Hidayət Heydərova çəkisi ilə bağlı qərar vermək üçün vaxt verildi
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın Olimpiya çempionu Hidayət Heydərovun 73 kiloqram, yoxsa 81 kiloqram çəki dərəcəsində mübarizə aparacağına yaxın günlərdə aydınlıq gələcək.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakıda keçirilən cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında danışıb.
O bildirib ki, federasiya idmançının qərarına hörmətlə yanaşır və ona lazımi dəstəyi göstərməyə hazırdır:
"Hidayət Heydərov seçim barədə bir həftə ərzində qərar verməlidir. Federasiya heç bir idmançısını konkret çəki dərəcəsində çıxış etməyə məcbur etmir, lakin bütün cüdoçular üçün eyni tələblər qüvvədədir".
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatında fərdi yarışları bir qızıl, iki gümüş və dörd bürünc medalla başa vurub.
Baxış sayı:109
Bu xəbər 12 Oktyabr 2026 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















