Hikmət Rəhimovdən Səkkiz filminə görə tənqidlərə reaksiya
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tanınmış aktyor, rejissor Hikmət Rəhimov baş rolda oynadığı “Səkkiz” çoxseriyalı filminin yayımının kinoteatrlarda dayandırılmasına və sosial şəbəkələrdə tənqid edilməsinə münasibət bildirib.
Globalinfo.az-ın xəbərinə görə, Hikmət Rəhimov Teleqraf-a açıqlamasında deyib ki, filmin tamaşaçılar tərəfindən tənqid edilməsi normal haldır.
Aktyor “Səkkiz” serialının ARB televiziyasında və Park Cinema kinoteatrında yayımının dayandırılması məsələsinə isə münasibət bildirmək istəmədiyini vurğulayıb:
“Mən filmin ARB televiziyasında və Park Cinema kinoteatrında yayımının dayandırılması haqqında heç nə deyə bilmərəm. Ümumiyyətlə, bu barədə danışmaq istəmirəm. Filmin tamaşaçılar tərəfindən tənqid edilməsini isə normal qarşılayıram”.
Qeyd edək ki, “Səkkiz” çoxseriyalı filmi 12 bölümdən ibarətdir. Baş rollarda Hikmət Rəhimov, Rasim Cəfər, Yeganə Hüseynli, Elşən Rüstəmov, Loğman Kərimov, Sənan Əlləz, Zülfiyyə Qurbanova kimi aktyorlar çəkilib. Filmdə qətl hadisələri olduğuna görə yaş həddi 18+ göstərilib. Serialda qəhrəmanın intiqam və qaranlıq tərəfləri ön plana çıxarılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 17 Yanvar 2026 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















