Icma.az
close
up
RU
Hikmət Hacıyev: Bu məhkəmə təcrübəsi gələcək hərbi təcavüzlər üçün mühüm presedent olacaq

Hikmət Hacıyev: Bu məhkəmə təcrübəsi gələcək hərbi təcavüzlər üçün mühüm presedent olacaq

Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Ermənistan Azərbaycanda hərbi cinayətlərdə təqsirləndirilən şəxslərin məhkəmə prosesi əleyhinə təbliğat aparır".

Mia.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

O bildirib ki, proses Ermənistanın siyasi rəhbərliyində ciddi narahatlıq yaradır və onu məhkəmə prosesinə qarşı yeni təbliğat kampaniyasına başlamağa, Azərbaycanın daxili işlərinə müdaxilə etməyə sövq edir: "Ümid edilir ki, Ermənistan digər beynəlxalq-hüquqi öhdəliklərlə yanaşı, Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olaraq bu kontekstdə törədilmiş təcavüz aktları, hərbi və digər ağır cinayətlərə görə məsuliyyətini tanıyacaq".

H.Hacıyevin sözlərinə görə, məhkəmə prosesinə qarşı lazımsız təbliğat aparmaq əvəzinə, Ermənistan hökuməti keçid dövrü ədalətinin bərpasına və regionda dayanıqlı sülhün bərqərar olunmasına töhfə vermək üçün Azərbaycanla əməkdaşlıq etməlidir: "Sülhə və Azərbaycanla yeni münasibətlərə səmimi can atma digər məsələlərlə yanaşı, Ermənistanın öz məsuliyyətini tanımağa və hərbi cinayətlərdə ittiham olunanları, xüsusilə hazırda Ermənistan ərazisində gizlənənləri təhvil verməyə hazır olması ilə nümayiş etdirilərdi. Əgər Ermənistan öz cinayətlərinin zamanla unudulacağını düşünürsə, ciddi şəkildə yanılır".

Prezidentin köməkçisi Ermənistanın siyasi rəhbərliyinə, məhkəmə orqanlarına və beynəlxalq tərəfdaşlarına BMT Baş Assambleyasının və BMT Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılmış, 2019-cu ildə dərc edilmiş "Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində hərbi cinayətlər və Ermənistan Respublikasının məsuliyyəti haqqında Hesabat" ilə tanış olmağı təklif edib: "Azərbaycan Ermənistanın hərbi təcavüzünə hərbi-siyasi vasitələrlə uğurla son qoyduğu kimi, bu gün təcavüzün günahsız qurbanlarının hüquqlarının təmin edilməsi, ədalətin bərqərar olması və hərbi təcavüzdə, insanlıq əleyhinə cinayətlərdə, hərbi cinayətlərdə ittiham olunan şəxslərin və dövlətin məsuliyyətə cəlb edilməsi üzrə unikal məhkəmə təcrübəsi nümayiş etdirir".

H.Hacıyev qeyd edib ki, bu məhkəmə təcrübəsi gələcək hərbi təcavüzlərin, hərbi cinayətlərin və insanlıq əleyhinə cinayətlərin qarşısının alınmasında beynəlxalq ictimaiyyət üçün mühüm presedent olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://mia.az
archiveBu xəbər 08 Mart 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri