Icma.az
close
up
RU
Himayədarlıq məsələləri barədə Gəncədə müşavirə

Himayədarlıq məsələləri barədə Gəncədə müşavirə

Icma.az bildirir, 525.az portalına istinadən.

Gəncədə Şəhər İcra Hakimiyyətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Gəncə-Daşkəsən Regional Filialının birgə təşkilatçılığı ilə “Himayədar ailə” uşaq alternativ qayğı modeli mövzusunda ictimai dinləmə keçirilib.

525.az xəbər verir ki, tədbirdə Sosial Xidmətlər Agentliyinin Gəncə-Daşkəsən Regional Filialının müdiri Hikmət Əmiraslanov, Gəncə Şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xalidə Mete, Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev, filialın aparıcı mütəxəssisi Cavanşir Ələkbərov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və təhsil işçiləri iştirak ediblər.

Çıxışlarda vurğulanıb ki, qabacıl və inkişaf yolunu tutmuş ölkələrdə daha geniş yayılmış nümunələrindən olan "Himayədar ailə" qayğı modeli Azərbaycanda ölkə başçısının “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” 2022-ci il 15 fevral tarixli Fərmanı üzrə tətbiq edilib.

Qeyd olunub ki, valideyn himayəsindən məhrum olmuş uşaqların himayədar ailələrə verilməsi onların dövlət nəzarəti altında ailə mühitində böyüməsinə və inkişafına imkan yaradır.

Görüşdə “Himayədar ailə” qayğı modelinin mahiyyəti, üstünlükləri, bu yöndə müraciət qaydaları, mövcud hüquqi çərçivələr, həmçinin himayədar valideyn olmaq istəyən şəxslərin qiymətləndirilməsi prosesi və bu sahədə praktiki məsələlər təqdimatlar vasitəsilə izah olunub, iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, “Himayədar ailə” qayğı modeli zamanı himayədar ailələr müqavilə əsasında onların yanına yerləşdirilmiş uşaqların qidalanması, təhsili, sağlamlığı, fiziki və əqli inkişafının qeydinə qalır, ailə mühitində böyüməsinə şərait yaradır və buna görə dövlət tərəfindən müəyyənləşdirilən stimullaşdırıcı dəstək mexanizmlərindən istifadə edirlər.

Övladlığa götürmədən fərqli olaraq, “Himayədar ailə” qayğı modelində uşaq ailə yanında müvəqqəti yerləşdirilir vəo, ailənin varisi sayılmır.

Bu ilin sentyabrına olan məlumata görə, ölkə üzrə 53 nəfər uşaq himayədar ailələrə verilib.

Zakir Muradov,

Gəncə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Oktyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see483

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see363

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see324

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see295

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see267

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see264

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see261

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see217

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see213

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see213

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see212

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see210

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see208

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see208

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see205

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see198

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see179

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri