Icma.az
close
up
RU
Статья не опубликована
Hikmətin ifadəsi, ifadənin hikməti... Zaur Əhməd yazır

Hikmətin ifadəsi, ifadənin hikməti... Zaur Əhməd yazır

Icma.az, Aznews.az portalına istinadən məlumat verir.

İnsanları bir-birinə yaxınlaşdıran, qohum, dost, yoldaş edən bağlar olur. Amma elə bağ var ki, heç bir əlaqən olmadan yad biri ilə könül bağın olur....

11 yaşımdan bəri harda bir şəhid balası, şəhid yoldaşı, qazi, döyüşçü görəndə özümdən asılı olmadan özümə yaxın hiss etmişəm. Sanki onlarla aramda hansısa doğmalıq bağı var. Çox sonralar anladım ki, bizim aramızdakı bağ yara bağıdır. Aşağı-yuxarı hamımızın yarası var. Hərənin yarası bir cür sızlasa da, eyni dərddir, eyni yaradır. İçin-için sızlayan, xısın-xısın ağlayan yara. Doğrudur, bu yaralar qələbədən sonra qaysaqlayıb, amma bəzən qoparılırmış kimi göynəyir. Özü də bizdən birinin yarasını görəndə, bizim kimi yaralının dərdini dinləyəndə təzələnir, ilk günlərdəki kimi göynəyir. İş ordadır ki, daha ağlayıb düşmən sevindirmək də istəmirik. Tay bizə ağlamaq da olmaz, heç yaraşmaz da...

Dünən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin növbəti məhkəmə iclası keçirilib və bir sıra zərərçəkmiş şəxslər ifadə veriblər. Zərərçəkmiş qismində ifadə verənlərdən biri də tanınmış qarabağlı jurnalist Hikmət Sabiroğludur. Hikməti çoxdan tanıyıram. Şəxsiyyəti ilə qələmi üst-üstə düşən azsaylı həmkarlarımdandır. Nadir halarda tədbirlərdə rastlşaram, uzaqdan-uzağa salamlaşarıq, vəssəlam. Amma onunla yaradaş, yəni, eyni yara sızıntısı çəkdiyimizi hiss etmişəm. Ona hörmətimin birə iki artıran da məqamlardan biri də elə budur.
Onun məhkəmədəki ifadəsini oxuyandan sonra xeyli təsirləndim. İnanın ki, içimdən keçənlərin heç bir faizini belə ifadə etməyə qələmimin gücü çatmır. Bəzi hisslər yalnız ruhən duyulur, onu cismani ifadə etmək mümkünsüzdür. Bir ifadənin bu qədər hikmətimi olar?

Hikmət deyir ki: “Ermənistanın digər rayonlarında da olmuşam. Qarabağda ermənilər yaxşı yaşayırdılar. Yaxşı həyatları var idi. Camaatı qaldırdılar azərbaycanlıların üstünə, bizim qanımızı tökdülər, torpaqlarımızı işğal etdilər. Anam torpaq nisgili ilə 2013-cü ildə dünyadan köçdü. Hər şeyi bağışlaya bilərəm, bircə anamın o nisgillə dünyadan köçməsini bağışlaya bilmərəm”.
Bəli. Heç kim onu dərindən yaralayanı bağışlaya bilmir. Bizə xalq olaraq, zülm edən, əlini insanımızın qanına batıran, namusumuza toxunan, minlələ qadını başsız, uşağı atasız qoyan, bizi illərlə yurd-yuvamızdan edən bir düşməni bağışlamaqmı olar?

Hikmət qardaş, hərənin yarası özünə daha ağrılı gəlir. Biz də bağışlamırıq. O qədər haqısan ki... Ananın nisgilli dünyadan köçməyi səni necə yaralayıbsa, əli-qolu bağlı qarşında dayanan miskin varlıqları Allaha da həvalə etməyə ürəyin gəlmir.

Mən atamı 31 il əvvəl Qarabağ savaşında itirmişəm. Amma onun ruhu hər zaman mənə güc verib. Heç vaxt özümü arxasız, dayaqsız hiss etməmişəm. Dözmüşəm, böyümüşəm, istər mənən, istər ruhən ötkəm bir adam ola bilmişəm. Qəlbimdə qırıqlıq olsa da, boynum bükük olmamışam. Bəlkə də qələbəyə xatir, bundan sonra qan tökülməməsinə xatir o miskin vaıqları - erməniləri bağışlamasam da, Allaha həvalə edirəm. Amma həyatının baharında yoldaşını itirən anamın gözlərindəki nisgilə, bacılarımın uşaqlıqdakı boynubükük tövrləinə görə zərrə bağışlamağım gəlmir. Odur ki, səninlə həm dərd olduğum qədər də, həm fikirəm. Bunlar elə düşməndirlər ki, bağışlamaq da olmur. Bəlkə də burada bir hikmət var. Allah bizə elə bir qəəbə qismət elədi ki, dərlərimizi unudub, sızlayan yaramıza və ürəyimizə su səpildi. Allah bir daha bizə bağışlaya bilməyəcəyimiz zülmlə üz-üzə qoymasın.

Zaur Əhməd

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:26
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 25 Aprel 2025 22:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see297

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see194

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see193

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see187

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see181

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see181

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see177

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see160

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see157

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see151

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see141

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see138

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see131

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see131

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see128

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see126

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see123

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri