Icma.az
close
up
RU
Hikmət Hacıyev: Qarabağdakı dəyişikliklər diplomatları heyrətləndirir / ÖZƏL

Hikmət Hacıyev: Qarabağdakı dəyişikliklər diplomatları heyrətləndirir / ÖZƏL

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Sentyabrın 11-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.

Səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndi Konqres Mərkəzində çıxış edib.

O, diplomatik korpusun nümayəndələrinə Qarabağda aparılan bərpa və quruculuq işləri barədə məlumat verib.

Bir neçə il əvvəl diplomatlar Qarabağa səfər edərkən onların üzündə dərin sarsıntı ifadəsini görürdük. Dağılmış evlər, xarabalıqlar, viran edilmiş ərazilər  onların diqqətini çəkirdi.

Bu gün isə qürur hissi ilə deyə bilərik ki, onların Qarabağda görülən işlərə yaxşı mənada heyrətləndiyinin şahidi olduq. Qısa müddət ərzində Qarabağın bu vəziyyətə gətirilməsi, burada aparılan bərpa və quruculuq işlərinin nəticələri həqiqətən də diqqət çəkir.

Məhz bu mövzuda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gununsesi.info-ya danışıb:

“Bəli, bu heyranlığı diplomatik korpusun nümayəndələri də etiraf edirlər. Qısa müddət ərzində bu miqyasda bərpa və quruculuq işlərinin görülməsi onların özləri tərəfindən də yüksək qiymətləndirilir. Bu işlərin sürətlə yanaşı, nizamlı, intizamlı və planlı şəkildə həyata keçirilməsi diplomatlar tərəfindən xüsusi olaraq qeyd olunur.

Onların daima belə gözləntiləri, xahiş və müraciətləri olur ki, bu səfərlər mütəmadi şəkildə həyata keçirilsin. Ona görə də məmnunluqla deyə bilərik ki, torpaqlarımız azad olunandan, 2020-ci ilin noyabrından etibarən 22 belə səfər təşkil edilib. Bu səfərlər vasitəsilə biz bu reallığı beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırıq.

Azərbaycanın zəngin təcrübəsini, Azərbaycan xalqının qurub-yaradan və Qarabağı bərpa edən, orada yeni həyat quran xalq olduğunu, ölkəmizin mədəniyyətini və zəngin dövlətçilik ənənələrini beynəlxalq ictimaiyyətə çatdırırıq.

Azərbaycanın əldə etdiyi zəngin təcrübə var. Postmünaqişə dövründə belə geniş ərazilərdə bərpa və quruculuq işlərinin həyata keçirilməsi, hesab edirik ki, beynəlxalq ictimaiyyət, BMT təmsilçiləri və digər beynəlxalq qurumların nümayəndələri üçün də böyük maraq doğurur.

Məsələn, bu səfərimizdə BMT-nin əməliyyatlar üzrə departamentinin rəhbər şəxsləri öz müraciətləri əsasında iştirak ediblər. Bu qurum əsasən belə bərpa və quruculuq işlərində iştirak edir. Avropa İttifaqının nümayəndələri də səfərdə iştirak etmək üçün müraciət ediblər. Bu məsələyə hər kəs böyük maraq göstərir”.

@gununsesi.info

Hikmət Hacıyev: “BMT və Avropa İttifaqı bərpa olunan ərazilərlə bağlı bizim təcrübəmizlə maraqlanır”- ÖZƏL Prezidentin köməkçisi Hikmət Hacıyev Gununsesi.info-ya eksklüziv müsahibəsində diplomatik korpus təmsilçilərinin Qarabağa səfərini şərh edib.

♬ оригинальный звук – Gununsesi.info

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 Sentyabr 2026 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri