belə etibarlı şəkildə xidmət göstərə bilir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://sitat.info
archiveBu xəbər 30 İyul 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri