“Atletiko”nun hücumçusu zədələndi, milli komandanın oyununu buraxacaq
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Madrid “Atletiko”sunun hücumçusu Ademola Lukman Nigeriya millisinin heyətində zədələnib.
İdman.Biz xəbər verir ki, 28 yaşlı futbolçu Afrika Millətlər Kubokunun seçmə mərhələsində Tanzaniya ilə keçirilən qarşılaşmada dizindən xəsarət alıb.
Nigeriyanın 3:1 hesabı ilə qalib gəldiyi görüşdə Lukman Alhassan Yusufun vurduğu ilk qolun ötürməsini verib. Lakin hücumçu ilk hissənin sonlarında zədə səbəbindən meydanı tərk edib və onu Mozes Simon əvəzləyib.
Matçdan sonra baş məşqçi Erik Şell futbolçunun dizində ağrı hiss etdiyini bildirsə də, zədənin ağırlıq dərəcəsi məlum olmayıb.
Sonradan keçirilən tibbi müayinə Lukmanın diz bağlarında dartılma olduğunu üzə çıxarıb. Nigeriya millisinin mətbuat katibi Promis Efoqe məlumatı təsdiqləyib:
“Müayinə nəticəsində Ademola Lukmanın dünənki oyunda diz bağlarından zədə aldığı müəyyən edilib. Bu səbəbdən o, çərşənbə axşamı Zənzibarda Tanzaniyaya qarşı keçiriləcək növbəti seçmə mərhələ oyununda iştirak edə bilməyəcək”.
Qeyd edək ki, Tanzaniya - Nigeriya qarşılaşması noyabrın 17-də Zənzibardakı “Amaan” stadionunda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 14 Noyabr 2026 23:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















