Hikmət Hacıyev: Ermənistanın hərbi quruculuq siyasəti üzərində ciddi məhdudiyyətlər olmalıdır AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 12 dekabr, AZƏRTAC
Ermənistanın hərbi quruculuq siyasəti üzərində ciddi məhdudiyyətlər olmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində deyib.
Beynəlxalq münasibətlər sistemində belə bir praktikanın olduğunu diqqətə çatdıran Hikmət Hacıyev əlavə edib: “İşğalçı və təcavüzkar dövlətlərin hərbi quruculuğu, hərbi planları və ordu quruculuğu prosesində müəyyən məhdudiyyətlər həyata keçirilir. Bu məhdudiyyətlər istər İkinci Dünya müharibəsindən sonra, istərsə də İraq-Küveyt müharibəsindən sonra İraqa münasibətdə tətbiq edilib. Ona görə də biz hesab edirik ki, Ermənistanın hərbi quruculuq siyasəti üzərində ciddi məhdudiyyətlər olmalıdır və Ermənistana hücum xarakterli silahları verən ölkələrin ciddi məsuliyyəti məsələsinə də baxılmalıdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 12 Dekabr 2024 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















