Hidayət Heydərov: “Yenə kürsüdəyəm”
Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirində Azərbaycan idmançıları növbəti uğura imza atıblar.
Gununsesi.info xəbər verir ki, yarışın növbəti günündə Azərbaycanın daha iki cüdoçusu fəxri kürsüyə qalxmağı bacarıb.
Turnirdə 81 kq çəki dərəcəsində mübarizə aparan idmançılarımızdan Zelim Tçkayev bütün rəqiblərini məğlub edərək qızıl medala yiyələnib. Eyni çəkidə çıxış edən Olimpiya çempionumuz Hidayət Heydərov isə yarışı bürünc mükafatla başa vurub.
Qeyd edək ki, turnirin ilk günündə digər cüdoçumuz Əhməd Yusifov (60 kq) da komandamızın aktivinə bürünc medal yazdırmağı bacarmışdı.
Xatırladaq ki, H. Heydərov son illərdə çəki problemi səbəbindən bəzi turnirlərdən kənarda qaldığı üçün idman ictimaiyyəti tərəfindən tənqid olunurdu. Yeni çəki dərəcəsində bürünc medal qazanan cüdoçumuz tənqidlərə sosial şəbəkə hesabında cavab verib. O, fəxri kürsüdəki fotosunu “Yenə kürsüdəyəm, sizi çox-çox sevirəm” qeydi ilə paylaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 27 İyun 2026 20:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















