Hidayət Heydərov tatamiyə çıxır Dünya çempionatı
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.
QOL.az xəbər verir ki, yarışın 3-cü günündə Azərbaycan millisinin daha 3 üzvü tatamiyə çıxacaq.
Kişilərdən Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov (73 kq) 1/16 finalda Portuqaliyanı təmsil edən əslən gürcüstanlı Otari Kvantidze ilə qarşılaşacaq. Eyni çəkidə yarışan Rəşid Məmmədəliyev isə 1/16 finalda Kazbek Naquşev (BƏƏ) - Covanni Esposito (İtaliya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qadınlardan isə Fidan Əlizadə (57 kq) 1/16 finalda serbiyalı Marika Perişiçlə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan dünya çempionatında 10 çəki dərəcəsində 13 cüdoçu ilə təmsil olunur. Yarışın ilk iki günündə kişilərin mübarizəsində Əhməd Yusifovla (60 kq) Ruslan Paşayev (66 kq), qadınlarda isə Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq) və Gültac Məmmədəliyeva (52 kq) erkən məğlub olaraq, mübarizəni medalsız başa vurublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 15 İyun 2025 09:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















